Məhkəmə qərarları › İş №2(003)-3183/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3183/2021

12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3183/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Ərizəçi1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi1 ərizəsi ilə məhkəməyə müraciət edərək, DNT analizi keçirilməklə onun nəticəsinə uyğun olaraq Maraqlı şəxs X1 atası olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçinin tələbi onunla əsaslandırımışdır ki, Maraqlı şəxslə mərhum qızı Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızı 04 yanvar 2005-ci il tarixdə nikaha daxil olmuşlar. 24 aprel 2014-cü ildə qızı ağır xəsətəlikdən dünyasını dəyişmişdir. Onların nikahda olduğu müddət ərzində övladları olmamışdır. Uşağlarının olmamasının səbəbi kimi iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs sağlamlığındakı ciddi problemlər omuşdur. Belə ki, o nikaha girdiyi 2005-ci il tarixindən 2013-cü il tarixədək mütamadi olaraq müalicələr alsa da, heç bir xeyri olmamışdır. Maraqlı şəxs “Ailə Planlanması” və İVF Center” Tibb Mərkəzində, “AYSmed” Medical Centerdə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, “Euromed” tibb mərkəzində və 5 saylı Şəhər Kliniki Xəstəxanasında dəfələrlə Spermoqramma analizi (testi) və digər müxtəlif analizlər vermiş və hər dəfədə analizlərin nəticəsi mənfi olmuş və ona bildirmişlər ki, sənin ümumiyyətlə uşağın ola bilməz. Nəticədə mərhum qızı Səidə və həyat yoldaşı Emil razılığa gələrək uşaq götürmək qərarına gəlmişlər. 12.06.2013-cü ildə Zaqatalada doğulmuş qız uşağını əsl valideynlərinin razılığı əsasında övladları kimi qəbul edərək götürmüşlər. Uşağa Elnaz adı verilmiş, doğum şəhadətnaməsinin ata qrafasında ata adı kimi Maraqlı şəxs, ana adı kimi Səidə Mustafayeva qeyd edilmişdir. 2014-cü ildə qızı Səidə Mustafayeva vəfat etdikdən sonra bugünə kimi Elnaz Mustafayevanı onlar saxlayırlar. X6 uşaqla heç vaxt maraqlanmamışdır. Yalnız 2019-cu ildə uşağın onlardan alınması tələbi ilə məhkəməyə müraciət etmiş və nəticədə bütün insatansiya məhkəmələri onun xeyrinə qərar qəbul etmişdir. Maraqlı şəxs və X4 Mustafayevanın biolofi valideynləri olmamasını onlardan başqa heç kim bilmir. Hesab edirik ki, artıq 8 ildir gizli qalmış həqiqət üzə çıxmalıdır. Uşaq tələbi ilə bağlı məhkəmə prosessində DNT analizi keçirlmədiyindən görə mövcud həqiqət, yəni Maraqlı şəxs uşağın bioloji atası olmaması faktı üzə çıxmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə ilk olaraq qeyd edir ki, ərizədən göündüyü kimi Maraqlı şəxs və Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızı 04 yanvar 2005-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarında uşaqları olmadığından övladlığa uşaq götürmüşlər. Sonradan 24 aprel 2014-cü ildə Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızı vəfat etmiş və uşaq atası Maraqlı şəxs verilmişdir. Hazırda Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızının anası ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs uşağın doğma atası olmaması faktının müəyyən edilməsini xahiş edir. Mübahisə üzrə və qanunvericiliyin tələblərinə əsasən hazırkı mübahisənin üç subyekti mövcuddur. Ata - Maraqlı şəxs, ana - Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızı və 12.06.2013-cü il təvəllüdlü X3r. Ərizədən müəyyən olunduğu kimi bu hüquqa mənsub olan subyektlərdən Mustafayeva (Şiriuçhasar) Səidə İbrahim qızı vəfat etmiş, Elnaz Mustafayeva isə azyaşlıdır və hazırda atası Maraqlı şəxs himayəsindədir. Qeyd edilən faktı mübahisələndirmək hüququna faktiki olaraq iki şəxs malikdir, subyektlərdən biri vəfat etdiyindən hazırkı vaxtda ata Maraqlı şəxs (digər subyekt azyaşlıdır) malikdir. Yəni hazırkı halda sözügedən tələb üzrə ərizəçinin subyektiv hüququ müəyyən edilmir. Həmçinin Mülki Prosessual Məcəllənin 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında; notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə; övladlığa götürmə haqqında ərizələrə, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlərlə baxır. Hazırkı halda ərizəçi DNT analizi keçirilməklə onun nəticəsinə uyğun olaraq Maraqlı şəxs X1 atası olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin qeyd edilən tələb xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəçiyə iddia icraatı qaydasında cavabdehin ünvanı üzrə məhkəməyə müraciət etməsi izah olunsun. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: Ərizəçi1 DNT analizi keçirilməklə onun nəticəsinə uyğun olaraq Maraqlı şəxs X1 atası olmaması faktının müəyyən edilməsisi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar