Məhkəmə qərarları › İş №2(003)-324/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-324/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-324/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Şahid ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, uşaqlıqdan bəri “Ümid Yeri” İctimai Birliyində- yəni sığınacaqda yaşamışdır. Bu səbəbdən onun doğum haqqında şəhadətnaməsi olmamışdır. Onun atası X8, anası Maraqlı şəxs2dır. O, *7.08.2000-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. Atası və anası hər ikisi azərbaycanlıdır. Ailədə üç bacısı və bir qardaşı olmuşdur. Onların adı Ayşən, Gülşən, Gültən və Rövşəndir. Rəsmi nikaha daxil olmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etməmiş və məhkəmədə göstərmişdir ki, o, Ərizəçi doğulan zamanlarda evdən çölə çıxmamışdır. Aytən evdə doğulmuşdur. Həmin vaxt onlar doğum haqqında şəhadətnamə almamışlar. Maddi imkanları yaxşı olmamışdır. 2002-ci ildə beşinci uşaqları doğulduqdan sonra nikahları pozulmuşdur. Aytənə iki yaşına çatanadək qulluq etmişdir. Nikah pozulduqdan sonra üç uşaq onunla getmiş, digər ikisi isə atasının himayəsində qalmışdır. *8-20 ilə yaxındır ki, uşaqlarının üzünü görmür. Rövşən və Gültənlə münasibəti olsa da, digər övladları ilə yoxdur. Ailədə ən kiçik uşaq 2002-ci il təvəllüdlü Gültən olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirdi ki, o, ərizəçinin bacısıdır. Maraqlı şəxs2 onların anasıdır. Ailədə beş övlad olmuşlar. Ailədə ən böyük övlad odur. Aytən dördüncü övladdır. *7.08.2000-ci ildə doğulmuşdur. Ata və anaları eynidir. Valideynləri arasındakı nikah pozulduqdan sonra o və bacısı atası ilə qalmışlar. Digər iki bacısı və bir qardaşı isə anası ilə getmişdir. Həmin vaxtdan anaları ilə əlaqələri olmamışdır. Aytən İsmayıllı rayonunda doğulmuşdur. X9 20*9-cu ildə vəfat etmişdir. Aytənlə birlikdə ataları vəfat edənə qədər onun yanında olmuşlar. Onların maddi imkanları olmadığından doğum ev şəraitində olub. Bu səbəbdən xəstəxanaya gedə bilməmişlər. Ataları öldükdən sonra maddi imkanlarının pis olması səbəbindən Aytəni uşaq sığınacağına vermişlər. Aytənlə mütəmadi olaraq əlaqədə olmuşdur. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 293 saylı canlı şəxsin ekspertizasına dair rəydən görünür ki, Ərizəçi müəyyən edilmiş sümük yaşı 2*,5-23 ilə uyğun gəlir. - Bakı şəhəri Maraqlı şəxs* xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*5-*35*-*/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *58.*-ci və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 38.3-cü maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumatlar hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü ilin *45 No-li Qərarının 9.*5. bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, NMR Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Həmin qanunun 9.*6. bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.*5-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Ərizəçi doğumu haqqında akt qeydinin açılıb-açılmaması barədə məlumatın istənilməsi ilə bağlı xahişin təmin edilməsi mümkün deyildir. - İsmayıllı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32 saylı arayışın surətindən görünür ki, X8 23.03.20*9-cu il tarixdə İsmayıllı rayonunda ölmüşdür. Bu barədə ölümün təsdiq edilməsi haqqında akt qeydləri kitabında 29.03.20*9-cu il tarixdə 54 sayla qeyd edilmişdir. - İsmayıllı rayon qeydiyyat şöbəsinin 0*.*2.2023-cü il tarixli 3-*6-5/8-*3-526-2023 saylı məktubundan görünür ki, X3 akt qeydi qeydiyyat şöbəsində qeydə alınmışdır. Onun övladları xx.xx.*992-ci il təvəllüdlü Şahid, 03.*2.*995-ci il təvəllüdlü X6 və 27.02.*994-cü il təvəllüdlü X2 doğumları haqqında akt qeydləri Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 08.*2.2023-cü il tarixli 3-*3-**/2-*5027/2023 saylı məktubundan görünür ki, Ərizəçi əl əksləri Dövlət daktiloskopik qeydiyyatında *7.08.2000-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş Ərizəçi məxsusdur. - İsmayıllı rayon qeydiyyat şöbəsinin *9.*2.2023-cü il tarixli 3-*6-5/8-*3-550/2023 saylı məktubundan görünür ki, qeydiyyat şöbəsində *7.08.2000-ci il tarixdə doğulmuş Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı *795*9 saylı təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid xx.xx.*992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X8, anası X*r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərindən görünür ki, X5 27.02.*994-cü il tarixdə, X6 03.*2.*995-ci il tarixdə anadan olmuşlar. Onların atası X8, anası X*r. Beləliklə, ərizəçi tərəfin və maraqlı şəxsin izahatları, şahid ifadəsi və işin materialları ilə Ərizəçi *7.08.2000-ci il tarixində İsmayıllı rayonunda anadan olması, milliyyətinin azərbaycanlı olması, atasının 2*.04.*962-ci il təvəllüdlü X8, anasının xx.xx.*975-ci il təvəllüdlü Maraqlı şəxs2 olması tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin onun doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi *7.08.2000-ci il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Aytən”, soyadı “Yusifova”, ata adı “Vahid qızı”, doğum tarixi “*7.08.2000ci il”, doğum yeri “İsmayıllı rayonu”, anası qrafasında “Maraqlı şəxs2”, atası qrafasında “X8” göstərilməklə doğum faktı qeydə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi *7.08.2000-ci il tarixində İsmayıllı rayonunda doğulması, milliyyətinin azərbaycanlı olması, atasının 2*.04.*962-ci il təvəllüdlü X8, anasının xx.xx.*975-ci il təvəllüdlü Maraqlı şəxs2 olması qeyd edilməklə doğum faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar