Məhkəmə qərarları › İş №2(003)-327/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-327/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-327/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “qohumluq faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X*nın X4 qızı olması, onun X4 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvanında yerləşən Abşeron rayonuna aid olan *,092 ha torpaq sahəsinin mülkiyyətçisi onun babası X7 olmuşdur. Babası 0* yanvar *946-cı il tarixində vəfat etmişdir. Babasının vəfatından sonra həmin torpaq sahəsi anasına, yəni onun qızına qanun üzrə vərəsəlik qaydasında miras əmlak olaraq qalmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin *5.02.2023-cü il tarixli məktubundan da göründüyü kimi, *933-cü ilə dair Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında *0 iyul *933-cü il tarixdə doğulan X8 təvəllüdü qeyd olunmuşdur. Həmçinin arxiv arayışında onun atasının Əliyev Bəndəli olduğu göstərilmişdir. X* 05.*2.2007ci il tarixində vəfat etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə o, mərhum X*nın vərəsəsi kimi müəyyən edilmişdir. Mərhum anasının ölümündən sonra həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 3* saylı Notariat Ofisinə müraciət etmişdir. Babası ilə qohumluq əlaqəsini təsdiq edən sənədin olmaması ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Maraqlı şəxs (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş AZ-İ seriyalı 282044 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05.*2.2007-ci il tarixdə vəfat etmişdir. - *7.02.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 vərəsəsi kimi mirasdan tam hissədə pay almalıdır. - xx.xx.2023-cü il tarixli 479 saylı qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-TA/2R- 00068/2023 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zirə kəndinin *886-cı ilə dair kameral siyahısında Bəndəli Hadı oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Atası –Hadı Mirzə oğlu qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9/3*3 nömrəli, *4.*0.20*3-cü il tarixli məktubundan aydın olur ki, Zirə kəndinin *886-cı ilə dair kameral siyahısında aşağıdakı şəxslərin adları qeyd olunub: X*8 -45 yaş. Onun oğlanları: X**, X*2. Onun qardaşları: Dərgah Mirzə oğlu, Mehdi Mirzə oğlu, Hadı Mirzə oğlu və digərləri. Hadının oğlu Bəndalı *887-ci il 20 mart tarixində doğulub. Onların Zirə kəndində 2400 kv sajına bərabər olan üzüm saəsi olmşdur. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9/3*3 nömrəli, *4.*0.20*3-cü il tarixli məktubundan məlum olur ki, Zirə kəndinin *886-cı ilə dair kameral siyahısında aşağıdakı şəxslərin adları qeyd olunub: Xıdırnəbi Yarəli oğlu. Onun oğlu Səfərəli. Ailədə 4 qadın olmuşdur. - Azərbaycan Respublikasının Dövlət Arxivinin 3-48-DA/2-R-00288/2023 nömrəli, *5.02.20*3-cü il tarixli məktubundan məlum olur ki, *933-cü ildə doğulan Əliyeva kübra xanım Bəndəli qızının atası Əliyev Bəndəli, anası Əliyeva Nənə X. Qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, daxil olmuş sorğu əsasında X2 və Bəndəli Hadı oğlunun doğumu haqqında akt qeydləri aşkar edilməmişdir. Arxiv məlumatları Maraqlı şəxsndə *945-ci ilə qədər saxlanılmadığına görə doğum haqqında akt qeydlərinin axtarışının aparılması imkan xaricindədir. - Maraqlı şəxs tərəfindən verilmiş *4.02.2023-cü il tarixli şəhadətnamədən aydın olur ki, X7 0*.0*.*946-cı il tarixində Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin *2 aprel 20*9-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **34-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin **59.5-ci maddəsinə əsasən vərəsəlik zamanı beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən xahiş olunan qohumluq faktının təsdiq edilməsinə dair xahişi miras qalmış əmlakın vərəsəlik qaydasında həllini tapmasından ibarətdir. Belə ki, iş üzrə müəyyən olunur ki, ərizəçinin anası X3 vəfatından sonra ərizəçiyə miras əmlak qalmışdır və o, yeganə vərəsədir. Hazırda yaşadıqları torpaq sahəsi anasının vəfatından sonra ona qalmışdır. Həmin torpaq sahəsi hazırda ərizəçinin sahibliyində və istifadəsindədir. Miras əmlakla bağlı vərəsəlik işinin açılması üçün qohumluq faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün notariat ofisi tərəfindən ərizəçiyə imtina edilmişdir. Məhkəmə hesab edir ki, X2 X4 qızı olması, ərizəçinin X4 nəvəsi olması faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olsa da, arxiv arayışı və digər sənədlərdə ərizəçinin babasının X7 olması təsdiq edilmir. Əksinə olaraq arxiv sənədlərinə əsasən *887-ci ildə doğulmuş Əliyev Bəndəlinin atası Hadı Mirzə oğlu olduğu müəyyən edilir. Bu səbəbdən ərizəçinin X4 nəvəsi olması ilə bağlı qohumluq faktı müəyyən edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə üzrə irəli sürülmüş tələb yalnız ərizəçinin heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və ərizədə qeyd olunanlar qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -*4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.*-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən olunmasına dair hazırki ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar