Məhkəmə qərarları › İş №2(003)-3146/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3146/2023

27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3146/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 27.03.20*8-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*998-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonunda doğulmuş. O, həyat yoldaşı X8 ilə faktiki nikaha daxil olub evlənmiş, aralarında olan münasibəti isə 03.07.20*8-ci il tarixdə 99 nömrəli nikah qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 27 mart 20*8-ci il təvəllüdlü X9 və 04.06.20*9-cu il təvəllüdlü X** adlı iki uşaqları olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, qızı Təcili yardım gələnə kimi ev şəraitində bir anadan olmuşdur. Qızı 27 mart 20*8ci il təvəllüdlü X9 ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Buna görə də o, Maraqlı şəxsnə müraciət etdi və ona bildirdilər ki, uşaq tibb müəssisəsindən kənar doğulduğu üçün ona şəhadətnamə verilə bilməz. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bildirmək istəyir ki, hal-hazırda uşaq sağlamdır və *4.04.20*8-ci ildən 45 nömrəli saylı Bakı Şəhər Poliklinika Şöbəsində qeydiyyatdadır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi qaynanasının rəfiqəsidir. O, 27 mart 20*8-ci il tarixdə qız uşağı doğmuşdur. Həmin gün o, oraya getmiş uşağı görmüşdür. Uşaq günorta doğulub. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Nabatxanım 27 mart 20*8-ci il tarixdə qız uşağı doğmuşdur. Uşağın adını Məryəm qoymuşlar. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Nabatxanım Eldar qızı ilə 03.07.20*8-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 99 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 04.06.20*9-cu il təvəllüdlü X4 atası X8, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi əvəzləmə kartından görünür ki, Ərizəçi 04.06.20*9-cu il tarixdə oğlan uşağı doğmuşdur. İş materiallarında olan 26 nömrəli birləşmiş şəhər xəstəxanasının ambulator müraciət talonundan görünür ki, 27.03.20*8-ci il təvəllüdlü X9 poliklinikada *4.**.20*9-cu il tarixdə müayinə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin uşağın inkişafı tarixi kitabçasından görünür ki, 27.03.20*8-ci il təvəllüdlü X9 ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 45 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışın surətindən görünür ki, X2 27.03.20*8-ci il tarixdə ev şəraətində qız uşağı doğmuşdur, hazırda uşaq sağlamdır və *4.04.20*8-ci il tarixdən poliklinikada qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Ərizəçi *9.05.2023-cü il tarixli məktubdan görünür ki, evdə doğulmuş * qız uşağının doğumunun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qayda”sının 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir. 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.*.*). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 2*7.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi qızı 27.03.20*8-ci il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Maraqlı şəxs imtina etmişdir. Hazırda ərizəçi onun 27.03.20*8-ci il tarixdə Bakı şəhərində bir qız uşağını dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi 27.03.20*8-ci il tarixdə Bakı şəhərində bir qız uşağı dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi 27.03.20*8-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi 27.03.20*8-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar