Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-314/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi (maraqlı şəxs Şüvəlan qəsəbəsinin bədəliyyəsi) həyətyanı torpaq sahəsinin istifadədə olma faktının tanınması tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi həyətyanı torpaq sahəsinin istifadədə olma faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 720 kv. torpaq sahəsi keçmiş Əzizbəyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli, 39 saylı qərarına əsasən Ərizəçi ayrılmışdır.Ərizəçinnun həmin sahədə inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu 22 noyabr 2002-ci il tarixli, FM № 017339 saylı qeydiyyat vəsiqəsinə əsasən dövlət qeydiyyatina alınmışdır. Həmin fərdi yaşayış evini oğlun Maraqlı şəxs2 bağışlamış və onun mülkiyyət hüququ 13 fevral 2003-cü il tarixli, FM № 019307 saylı qeydiyyat vəsiqəsinə əsasən qeydə alınmışdır. Sözügedən torpaq sahəsi 1960-ci ildən bəri istifadəsində olsa da, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması mümkün olmamış, sənədləşmə işlərinin başa çatdırılmasında qeyrimüəyyən vəziyyət yaranmışdır. Əzizboyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin lcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli, 39 saylı qərarının təsdiq edilmiş surətinin dövlət arxivindən əldə olunması ilə bağlı müraciatinə Azərbaycan Respublikasi Dövlət Axivinin Bakı Filialının 09 mart 2018-ci il tarixli; 713 saylı və 10 iyun 2024-cú il tarixli, 3-48-2F/2-0- 25 1-35-3028/2024 saylı cavablarında 26 avgust 1960-cı il tarixli, 39 saylı gərarından çıxarışın göndərildiyi, lakin həmin qarara Azərbaycan dilində adlı siyahının əlavə edilmədiyi bildirilmişdir. Həmçinin, həmin torpag sahasinə aid plan ölçüsüntün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, İdarə tərəfindən ərizənin icrasından torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi əsası ilə imtina olunmuşdur. Habelə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 avqust 2019-cu il tarixli, **********9 saylı müraciətinə cavabında sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) aşkar edilmədiyi göstərilmişdir. Xəzər rayonu, Şüvəlan bələdiyyəsinə torəfimdən ünvan 2 ünvanda yerləşən 720 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün bələdiyyəyə aid sənədləşmə işlərinin başa çatdırılması, zəruri sənədlərin təqdim olunması barədə 08 iyul 2024-cü il tarixli ərizə ilə müraciət olunsa da, bələdiyyə tərəfindən ərizəyə bu günədək heç bir münasibət bildirilməmişdir. Beləliklə də, torpaq sahəsinin ayrılması ilə bağlı 26 avqust 1960-cı il tarixli, 39 saylı Protokolun əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti dövlət orqanlarından əldə oluna bilmədiyindən torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də, yaranmış qeyrimüəyyən vəziyyəti aradan qaldırılması üçün torpaq sahəsinin onun istifadəsində olması heç bir zaman mübahisə predmeti olmadığından sahənin istifadədə olması faktı məhkəmə gaydasında müəyyn edilməli və ünvan 1 ünvanda yerləşən 720 kv.m torpaq sahəsinin istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalı olduğunu qeyd etmişdir. Ərizəçi ünvan 1 ünvanda yerləşən 720 kv. torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçiməhkəmə iclasında iştirak etməmiş, lakin Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Vüqar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhəkəməsinin icraatında olan inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında iştirakı zəruri olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Ərizəçi göndərilən məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 18019546 nömrəli xx.xx.2018-cı il tarixli ərizəyə baxılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş sənədlərin surət olduğu və sözügedən torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilmədiyini, həmçinin torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə içləri aparılmasına şərait yaradılmadığını bu səbəbdən ərizənin icrasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnverlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qasımov küçəsi, döngə 2, 14a ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi adınadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Ərizəçi göndərilən məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qasımov küçəsi, döngə 2, 14a ünvanına dair torpaq sahəsinin ayyrılması ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 720 kv. torpaq sahəsi Ərizəçi təhkim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsində mübahisəli torpaq sahəsinin uzun illərdir onun istifadəsində olmasını bildirərək ərizədə qeyd olunan faktların məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir.Məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin olunmasının şəxsin mübahisəli torpaq sahəsini öz adına dövlət qeydiyyatına alacağına zəmin yaradacağı xüsusi nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Qanunverici daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən edilməsini qeyd edərkən məhz əvvəllər mülkiyyət hüququ üzrə mövcudluğu (ilkin qeydi) müəyyən edilmiş əmlakdan istifadə etmək faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. İş üzrə təqdim edilmiş sənədlərdən isə sözügedən torpaq sahəsinin əvvəllər mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndindən görünür ki, Azərbaycan Respublikası MPMnin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə, sərəncam və sahiblik etmək faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesba edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ünvan 1 ünvanda yerləşən 720 kv. torpaq sahəsinin istifadə olma faktının tanıması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-314/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-314/2025
21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver