Məhkəmə qərarları › İş №2(003)-3209/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3209/2021

09.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3209/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh SOCAR-ın H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh SOCAR-ın H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək, həmçinin bildirmişdir ki, cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi hüquqi şəxs deyildir, “Azneft” İstehsalat Birliyinin tərkibindədir. Birliyin isə hazırda hüquqi ünvanı ünvan 1idiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, vəsatəti, ərizəni və işin digər materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, vəsatət təmin edilərək mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1. maddəsindən görünür ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2. maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı ərizə üzrə işə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır, odur ki, iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-45.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh SOCAR-ın H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair 2(003)-3209/2021 №-li mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar