Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-314/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı X10 iştirakı ilə İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və yetkinlik yaşına çatmayan ailə üzvləri X2, X15, X24, X16 və X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddiaçı Paşayev X5 Kərim İlqar oğlu ilə əvəz olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx xxxxx 2008-ci il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanlnda Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş xx xxx 2008-ci il tarixli MH № ******* saylı X9 əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam onun mülkiyyətindədir. Müıkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər həmin fərdi yaşayış evi ona satıldıqdan sonra fərdi yaşayış evindən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, onlar bu günə kimi əsassız olaraq qeydiyyatdan çıxmamışlar, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Belə ki əmlakın özgəninkiləşdirilməsi hal-hazırda həmin şəxslərin iradəsindən asılıdır. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyil. Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3, və yetkinlik yaşına çatmayan ailə üzvləri X2, X15, X24, X16 və X12 hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qeyd olunanlara əsasən, cavabdehlərin ona məxsus ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əsl iddiaçı X21 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, mübahisəli ev hazırda onun mülkiyyətindədir. Cavabdehləri tanımır, ona görə də həmin şəxslərin ona məxsus əmlakdan qeydiyyatdan çıxarılmasını istəyir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X13 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Paşayev X1. Həmin müqavilənin 8 və 9-cu bəndlərinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad fərdi yaşayış evi verməyi öhdəsinə götürür; fərdi yaşayış evi ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Mərdəkan qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş 455 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X24 və X16 ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamırlar. İş materiallarında olan 77İKİ/0 saylı xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, mülkiyyətçi İddiaçı ipoteka saxlayan “X20” ASC, X4r. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, dalan 7, ev X14 xüsusi mülkiyyətindədir, əmlak onun adına xx.xx.2020-ci il tarixdə **********3 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan, cavabdehlər tərəfindən notarial qaydada yazılmış ərizələrin surətindən görünür ki, cavabdehlər ünvan 1 və torpaq sahəsinin satılmasına və ipotekaya qoyulmasına razılıq ifadə edərək, həmin ünvandan müqavilə təsdiq olunduğu gündən ən geci bir ay müddətində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, mənzil satıldıqdan sonra orada yaşamamış, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları barədə onunla həmin evin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmamasını və oların həmin mənzildə yaşamamalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Bu qətnamə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-314/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-314/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver