Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3260/2020 16.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh2qarşıiddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayonməhkəməsinə müraciət edərək, Cavabdeh2 90100 manat və digər cavabdeh X1 8600 manat, ümumilikdə 98700 manat məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir ki, qızıl alveri ilə məşğul olur. Cavabdeh2 ondan uzun müddət qızıl alış verişi etmiş və onda etibar və inam yaratmışdır. Belə ki, bir müddət aldığı qızılların satışını həyata keçirdikdən sonra ödənişlər etsə də, lakin sonda onu aldadaraq, ona məxsus olan 100000 (yüz min) manat məbləğində qızıl ziynət əşyalarını ələ keçirmiş pullarını ödəməmişdir. Bundan sonra cavabdehlə nə qədər danışıqlar aparılsa da, son sözü bu olmuşdur ki, get hara deyirsən de, mən sənə heç nə verməyəcəm. Cavabdeh Q.Anarə adlı iddiaçıya məxsus olan qızıl ziynət əşyalarını ələ keçirib mənimsəmiş vo onların dəyərini ödəməmişdir. Aralarında keçən danışıqlardan aydın olur ki, özü ona 98 700 manat məbləğində borcu olduğunu etiraf edir, ilk əvvəllər borcu hissə-hissə qaytaracağına söz versə də, sonralar guya qaytardığını deyir. Üstəlik qeyd edir ki, get hara şikayət edirsən et. Hesab edir ki, adamınniyyəti sadəcə onun mallarını mənimsəmək və ya sataraq pul əldə etmək olub.Bundan əlavə, ərizəyə əlavə edəcəyi diskdə öz səsi ilə borcunun olmasını təsdiq edən səs yazıları var ki,bu Anarənin ona külli miqdarda borcu olmasını etiraf edir. Habelə yazılarda da ona borcu olmasını təsdiq edir.Anarə adlı şəxs ondan aldığı qızılları kimə satdığını və kimdə nəqdər borcu olduğunu etiraf edən özünün əl yazıları var. Belə ki, cavabdehin dediyinə görə Mətiş adlı şəxsə 3650 manatlıq qızıl vermiş, həmin qızıldan mənə cəmi 600 manat qaytarmış, Mətişin bacısına 3270 manatlıq qızıl vermiş, 350 manat qaytarmış, Rövşanə adlı xanıma 850 manatlıq qızıl vermiş, 400 manat qaytarılmış, Təranə adlı şəxsə 1300 manatlıq qızıl vermiş, 400 manat qaytarmış, Günel adlı şəxsə 1930 manatlıq qızıl vermiş, 500 manat qaytarılmış, Aynurə adlı xanıma 1500 manatlıq qızıl verilmiş, 400 manat qaytarlmış, Anarənin özünə sep və qolbaq (600 manat dəyərində) verilmiş, 200 manat qaytarılmış, Leyla adlı xanıma 800 manatlıq qızıl vermiş, 350 manat qaytarılmış, Rəna adlı xanıma 1100 manatlıq qızıl verilmiş, 400 manat qaytarmış, müəllimlərə 6800 manatlıq qızıl verilmiş, 2720 manat qaytarılmış, Sveta adlı xanıma 630 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Aygün adlı xanıma 600 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Şəbnəm adlı xanıma 550 manatlıq qızıl verilmiş, 250 manat qaytarılmış, Dilarə adlı xanıma 650 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Aysun adlı xanıma 1070 manat dəyərində qızıl verilmiş, 400 manat qaytarılmış, Şəhla adlı xanıma 450 manatlıq qızıl verilmiş, 200 manat qaytarılmış, Nazilə adlı xanıma 490 manat dəyərində qızıl verilmiş, 150 manat qaytarılmış, Xavər adlı xanıma 2210 manat qızıl verilmiş, Mətişin qardaşına 2550 manatlıq qızıl verilmiş, Zülfüqara 1090 manat qızıl verilmiş, 100 qramlıq külçə verilmiş, qiyməti 2600 manat, Həyat adlı xanıma 1850 manatlıq qızıl verilmiş, Sürəyya adlı xanıma 14000 manatlıq, Sürəyyanın qızına isə 7600 manatlıq qızıl verilmiş, Anarənin özü 3385 manat dəyərində qızıl almış, Larisa adlı baldızı məndən 8600 manat dəyərində olan qızılı alıb Anarənin özünə vermiş, 32460 manat dəyərində qızılı Anarə alıb kimə verdiyini bildirməmişdir. Bu siyahıda qeyd etdiklərini Anarə özü ona bildirmiş və Anarənin sözlərinə görə tərtib etmişdir. Ümumilikdə Anarə ondan 98700 manat dəyərində qızılı alaraq pulunu geri qaytarmamışdır.Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən təhqiqatçıs Surəc Niyaz tərəfindən verilən ‘'Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ xx.xx.2020-ci il tarixli Qərardandan da göründüyü kimi, Cavabdeh2 öz izahatında , ondan 35000 manat məbləğində dəyəri olan qızılı alıb dəyərini ödədiyini bildirsə də, hazırda ona 90100 manat məbləğində pul borcludur.İşin faktiki hallarından və Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan da göründüyü kimi Cavabdeh2 ilə arasında qızıl-zinət əşyaları ilə bağlı şifahi formada alqı-satqı müqavilə bağlanmışdır.Bu alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı Cavabdeh2 2018-ci ildən 2019-cu ilin fevral ayına kimi olan müddət ərzində 120-130 min manat dəyərində qızıl zinət əşyaları vermişdir və daha sonra Cavabdeh2 həmin məbləğdə olan puldan ona qalan 90100 manat borcunu qaytarmamışdır.Tərəflər arasında olan söhbətlər və whatsapp yazışmalar zamanı Cavabdeh2 ona borcu olduğunu etiraf etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, Q.Anarə öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Onunla cavabdeh Q.Anarə arasında müqavilə olsa da, cavabdeh şifahi alqı- satqı müqaviləsi üzrə öz üzərinə düşən vəzifələri icra etməmişdir. İşin faktiki hallarında da göründüyü kimi, cavabdeh Q.Anarə borcu hissə-hissə qaytaracağına söz versə də, lakin o öz öhdəliklərini icra etməmiş və nəticədə ona maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, Cavabdeh2 90100 manat və digər cavabdeh X1 8600 manat, ümumilikdə 98700 manat məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə arasında 2017-ci ilin may ayından 2018-ci ilin dekabr ayınadək təqribən 35000 manatlıq alış-veriş münasibəti olun. O, iddiaçıya olan borcunu demək olar ki, ödəyib. Hazırda iddiaçıya 3200 borc qalıb. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən, yəni 3200 manat pulun tutulmasına dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməmiş və cavabdein iddiaçıya olan borcunu qaytardığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı qızılın alışı və satışı ilə məşğul olmaqla, cavabdehlərə nisyə satdığı qızılların dəyərinin sonuncular tərəfindən ona qaytarılmadığını əsas gətirərək, həmin qızıllara görə Cavabdeh2 90100 manat, X1 8600 manat pulun tutulmasını xahiş etmişdir. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tələb etdiyi 90100 manat dəyərində qızıl zinyət əşyasını Cavabdeh2, 8600 manat dəyərində qızıl zinyət əşyasını X3 verməsini sübuta yetirən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, Cavabdeh2 məhkəmə iclasında iddiaçı ilə 35000 manat məbləğində alış-veriş etdiyini, lakin borcu qaytardığını, hazırda 3200 borcu qaldığını bildirmişdir. Cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmağına dair öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh2 İddiaçı xeyrinə 35000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X9 Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qisməntəmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 35000 manat məbləğində pul vəsaiti tutulmalı, o cümlədən, iş üzrə məhkəmə xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün İddiaçıtərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, Cavabdeh2 11 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 35000 (otuz beş min) manat məbləğində borc tutulsun. Cavabdeh2 11 (on bir) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3260/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3260/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver