Məhkəmə qərarları › İş №2(003)-3123/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3123/2022

28.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3123/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 2*.06.20*7-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır və xx.xx.*99*-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. 2*.06.20*7-ci il tarixində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. Qeyd olunanlar bu hadisənin şahidi olmuş qohumları tərəfindən də təsdiq oluna bilər. 27 aprel 20*3-cü il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Bildirir ki, uşaq dünyaya gəldiyi zaman təcili yardıma getmək istəsələr də uşaq məcburiyyətdən ev şəraitində doğulmuşdur. Doğumun qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də bununla bağlı imtina məktubu verilmişdir. Uşağın doğumunun qeydə alınması üçün tibbi sənəd (fl 03) olmadığından qeydiyyat şöbəsi doğum faktını qeydə ala bilməmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin 2 övladı var. Ərizəçi hamiləlik dövrünü xatırlayır, hətta uşağın doğulmasına köməklik göstərib. Belə ki, 2*.06.20*7-ci il tarixdə axşam vaxtı ona zəng vurub Ərizəçi ev şəraitində doğması üçün onu köməyə çağırıblar. Yeganə 2*.06.20*7-ci il tarixdə ev şəraitində oğlan uşağı doğmuşdur. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, o, Ərizəçi anasıdır. Qızı yeganənin hamiləliyinin son dövrlərində onun yanında qalıb. Onlar doğum zamanı Yeganəni Xəstəxanaya aparmayıblar. Uşağın doğulmasına köməklik göstərib. Yeganə 2*.06.20*7-ci il tarixdə ev şəraitində oğlan uşağı doğmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Yeganə Mübariz qızı ilə 27.04.20*3-cü il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 445 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Aslanlı, arvada Aslanlı soyadı verilmişdir. İş materiallarında olan 2 saylı doğum evinin qadın məsləhətxanasının verdiyi əvəzləmə kartından görünür ki, Ərizəçi hamiləliyin *2/*3-cü həftəsindən qeydiyyata düşmüş və davamlı həkim yoxlamalarında olmuşdur. İş materiallarında olan 29 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışın surətindən görünür ki, 2*.06.20*7-ci il tarixdə doğulmuş X*0 hal-hazırda sağ salamatdır və 29 saylı BŞX-nın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 05/*5-*020 nömrəli, *2.08.2022-ci il tarixli məktubdan görünür ki, evdə doğulmuş * oğlan uşağının doğumunun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qayda”sının 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir. 2.5.* valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri, 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş 2434 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ünvanında qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.*.*). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 2*7.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi oğlu 2*.06.20*7-ci il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Maraqlı şəxs imtina etmişdir. Hazırda ərizəçi onun 2*.06.20*7-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağını dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi 2*.06.20*7-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi 2*.06.20*7-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması hüquqi əhməiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi 2*.06.20*7-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar