Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3283/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçılar X7 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X1 və onun vəkili X3 iştirakı ilə, İddiaçılar X7 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X2 qarşı “ərazidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X7 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Şirinəli oğlu və X4 tərəfindən zəbt edilmiş iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə olan maniyələrin dayandırlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində hər biri 0,045 ha olmaqla 42L və 42M saylı torpaq sahələrini almışlar. Buna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.05.2021-ci il tarixdə **********02 və **********91 reyestr nömrələri ilə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçılara məxsus torpaq sahələrinə gedən yol qonşuluqda yaşayan cavabdehlər X5 və X4 tərəfindən dəmir setkaya alınaraq ağaclar əkilərək zəbt olunmuşdur. Yolun zəbt olunması ilə Xəzər rayon Polis İdarəsinə iddiaçı X9 tərəfindən müraciət olunmuşdur və Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevin 26.08.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 yolu zəbt etdiyini etiraf etmişdir, lakin digər cavabdeh Kəmalə Quliyeva öz izahatında bildirmişdir ki, evinin qarşısındakı 0.015 ha torpaq sahəsini Xəzər rayon İcra hakimiyyəti tərəfindən ona verilmişdir, lakin torpağın ayrılmasına dair hər hansı sübut taqdim etməmişdir. Daha sonra iddiaçılar X7 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosrssual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabadehlər tərəfindən zəbt edilmiş iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar X7 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək bildirdi ki, bağ sahəsi heç kimə məxsus deyildir. Onun özünə məxsus bağ evi vardır. Mübahisəli ərazidə olan yol sahəsindən o bağ sahəsi kimi istifadə etmişdir. Həmin bağ sahəsinə gedən yolu bağ sahəsi kimi istifadə edilməsinə ona Xəzər Rayon İcra Hakimiyyəti və icra nümayəndəliyi tərəfindən şifahi olaraq icazə verilmişdir. Məhkəmə iclasında cavabdeh X1 vəkili X6 izahatında bildirmişdir ki, iddiaçıların iddia etdiyi 1-ci hissəsi olan torpaq sahəsinin yola darvazası vardır. Digər torpaq sahəsinin yola darvazasının həmin mübahisəli torpağa çıxışına aidiyyəti yoxdur. Onun subyektiv hüququ yoxdur belə bir iddia bələdiyyə tərəfindən verilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianın əsassız olduöundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.06.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42L saylı sahə İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.05.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42M saylı sahə İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan 06.05.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42L saylı sahə 0,0605 ha torpaq sahəsindən ibarətdir. Hüquq sahibi İddiaçı1dur. İş materiallarında olan 06.05.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42M saylı sahə 0,0605 ha torpaq sahəsindən ibarətdir. Hüquq sahibi İddiaçı2dır. İş materiallarında olan mübahisəli əraziyə baxış keçrilməsi ilə bağlı 25.10.2021-ci il tarixli aktada qeyd edilmşdir ki, küçəyə magistral yoldan giriş hasar ilə bağlı ərazidə ağaclar və əkin əkilmişdir və taxtadan hasar tikilmişdir. Bundan başqa iddiaçıların torpaq sahəsinə baxış keçirilmiş birinci iddiaçının (İddiaçı1) torpaq sahəsi magistral yoldan aşağı səviyədə yerləşir yola qapının açılması üçün torpaq sahəsinin səviyyəsi qaldırılmalıdır. İddiaçı2 torpaq sahəsi İddiaçı1 torpaq sahəsinə paralel yerləşir, həmin torpaq sahəsinə giriş mübahisəli torpaq sahəsinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42L saylı 0,0605 ha torpaq sahəsi İddiaçı1 və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42M saylı 0,0605 ha torpaq sahəsi isə X1 mülkiyyətindədir. Həmin torpaq sahələrinə dair iddiaçıların mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi əvvəllər ümumi istifadədə olan yol sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair mülki iş üzrə cavabdehlərin hər hansı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa mübahisə predmetinə aid kücədə cavabdehlərin hər birinin özünə məxsus torpaq sahəsi və fərdi yaşayış evi vardır. Cavabdehlər mübahisəli ərazini isə qeyri qanuni zəbt etməklə əkin sahəsi salmışlar, bununlada umumi iistifadə olan və dövlət mülkiyyətində olan yola giriş cıxışı bağlamışlar. Hazırda qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinə giriş cıxış üçün istifadəsinə maneələr yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi cavabdehlər tərəfindən yolun tutulması iddiaçıların onların mülkiyyətində olan torpaq sahisəndən giriş cıxış üçün istifadə edilməsinə maneələr yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülkiyyətçilərin hüquqlarının təmin edilməsi məqsədi ilə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabadehlər tərəfindən zəbt edilmiş iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılmalı, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yol onların vəsaiti hesabına sökülərək yol açılmalı və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maniyələr dayandırlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar X7 və İddiaçı2 məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yol boşaldılsın, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yol onların vəsaiti hesabına sökülərək yol açılsın və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələr dayandırlsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3283/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3283/2021
09.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver