Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3166/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimXəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıməhkəmə iclasında iddia tələbinionunla əsaslandırmışdır ki, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 1, 52 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər oğlu, gəlinləri və nəvələri olmaqla, onun evində pasport qeydiyyatında olsalar da, 20 il olar ki, onun evində yaşamırlar. Cavabdehlər hal-hazırda ayrı-ayrı ünvanlarda özlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsində evləri tikməklə öz ailə üzvləri ilə birlikdə yaşayırlar. O, cavabdehlərə dəfələrlə pasport qeydiyyatından çıxmalarına dair xəbərdarlıq etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər onun evinin pasport qeydiyyatında qalıblar və o, özü də 82 yaşında olmaqla təqaüdlə dolanır. Cavabdehin əvəzinə kommunal xidmət haqlarını ödəmək onun üçün çətinlik yaradır. Qeyd olunanlara əsasən, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1dən istifadə hüququnun itirilmiş hesab edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh8 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, mübahisəli evdə babası Ağacan tək yaşayır. O və digər cavabdehlər həmin evdə yaşamırlar. Onların hərəsinin öz evi vardır. Anası Əminə qardaşı Səbuhi ilə birlikdə yaşayır, qardaşı Amilin və digər cavabdehlərin də öz evi var. Şükufə əmisinin arvadı, Elvin və Samir əmisioğlu, Ağamir əmisidir. ünvan 1dən istifadə hüquqlarına xitam verilməsinə etirazı yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı 2010-cu ildən onun qonşusudur. Ağacan ünvan 1də tək yaşayır. Cavabdehlər Ağacanın oğlu, gəlini və nəvələridir. Cavabdehlər başqa küçədə, başqa evlərdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdehlər 19-20 ildir ki, mübahisəli evdə yaşamırlar. İddiaçı həmin evdə həyat yoldaşı ilə yaşamış, sonradan arvadı rəhmətə getmiş və tək yaşamışdır. Digər şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşu və dost olmaqla 60 ildir tanıyır. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 1, 52 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2020-ci il tarixli arayışın surətindən və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 xx.xx.2013, Cavabdeh2 xx.xx.2010, X2 xx.xx.2014, Cavabdeh4 xx.xx.2014, Cavabdeh5 xx.xx.2016, Cavabdeh6 xx.xx.2017, Cavabdeh7 xx.xx.2019 və Cavabdeh8 xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə X7 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin hal-hazırda həmin ünvanda yaşamır, Binə qəsəbəsi, “Bolluq” yaşayış sahəsində özlərinin inşa etdikləri fərdi yaşayış evlərində yaşayırlar. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, orada yaşamırlar, onların həmin mənzilə qeydiyyatları formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1dən istifadə hüququbarədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ mövcud deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1dən istifadə hüququnun mövcud olmamasını və onların həmin mənzildə yaşamamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ mövcud olmadığı halda həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi rədd edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ə istifadə hüququnun olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ə istifadə hüququnun olmaması müəyyən edilsin. Bu qətnamə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3166/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3166/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver