Məhkəmə qərarları › İş №2(003)-3204/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3204/2024

15.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3204/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsgər qızına qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Əsgər qızına qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.Axundov küçəsindəki 11 “A” saylı fərdi yaşayış evinə köçürülərək istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı göstərdiki ki, Xəzər rayonu, Buzovna qəsəbəsi R.Axundov küçəsindəki 11 “A” saylı fərdi yaşayış evi əvvəlcə anasına məxsus olmuş, sonra əri vəfat etməmişdən əvvəl, özü cəza çəkən zaman digər oğlu Cavabdeh1 2014-cü ildə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Cavabdeh həmin evə dair RX seriyalı №0385589 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2014-cü il tarixli çıxarış almışdır. Əlavə olaraq bildirdi ki, özü həmin evdə 15 yaşından yaşamış, 2022-ci ildə barəsində Xəzər rayon Məhkəməsinin həbslə əlaqədar hökmü olmuş, 3 il cəzasını çəkib qurtardıqdan sonra məcbur qalıb Nərimanov rayonunda polisin inzibati binasında qeydiyyata götürülmüşdür. Hal-hazırda isə anası-X1 məxsus olmuş, 1996-cı ildən alınmış həmin evdə yaşayır və təsərrüfat aparır. İddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, o , iddia tələbini qəbul edir. Qardaşı İlqar həbsdə olduğu vaxt anası evi ona bağışlayıb. Qardaşı İlqar onunla birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasında üçüncü şəxs qismində X2 bildirdi ki, 1977-ci ildən bu günədək oğlu İlqarla həmin evdə yaşayır. Evi Nizamiyə bağışlamışdır. Nizami təxminən 2 il öncə evlənib bu evi tərk etmişdir. Cavabdeh2 Əsgər qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanındaki mənzil Cavabdeh1 tam payla xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri 7 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə\1-115 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı uzun müddət mübahisəli evdə yaşamış, həbsdə olduğu dövrdə anası Eminova Həqiqət həmin evi qardaşı Nizamiyə bağışlamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evdən istifadə hüququ tanınmalıdır. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, İddiaçı hal-hazırda mübahisəli evdə yaşayır. Bu halda mövcud olan faktiki durumla bağlı məhkəmə hesab edir ki, iddia İddiaçı mənzilə köçürülməsi hissəsində əsassızdır və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.Axundov küçəsindəki 11 “A” saylı fərdi yaşayış evinə istifadə hüququ tanınsın. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar