Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-313/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı CavabdehTofiq oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı CavabdehTofiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32 000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyul ayında birlikdə çalışdığdığı tanışı Cavabdeh ona təcili pul lazım olduğunu bildirdi və ondan borc pul istədi. O, Mərdəkandan ipoteka ilə bağ evi aldığın bildirdi və ilkin ödənişi vermək üçün pul lazım olduğunu bildirdi. Ondan əvvəl də bir neçə dəfə cavabdehə borc vermişdir və o, pulu ona qaytarmışdır. Buna görə də, aralarında olan səmimi münasibətə arxayın olaraq tərəddüd etmədən razılaşdır. Cavabdeh ona 35000 manat lazım olduğunu bildirdi və təklif etdi ki, o, öz avtomobilini satsın və satışdan əldə edilən pulu ona versin. O, da Hyunday Azera markalı avtomobilini tanışı Rafıq Hüseynova 25 000 manata satmışdır. Rafiq Hüseynov da avtomobili nə üçün satdığını bilirdi. O, cavabdehin Mərdəkandakı bağ evində avtomobilin satışından əldə edilən məbləği 25000 manatı ona vermişdir. Bundan qısa müddət sonra dəqiq xatırlamadığı tarixdə həmin bağ evində o, cavabdehə 7000 manat vermişdir. Beləliklə, o, cavabdehə ümumilikdə 32000 manat borc pul vermişdir və o, bu məbləği biriki aya qaytaracağını bildirmişdir. Lakin, bu müddət keçəndən sonra borc qaytarmadı və hər dəfə o, pulun qaytarılmasını istəyəndə biraz az gözləməsini xahiş etdi. Bir müddət keçəndən sonra cavabdeh ümumi tanışları olan Araz Aslanovun şahidliyi ilə bildirmişdir ki, o, yalnız 23960 manat pul borcludur və mütləq imkan olan kimi qaytaracaq. Araz Aslanov bununla bağ bir kağızda qeyd aparmışvə yazmışdır ki, “Heydər müəllimin Vasifə borcu 7550+16410=23960.” Lakin heç onu da qaytarmadığını görəndən sonra cavabdehlə görüş təyin etmişlər. 2020-ci ilin may ayında Xəmsə restoranında görüşmüşlər. Görüşdə o, cavabdeh, ümumi tanışları Araz Aslanov, atası Mehman Məmmədov və böyük qardaşı Vüqar Məmmədov iştirak etmişdir. Cavabdeh atamsının qarşısında üzrhaqlıq edib bildirdi ki, mart ayının sonunda 10000 dollar qaytaracaq, qalanının isə hissə-hissə mümkün qədər tez qaytarmağa çalışacaq. Cavabdeh bu vədinə də əməl etmədi və o, polisə şikayət etməyə məcbur olmuşdur. Araşdırma zamanı Bakı Şəhər Polis İdarəsinin təhqiqatçısı Rəşad Bayramov tərəfindən cavabdehdən izahat alınmış, izahatında ona borclu olduğunu etiraf edir lakin borcu qaytaracağını bildirsə də, borcun məbləğini göstərməmişdir. Bu da deməkdir ki, cavabdeh ona verdiyi 32000 manat məbləğin hamısını qaytarmaq istəmir və ya ümumiyyətlə borcunu vermək niyyətində deyil, ona görə də məhkəmə qaydasında borcun qaytarılmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı müraciət göndərərək iddia tələbini etiraf etməməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, eləcədə tərəflər arasında baş tutmuş telefon danışığının audio yazısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsində alınmış Cavabdeh yazılı izahatından görünür ki, o, İddiaçı borcnun olduğunu lakin çox məbləğdə olmadığını etiraf etməklə maddi vəziyyətində çətinliklərinin olması səbəbindən onu qaytara iqtidarında olmadığını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsiyazılıformadabağlanmalıdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alınması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin iddia tələbində qeyd edilən məbləğdə pulun tələb edilməsi ilə məhkəmə raşılaşmır. Belə ki, məhkəmə iclasında tərəflər arasında baş tutmuş telefon danışığı dinlənilərkən, cavabdeh iddiaçı tərəfin həmin telefon danışığını yazdığını bilməklə iddiaçıya 30 000 manat borclu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2019-cu ildə şifahi qaydada bağlanmış 30000 pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, tərəflər arasında keçən telefon danışıqları ilə (cavabdeh tərəf həmin borcun qaytarılmasından sonra səs yazılarının ona qaytarılmasını iddiaçı tərəfdən xahiş etmişdir) cavabdehin iddiaçıya 30000 manat borcunun olması və onu hissə hissə qaytaracağını bilməsi müəyyən edilmişdir. Yəni sözügedən məbləğ pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 30000 pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün səs yazısında həmin məbləğlərin sonuncuya verilməsini təsdiq təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 30 000 manat CavabdehTofiq oğlundan alınaraq iddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı CavabdehTofiq oğlundan 30 000 manat alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. CavabdehTofiq oğlundan 30 000 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-313/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-313/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver