Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3280/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin «GHC» filialı-nin nümayəndəsi X1 iştiakı ilə, İddiaçı Cavabdeh MMC-nin «GHC» filialına qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nin «GHC» filialına qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, onu Cavabdeh MMC-nin “GHC” şirkətinə işə bərpa etməklə xx.xx.2024-cü il tarixli 126/A saylı işdən azad olunmağı barədə olan əmri ləğv edilməsi və məcburi işdən azad olunmağı ilə əlaqədar əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə ŞTQ, Mərdəkan prospekti ev-21-də yerləşən Cavabdeh MMC-nin “GHC” filialı/Xüsusi texnikanın istismarı departamenti/”Xüsusi texnika və nəqliyyatın istismarı xidməti/Sərnişin hava gəmiləri üzrə xüsusi texnika və nəqliyyatın istismarı sahəsi” bölməsində yükdaşıyan vəzifəsinə CV əsasında xx.xx.2024-cü il tarixdə işə qəbul olunmuşdur. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanıldı. Lakin müqavilənin şərtləri ilə əlaqədar ona heç bir söz deyilmədi. Təxminən 1-2 ay işlədikdən sonra işlədiyi “Sərnişin hava gəmiləri üzrə xüsusi texnika və nəqliyyatın istismarı” sahəsinin briqadiri onu yanına çağırıb bildirdi ki, onunla bir vaxtda işə qəbul olunmuş işçilərin hamısı 1000 manat pul veriblər. O da 1000 manat pul verməlidir. O, ona izah etmişdir ki, o, CV əsasında işə qəbul olunmuşdur. Kiməsə pul verməyə imkanı yoxdur. Belə ki, himayəsində 2 azyaşlı uşağı var. Həyat yoldaşı işləmir. Xəstə valideynləri də onun himayəsində yaşayır. O, ona qeyd etdiklərini dedikdən sonra ona bildirdi ki, “səni burada işləməyə qoymayacam”. Bu söhbətdən sonra o fəhlələri ona qarşı qoyaraq güya onun təxribatla məşğul olduğunu onlara dedi. O, bir neçə dəfə çalışdı ki, briqadir Ağalinin ona qarşı etdiyi bu haqsızlığı rəhbərliyə çatdırsın. Lakin bu mümkün olmadı. İyun ayının əvvəlində onu idarəyə dəvət etdilər və ona bildirdilər ki, müqavilənin müddəti bitdiyi üçün o, işdən azad olunur. O, kadrlar şöbəsinə izah etdi ki, onunla birvaxtda 10-15 nəfər fəhlə işə qəbul olunubdur. Necə olur ki, onların deyil yalnız onun əmək müqavilənin vaxtı bitir?. Bununla yanaşı bildirdi ki, onun ailə vəziyyəti çox ağırdır. Ondan başqa ailədə işləyən yoxdur, himayəsində yaşlı xəstə valideynləri və 2 azyaşlı körpəsi var. İşlədiyi müddət ərzində vaxtında işdə olmaqla nizam-intizam qaydalarına əməl etmişdir. Onun bu dediklərinə əhəmiyyət verməyərək onu işdən azad etdilər. Əmək kitabçasını istəsə də vermədilər. Odur ki, o, əsassız işdən azad edildiyi üçün Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Məqsəd də işə bərpa olunmağı idi. Mediasiya təşkilatı tərəfindən ona xx.xx.2024-cü il tarixdə arayış verildi həmin arayışdan sonra o, yenidən işlədi təşkilata müraciət etmişdir ki, əmək kitabçası versinlər. Əmək kitabçası ona xx.xx.2024 -cü il tarixdə verildi. O cümlədən ona əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildi. Əmək müqaviləsində müqavilənin müddətinin nə vaxt bitməsi öz əksini tapmayıb. Belə görünür ki, istədikləri işçini istədikləri vaxt işdən azad edə bilirlər. Hesab edir ki, bir işçi yalnız əsaslı səbəblər göstərilməklə işdən azad oluna bilər. Yuxarıda qeyd etdiyi kimi, işlədiyi bu müddət ərzində nizam-intizam qaydalarına əməl etməklə əmək müqaviləsinin şərtlərini pozmamışdır. Ona qarşı edilən bu haqsızlığa görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməklə yanaşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin «GHC» filialının nümayəndəsi X4 iddia tələbini etiraf etmədi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin «GHC» filialının xx.xx.2024-cü il tarixli 126/A nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının MŞB/8/2024-0**83 saylı xx.xx.2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi İMS-dan iştirak etməmişdir. İş materiallrında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlnamış və sonuncu yükdaşıyan vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli xx.xx.2024-cü il tarixdən **.02.2024-cü il tarixədək 1 ay müddətinə bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC-nin «GHC» filialı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin «GHC» filialının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli etirazın məzmununda qeyd edilmişdir ki, “İcraatınızda İddiaçı "xxxx" MMC-nin “GHC” filialına (bundan sonra “Şirkət”) qarşı 2(003)-3280/2024 saylı iş üzrə əmək mübahisəsi mövcuddur. Nəzərinizə çatdırırıq ki, İddiaçı xx.xx.2024-ci il tarixində 99 nömrəli əmək müqaviləsi əsasında Xüsusi texnikanın istismarı departamentinin Səmişin hava gəmiləri üzrə xüsusi texnika va nəqliyyatın istismarı sahəsinin yükdaşıyanı vəzifəsinə qəbul edilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, iddiaçı ilə 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 22 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini qeyd etmişdir. Göstərilənlə bağlı bildirmək istəyirik ki, Şirkət tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddəti tərəflərin razılığı əsasında müəyyən edilir və müqavilənin müddəti bitdikdə xitam verilir. Bu halda, bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqda, ona xitam verərək əmək münasibətlərinə son vermək tərəflərin müstəsna hüququdur. Bildirmək istəyirik ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Yəni, əmək müqaviləsinin bitdiyi vaxtdan 1 həftə keçmədən müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib. Belə olan təqdirdə Əmək qanunvericıliyinin tələbləri pozulmamışdır. İddiaçının istinad etdiyi Əmək məcəlləsinin 69.1-ci maddəsi Əmək müqaviləsinin işçi tərəfindən ləvğ edildiyi hallara aiddir. Belə olan təqdirdə 1 ay qabaqcadan xəbərdar etmək işəgötürənin deyil, işçinin öhdəliyidir. Buna baxmayaraq iddiaçıya Əmək münasibətlərinin idarə edilməsi şöbəsi tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş təqdim edilsə də, sənədi imzalamaqdan imtina etmişdir və yaşadığı ünvana bu barədə göndərilmiş məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən hesab edirik ki, müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddətinin gözlənilməməsi mübahisə predmeti ola bilməz. İddiaçının ərizəsində qeyd etdiyi digər məsələ isə, ondan işə qəbul olunduğu üçün pul tələb olunmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Müəssisəmizə işə qəbul prosesi qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilir həmçinin, iddia ərizəsində adı çəkilən şəxsin işə qəbulla bağlı heç bir əlaqəsi və səlahiyyəti yoxdur və belə bir hal baş verməmişdir. İddiaçının əmək müqaviləsində müddətin göstərilməməsi ilə bağlı iddiası isə heç bir şəkildə həqiqəti əks etdirmir. Yuxarda qeyd etdiyim kimi onunla qarşılıqlı razılıq əsasında, tərəflərin hüquqbərabərliyi prinsipinə uyğun olaraq 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır və müddət müqavilədə qeyd edilmişdir. Qeyd edək ki, İddiaçı ailə məsələlərini işdə müzakirə etməsi və digər işçilərin şəxsi həyatına müdaxilə edərək, şəkillərini icazəsiz sosial şəbəkələrdə paylaşmışdır. Bu da, öz növbəsində iddiaçı ilə digər işçilər arasında mübahisələrə səbəb olmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərək intizam məsuliyyətinə cəlb edilmişdir. 2(003)-3280/2024 saylı iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edəsiniz”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X2 izahatından görünür ki, X3 ona 1000 manat məbləğində pul tələb etməyi və digər əməkdaşları ona qarşı hərəkət etməyə məcbur etməyi həqiqəti əks etdirmir. Belə bir hal baş verməmişdir. Onun işə qəbulla bağlı heç bir səlahiyyəti yoxdur. Bunlar böhtandır. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində bu əmək müqaviləsi müddətsiz bağlanmışdır “YOX” qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən **.02.2024-cü il tarixədək 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68. 69. 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünüdüyü kimi İddiaçı ilə Cavabdeh MMC-nin «GHC» filialı arasında əmək müqaviləsi müddətli bağlanılmışdır. İş materiallarında əlavə edilmiş əmək müqaviləsindən görünür ki, tərəfləri arasında bağlanmış əmək müqaviləsinin son bitmə müddəti **.02.2024-cü il tarixə təsadüf edir və həmin tarixdə tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin «GHC» filialı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh MMC-nin «GHC» filialına qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-nin «GHC» filialına qarşı işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3280/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3280/2024
11.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver