Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3137/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 küçəsi ərazisində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Bu nikadan 1 övladları 29.06.2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə Xəzər rayonu Binə qəs, Donuzkökləmə sovxozu ərazisində Məmmədhüseynov küçəsi nömrəsiz evdə yaşamışlar. Lakin hal hazıda cavabdeh onu evdə yaşamağa qoymur. Öz haqqı olan evdə o, yaşaya bilmir. Küçələrdə qalmışdır. Onun həmin evdən başqa yaşayəş yeri yoxdur. Belə ki, o və övladları cavabdehlə birgə eyni ünvanda yaşamışlar, onunla həmin ünvanda birgə təsərrüfat aparmışlar. Hansı ki, qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş, onun da həmin evdən istifadə hüququ olmuşdur. Lakin, cavabdeh onu artıq bir necə vaxtdir ki, evdən qovmuş, evə daxil olmağa icazə vermir. O, maddi və mənəvi əziyyət çəkir. O, çox çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu yaşadıqları evə buraxmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən hazırda cavabdehin yaşadığı 1 mərtəbəli 5 otaqlı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət etmiş cavabdeh iddia tələbini etiraf edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən hazırda cavabdehin yaşadığı 1 mərtəbəli 5 otaqlı ev özbaşına tikilidir. İddiaçı 2005-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən hazırda cavabdehin yaşadığı 1 mərtəbəli 5 otaqlı evə köçərkən özünə məxsus cehiz əmlaklarını da gətirmişdir və həmin əmlaklar hazırki vaxta kimi həmin evdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən hazırda cavabdehin yaşadığı 1 mərtəbəli 5 otaqlı evə (özbaşına tikiliyə) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən (hazırda cavabdehin yaşadığı) 1 mərtəbəli 5 otaqlı evə (özbaşına tikiliyə) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3137/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3137/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver