Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3280/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30500 manat və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7, 13 dekabr 2023-cü il tarixdə soyadının sonluğunu milliləşdirərək İbrahimli etmişdir. İddiaçı ilə cavabdeh 2023-cü ildən 2016-cı ilədək rəsmi nikahda olmuşlar. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı, tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli vərəqində qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.54 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi nikahdan əvvəl X4 məxsus olmuşdur. "xxxx" ASC-nin "İnqilab" filialı ilə Cavabdeh arasında 01 may 2015-ci il tarixli JVe 25560-İF-KM-05/15 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 may 2015-ci il tarixli, 25560-İF-KM- 05/15 saylı kredit müqaviləsinin təminatı qismində X7 ilə 01 may 2015-ci il tarixli, 25560- İF-İM-05/15 saylı ipoteka müqaviləsi bağlanaraq X4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 - ci məhəllə, 1H saylı, tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli vərəqində qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.54 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi bankda ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələrinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 01 may 2015-ci il tarixli, 25560-İF-KM-05/15 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 17901 ABŞ dolları əsas borc, 3111 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 21312 ABŞ dolları borcu yaranmışdır. Amrahbank ASC Cavabdeh və X4 qarşı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2015-ci il tarixli, 25560-İF-KM-05/15 saylı kredit müqaviləsinin ləğv edilməsinə; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2015-ci il tarixli JV2 25560-1F-KM-05/15 saylı kredit müqaviləsinə əsasən cəmi 21312 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə, tutmanın "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 01 may 2015-ci il tarixli, 25560-İF-İM- 05/15 saylı ipotek müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.55 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönləndirərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1632/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş Cavabdeh 17901 ABŞ dolları əsas borc və 3111 ABŞ dolları kreditəgörə faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə pulu, ümumilikdə 21.312 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASCnin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 2 ixtisaslaşdırılmış açıq hərracdan satılması, Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 21312 ABS dollar Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ "xxxx" ASCnin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Cavabdeh "xxxx" ASC-nin xeyrinətutulsun. Mənzilin satışından əldə edilmiş məbləğ "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra İddiaçı, Cavabdeh və X5 Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, ev 1H-a olan istifadə hüquqlarına xitam verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Sonradan həmin qətnamə icraya yönəldilmiş, Cavabdeh qətnaməni icra etmədiyindən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mülkiyyəti hərracdan 17 avqust 2017-ci il tarixdə X6 32025 manata satılmış, həmin puldan banka olan 30500 borc tutulmuş, yerdə qalan hərrac xərci və digər xərclər çıxıldıqdan sonra 19 iyul 2022-ci il tarixdə yerdə qalan pul iddiaçıya verilmiş, eyni zamanda qeyd edilən evin ipotekadan çıxarılması və bunun iddiaçıya həvalə edilməsi barədə etibarnamə verilmişdir. Lakin, bu gün də Cavabdeh iddiaçının onun banka olan borcu əsasında mülkiyyətinin satılması nəticəsində banka ödənilən 30500 manatı ödəməkdən yayınmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, cavabdeh tərəfindən bankdan kredit götürülüb, iddiaçı isə öz mülkiyyətində olan evi ipoteka ilə bank qarşısında girov qoymuşdur. Cavabdeh banka olan borcunu ödəmədiyindən tələb ipoteka predmetinə yönəlmişdir. Həmin əmlak satılmış və əldə edilən vəsait hesabına cavabdehin banka olan borcu ödənilmişdir. Hazırda reqres qaydasında pul cavabdehdən tələb olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-1632/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ümumilikdə 21312 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 2 ixtisaslaşdırılmış açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 21312 ABŞ dollar Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ "xxxx" ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra İddiaçı, Cavabdeh və X5 Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, ev 1H-a olan istifadə hüquqlarına xitam verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. -AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və ümumi sahəsi 74.64 kv.m, yaşayış sahəsi 34.1 kv.m, yardımçı sahəsi 40.54 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 32025 manat X2. Həmin müqavilənin 5-ci bəndinə əsasən satılan mənzil xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin İnqilab filialına ipotekaya qoyulmuşdur. “İpoteka Haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən "xxxx" ASC-nin İnqilab filalı yaşayış sahəsinin ipotekada qalması şərti ilə satılmasına dair xx.xx.2017- tarixli, ABHD-1311/17 saylı razılıq məktubu vermişdir. “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən satılan yaşayış sahəsi ilə bağlı ipoteka qüvvədə qalır. xx.xx.2017 tarixli, ABHD-1311/17 saylı məktuba əsasən borcalan İddiaçı banka 30500 manat borcu var. Satıcı İddiaçı bu müqavilənin 4-cü bəndində göstərilən məbləğdən (32025 manat) – 30500 manatı Bankın İnqilab filialının nümayəndəsi X8 qəbz verməyi, bank növbsində yaşayış sahəsinin ipotekadan azad olunmasına dair alıcı X6 xx.xx.2014-ci il tarixədək məktub və bildiriş verməyi öhdəsinə götürmüşdür. -Ləğv prosesində olan "xxxx" ASC-nin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2022-ci il tarixli ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25560-İF-KM-05/15 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan ipoteka predmeti olan İddiaçı məxsus ünvan 2 tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunmuşdur. -Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünü ki, X1 “ov” sonluğu (İbrahimovdan) Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2022-ci ildə “-li” sonluğuna (İbrahimliyə) dəyişdirilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 184 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və həmin zaman iddiaçıya məxsus daşınmaz əmlakın kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə məhkəmə qətnaməsinə əsasən cavabdeh ümumilikdə 21312 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxus və bank qarşısında ipoteka ilə girov qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsinə qət edilmişdir. İddiaçı özünə məxsus və ipoteka predmeti olan daşınmaz əmlakı "xxxx" ASCnin razılığı əsasında satmış və əldə olunan pul vəsaitinin 30500 manat hissəsi hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin "xxxx" ASC-dən götürdüyü kreditə görə yaranmış 30500 manat məbləğində borc ödənildiyindən iddiaçıya həmin məbləğdə zərər dəymişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı reqres qaydasında həmin pul məbləğini geri tələb etmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən 30500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisə predmetinə daxil olan daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması, cavabdeh tərəfindən götürülmüş kreditin isə ailə ehtiyacları üçün xərclənməsi iş materialları ilə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30500 manat məbləğində borc alınaraq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə, hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 184 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30500 (otuz min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 184 manat alınaraq iddiaçı X4 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3280/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3280/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver