Məhkəmə qərarları › İş №2(003)-3220/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3220/2022

25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3220/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisi, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi və Maraqlı şəxs3) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 XX.XX.**28-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun əri, X** onun qaynatası, X* onun qaynatasının bacısı olmuşdur. O və yuxarıda adları çəkilən qohumları ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışlar, hazırda da həmin ünvanda yaşayır. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2003-cü il tarixli qətnaməsi ilə ünvan 1-də yerləşən mübahisəli tikililərin faktiki vəziyyətinə, Bakı şəhər Tİ və MHQİ tərəfindən tərtib olunmuş cizgidə A tikilisi kimi qeyd olunmuş yaşayış evinin sahələri *5,5 kvm və *4,7 kv.m olan yaşayış otaqları, 26,* kv.m sahəsi olan eyvan və həmin tikiliyə bitişik, təcrid olunmuş “Q” tikilihamam və V kimi qeyd olunmuş təsərrüfat təyinatlı tikililər X4 və X3 birgə, mübahisəli sahənin şimal-qərb hissəsində yerləşən və cizgidə V tikilisi kimi qeyd olunan qaraj, onun qarşısındakı yarım tikili və həmin tikililərin yerləşdiyi *200 kv.m torpaq sahəsinin X4 istifadəsində saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 2003-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 *5.*0.202*-ci il tarixdə vəfat etmişdir. Ərinin bibisi X* xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X3 doğum tarixi verilmiş sorğularla əldə etmək mümkün olmamışdır. Lakin təqdim edilən fotoşəkildən də göründüyü kimi o, XX.XX.**28-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmlakdan ona düşən payı vərəsəlik üzrə rəsmiləşdirmək üçün Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinə müraciət edilmiş, cavabında bildirilmişdir ki, qohumluğu təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Mübahisəli evdə doğularaq böyümüş, o, həmin ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamaqdadır. Müvafiq halı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmuna uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, maraqlı şəxslər Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisi və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi məktubla müraciət edərək məhkəmə iclasının onların nümayənədsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. X* onun bacısının ərinin bibisi olub. Atakişiyeva Şirinbacı ailə qurmamış, onun bacısı Rənanın ailəsi ilə birlikdə bir evdə ölən günədək yaşayıb. X*2 ruhi xəstə olduğundan onun bacısı Rənanın X2 ona himayəçi təyin edilmişdir. X* xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X* nın **28-ci il tarixdə Bakı şəhərində doğulduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. X* onun atasının bibisi olub. Atakişiyeva Şirinbacı ailə qurmayıb, onlarla bir evdə ölənədək yaşayıb və ona onun anası və atası qulluq etmişlər. X*2 ruhi xəstə olduğundan onun atası ona himayəçi təyin edilmişdir. X* xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X* nın **28-ci il tarixdə Bakı şəhərində doğulduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızıdır. X* onun atasının bibisi olub. Atakişiyeva Şirinbacı ailə qurmayıb, onlarla bir evdə ölənədək yaşayıb və ona onun valideynləri qulluq etmişlər. X*2 ruhi xəstə olduğundan onun atası ona himayəçi təyin edilmişdir. X* xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X* nın **28-ci il tarixdə Bakı şəhərində doğulduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2* ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşudur. X6 tanıyırdı. X*5 ərizəçi Rənanın ərinin bibisi olub. Atakişiyeva Şirinbacı ailə qurmamış, o, Rənanın ailəsi ilə birlikdə bir evdə ölən günədək yaşamışdır. X*2 ruhi xəstə idi, ona Rənanın X2 qulluq edirdi. X* xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X* nın **28-ci il tarixdə Bakı şəhərində doğulduğunu bilir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022ci il tarixli, 457 saylı məktubunda deyilir: “Sizin ərizənizə cavab olaraq bildiririk ki, 02.04,2007-ci il tarixdə ölmüş X* miras qalmış Bakı şəh, Buzovna qəs, C.Məmmədquluzadə küç, ev 45 dair sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün qohumluğu təsdiq edən sənəd doğum haqqında şəhadətnamə olmadığı üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanımız xaricindədir.” İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X* 02 aprel 2007-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X*0 ilə Ərizəçi 07.08.**84-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *5.*0.202*-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** 0*.02.***2-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 05.0*.2000-ci il tarixli, 856 saylı X7 himayəçi təyin edilməsi barədə sərəncamı ilə X* ruhi xəstə olduğu üçün onun bütün məişət ehtiyaclarını X*0 etdiyindən, X*0 ona himayəçi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasinin Dövlət Tarix Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “Asan Xidmət 5” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Bakı şəhəri Buzovna kəndi üzrə ***6-***8-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X8 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasinin Dövlət Tarix Arxivinin *8.*0.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda deyilir: “ünvan 3-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində **28-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.” İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2003-cü il tarixli qətnaməsi ilə ünvan 1-də yerləşən mübahisəli tikililərin faktiki vəziyyətinə, Bakı şəhər Tİ və MHQİ tərəfindən tərtib olunmuş cizgidə A tikilisi kimi qeyd olunmuş yaşayış evinin sahələri *5,5 kvm və *4,7 kv.m olan yaşayış otaqları, 26,* kv.m sahəsi olan eyvan və həmin tikiliyə bitişik, təcrid olunmuş “Q” tikili-hamam və V kimi qeyd olunmuş təsərrüfat təyinatlı tikililər X4 və X3 birgə, mübahisəli sahənin şimal-qərb hissəsində yerləşən və cizgidə V tikilisi kimi qeyd olunan qaraj, onun qarşısındakı yarım tikili və həmin tikililərin yerləşdiyi *200 kv.m torpaq sahəsinin X4 istifadəsində saxlanılması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 2003-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş qəbirüstü abidənin foto şəklindən görünür ki, XX.XX.**28-ci il təvəllüdlü X* xx.xx.2007-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20**-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 doğum haqqında şəhadətnaməsinin olmaması ərizəçiyə sənədləşmə işlərində çətinliklər törətdiyindən,arxiv sənədlərində X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmadığından ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan ərizəçi onun doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X3 XX.XX.**28-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 XX.XX.**28-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 XX.XX.**28-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar