Məhkəmə qərarları › İş №2(003)-3265/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3265/2020

03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3265/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhərində xx.xx.2015-ci il tarixdə qız uşağının doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X11 ilə 2014-cü ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2015-ci ildə qız uşağı olmuşdur. Rəsmi nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Fatimə yaşadıqları evdə doğulduğundan ona doğum haqqında şəhadətnaməsi almaq mümkün olmamışdır. Ev şəraitində doğulmuş uşağı hazırda sağlam olmaqla 26 saylı X3 qeydiyyatdadır. Uşağının adına doğum haqqında şəhadətnamə verilməsindən ötrü Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum faktının təsdiq edilməsindən imtina edilmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli 05/15-910 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 dövlət qeydiyyatı Qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bayramov arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X14 və X4 bildirmişlər ki, X12 və arvadı X9 xx.xx.2015-ci il təvəllüdlü övladı X7 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları ərazisində yerləşən evdə qeydiyyatsız yaşayır. Məhkəmədə şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, ərizəçinin əri onun qardaşı oğludur-o, polisdir. Həmin vaxt o, tədbirdə olmuş sancılar baş verdikdə ərizəçi evdə tək olmuşdur. O, bacısı Mələklə onlara getmiş uşaq vaxtından qabaq doğulmuşdur. Uşaq doğulanda orda olmuşlar və bacısı uşağın göbəyini kəsmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, ərizəçinin qohumudur. Buluş ilə ərizəçinin evində olan vaxtı qəfil sancıları tutmuş, həkim çağıra bilməmişlər və qız uşağı doğulmuşdur. Uşağın göbəyini o özü kəsmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 Dövlət Qeydiyyatı Qaydasının 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.1997-ci il təvəllüdlü Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.2015-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.2015-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.2015-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar