Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3208/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, iddiaçı Dağıstan gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin, penyanın məcburi tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi Rusiya Federsiyasının Ədliyyə Nazirliyindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə məhkəməyə daxil olmuş iddiaçı Dağıstan gömrüyünun Cavabdeh qarşı iddia tələbi ilə sonuncudan Dağıstan gömrüyünün xeyrinə 1.984.846,38 rubl məbləğində gömrük ödənişlərinin və penyanın tutulması xahiş edilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırki tələblə bağlı ərizənin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2347/2020 saylı qanuni qüvvəyə minmiş qərardadı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qərardadın mövcudluğu artıq həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Əlavə olaraq iddiaçıya izah edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2347/2020 saylı qərardadından şikayət vermək hüququ da vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Rusiya Federsiyasının Ədliyyə Nazirliyindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə məhkəməyə daxil olmuş iddiaçı Dağıstan gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin, penyanın məcburi tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3208/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3208/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver