Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3186/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Hövsan südçülük sovxozu ərazisində ona məxsus 0,03 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Hövsan südçülük sovxozu ərazisində ona məxsus olan 0,03 ha torpaq sahəsinə dair cıxarış, ƏMDƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən********** qeydiyyat nömrəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tarixdə həmin torpağa dair plan və ölçü tərtib edilmişdir. Əri və özü xəstə olduqlarından və rayonda yaşadıqlarından istifadə edərək Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi pandemiya dövründə zəbt edilmişdir. Cavabdeh tərəfindən orada ferma tikilmişdir. Ona torpaq sahəsini boşaltmaq və geri qaytarmaq barədə təklifini sonuncu rədd etmişdir. Polisə bu barədə etdiyi müraciətə isə baxılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona həmin tələb barəsində məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşir. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçının iddia etdiyi Hövsan südçülük sovxozu ərazisində ona məxsus 0,03 ha torpaq sahəsi Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3186/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3186/2024
15.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver