Məhkəmə qərarları › İş №2(003)-3274/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3274/2024

06.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3274/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maraqlı şəxs qismində Xəzər rayon Buzovna bələdiyyəsi cəlb edilməklə "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs qismində Xəzər rayon Buzovna bələdiyyəsi cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan xx.xx.2005-ci tarixli, 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqısatqı yolu ilə ona ayrılan 600 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Buzovna bələdiyyəsinin 187 saylı sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin onun tərəfindən etibarnamə ilə satılmış 2 sotundan və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikilidən Cavabdeh çıxarılması, həmin torpaq sahəsi və onun üzərində tikilmiş qanunsuz tikiliyə iddiaçının hüquqlarının bərpa edilməsi və tanınması, iddiaçı tərəfindən həmin 2 sot torpaq sahəsinə görə cavabdehdən alınmış 10.000 manat və cavabdehin qanunsuz tikiliyə görə çəkdiyi 10.600 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 göstərdi ki, xx.xx.2005-ci il tarixli,187 saylı Buzovna bələdiyyəsinin sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq bələdiyyəyə məxsusdur və iddiaçı həmin torpaq üçün ödəniş etmişdir. Zamin əvvəlcə həmin torpaq sahəsini Rəşiddən satın almaq istəyirdi və onlar bu məsələyə görə bir neçə dəfə görüşüblər. Lakin sonradan cavabdeh Zamin qanunsuz olaraq həmin torpağ sahəsinə daxil olaraq qanunsuz olaraq tikinti işləri ilə məşquldur.Cavabdeh Rəşidin xəbərdarlıqlarına məhəl qoymayaraq tikinti işlərini davam etdirir. Belə ki, Rəşid tikinti işləri zamani baş verə biləcək qəzalarla bağlı məsuliyyət daşıyacağına görə narahatdır. Əlavə olaraq qeyd etdi ki, İddiaçı 2020-ci ildə bəri cəzaçəkmə müəssisəsindədir.Zaminə 2 sot torpaq 11.000 manata satılıb, 10.000 manat hissəsi iddiaçıya, 1.000 manatı maklerə verilmişdir. Bundan sonra cavabdeh iddiaçıya məxsus qonşuluqdaki evi təmir etməlidir, lakin etməyib. Cavabdeh həmin torpaqda tikili tikir.İddiaçı həmin evi sona çatdırıb, 40.000 manat əsait xərcləyib və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onları narahat edir. Evlə bağlı hər hansı sənəd yoxdur. İddiaçı cavabdehə torpaq üçün aldığı 11.000 manat məbləği və evə xərclədiyi vəsaiti qaytarmağa hazırdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddianı qəbul etmir. İddiaçı ilə razılaşaraq 11.000 manat məbləğə həmin torpağı almış və ev tikmişdir. Etibarnaməni Rəşid 2020-ci ildə vermişdir.Lakin iddiaçı 25 aydır ki həmin evdə yaşayır.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin şahidi X1 göstərdi ki,cavabdeh olan Zamin 2 sot torpaq sahəsini Rəşiddən 11.000 manata alır və notariusda qonşusu kimi özü də iştirak etmişdir. Ozü “Zil” sürücüsüdür. Evi Zamin tikib,lakin hal-hazırda evdə heç kim yaşamır. Məhkəmə iclasında cavabdehin şahidi X2 göstərdi ki,Zamin onun həmyerlisidir və qonşusudur.Özü evin dam örtüyü ilə məşğul olub, bu işi 2023-cü ilin aprel ayında 1500 manat pul qarşılığında görüb.Həmin evin dam örtüyünü vurduğu vaxt ev natamam vəziyyətdə olub, qapı-pəncərəsi vurulmamışdı. Məhkəmə iclasında iddiaçının şahidi X4 göstərdi ki, Rəşidin evində usta işləyib, beton, suvaq və qapı işləri görüb, təxminən 10.000 manat dəyərində iş görüb. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Vəkil1 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçının həmin torpaq üzərində mülkiyyət hüququnun olmasını təsdiq etmir.Mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olduğundan yalnız bələdiyyənin cavabdehə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. İş materiallarında olan Əzizbəyov rayon Buzovna bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 187 saylı sərəncamından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 m2 torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq baza qiyməti ilə vətəndaş İddiaçı (ünvan: ünvan 1ələdiyyəsi tərəfindən göndərilmiş 02/84 saylı, xx.xx.2020ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 m2 torpaq sahəsi ayrılmışdır.Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi əsasında Buzovna qəsəbəsində 600 m2 torpaq sahəsi verilmişdir.Həmin torpaqlar Bələdiyyə hüdudları daxilində yerləşir. Belə olan halda iddiaçının həmin torpaqla bağlı cavabdeh Camalov Xamin oğluna qarşı iddia vermək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğuna görə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar