Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-326/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X2 Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 21 avqust 2021-ci il tarixli, 415-K saylı əmri qanunsuz və əsassız olduğu ücün ləğv edilməsi, onun işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.01.2014-cü ildən 21.08.2021-ci il tarixə kimi 29 nömrəl Birləşmiş Şəhər Xəstəxanasında işləmişdir. Cavabdeh təşkilat 415-K saylı 21.08.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövr ərzində qüsursuz işlədiyindən heç bir töhmət və ya xəbərdarlıq almamışdır. Belə ki, əmək fəaliyyəti zamanı cavabdeh təşkilatın mənafeyinə ciddi xələl gətirəcək hərəkət etməmişdir. Bu halı təsdiq edəcək qərar və sair hüquqi sənəd mövcud deyildir. Cavabdeh təşkilatla iddiaçı arasında olan əmək mübahisəsi ilə əlaqədar mediasiya şurasına müraciət etmişdir və mediasiya zamanı cavabdeh iştirak etmədiyindən 18 oktyabr 2021-ci il tarixli arayış verilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbini irəli sürmüşdür. Cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də həmin maddələrin mahiyyətində olan halları təsdiq edəcək hansı halların baş verməsini və ona dair sübutları qeyd etməmişdir. O, X1 dəvət olunmamış və izahatı alınmamışdır. Həmkarlar İttifaqına dəvət olunsa və yuxarıda qeyd olunan məsələ ilə bağlı izahatı alınsa idi, onda mübahisə edilən əmrdə göstərilən xüsusatların öz təsdiqini tapmaması müəyyən olunardı. Həmkarlar İttifaqının üzvüdür. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mümkün hesab etmişdir. İş materiallarında olan X3 Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 415-K saylı 21.08.2021-ci il tarixli əmrindən görünür ki, həmin xəstəxananın Pediatriya bölməsinin tibb bacısı İddiaçı ilə bağlanmış xxxxxxx000104 nömrəli əmək müqaviləsinə sözügedən əmr əsasında 21.08.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür (maddə 68, hissə 2 “a”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70 “ç”). Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80, hissə 1, 2). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır (maddə 300, hissə 1). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin mülki işin məhkəmə baxışı zamanı buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yəni hazırkı mülki iş üzrə İddiaçı işdən azad edərkən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmək Məcəlləsinin 297 və 300-cü maddələrinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, MPM və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edlməli, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 415-K saylı 21.08.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Pediatriya bölməsinin Sahə tibb bacısı vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 415-K saylı 21.08.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Pediatriya bölməsinin Sahə tibb bacısı vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağiyev
Məhkəmə qərarları › İş №2(003)-326/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-326/2022
01.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver