Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3289/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 811 B saylı bağ evinin miras əmlak olaraq tam pay əsasında ona verilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun tərəfindən Bakı şəhəri 7 saylı Notariat Ofisinə 16.06.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət edilmişdir. Bakı şəhəri 7 saylı Notariat Ofisinin 23 iyun 2021-ci il tarixli məktubuna əsasən vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 811 B saylı bağ sahəsinə altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, mərhum qardaşı X6 ünvan 1 ünvanında qeydiyyatda olub və 28 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı X2 ailəsi olmamışdır. Bundan başqa vailideynləri atası X5 26 oktyabr 1994-cü il tarixdə və anası X15 18 aprel 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı X3 məxsus Şüvəlan qəsəbəsində yerləşən 811 B saylı bağ sahəsi mövcuddur. Həmin bağ sahəsi qardaşı vəfat etdiyi vaxtdan faktiki olaraq onun istifadəsindədir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, X1 qalmış miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, o, 5 aydır ki, Şüvəlan qəsəbəsində kirayədə yaşayır. Nəzakət xanımın qonşuluqda bağ evi vardır. Həmin evdə o, öz ailəsi -əri və qızı ilə yaşamaqdadır. Hikmət Hacıyev evlənməmişdir. Hikmət vəfat etdikdən sonra bağa Ərizəçi gedib gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, o, Salyan şəhərində qeydiyyatda olsa da, 15 ildir ki, anası ilə birlikdə Şüvəlan qəsəbəsində yaşayır. Nəzakət Əzibəyova anasının qonşisudur. Ərizəçi Hikmət Hacıyevin bacısıdır. Hikmət Hacıyev vəfat etdikdən o bağa Ərizəçi gedib gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirdi ki, o, ərizəçinin qızıdır. Dayısı Hikmətin ailəsi olmamışdır o heç zaman evlənməmişdir. Nənəsi və babası vəfat etmişlər. Digər dayısının uşaqları isə xaricdə yaşayır. Dayısı Hikmət vəfat etdikdən sonra Şüvəlan qəsəbəsindəki 811 B saylı bağa anası baxıb qulluq etmişdir. Maraqlı şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X5, anası X13r. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X6 03.01.1947-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X4, anası X9r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 26.10.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.01.1995-ci il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 28.10.2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.12.2000-ci il tarixdə 1361 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 18.04.2205-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.08.2006-cı il tarixdə 1097 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ünvan 2 ünvanladığı 23.06.2021-ci il tarixli, 553 saylı məktubundan görünür ki, onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar ərizəsinə cavab olaraq mərhum qardaşı X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə 3 ay ərzində mirasın qəbul edə biləcəyi bildirilmişdir. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün ona şəhadətnamə verilməsindən imtina edilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 811b saylı bağ sahəsi tam mülkiyyət hüququ əsasında X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə bu fakt qardaşından qalmış miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 811 B saylı bağ evinin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Qardaşının vəfatından 6 ay ötdyündən o, müddəti buraxmış və həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şahid ifadələri ilə də müəyyən edildi ki, miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qardaşından miras qalmış və onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 811 B saylı bağ evini miras kimi qəbul etmiş və mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versə də, müddəti ötürdüyü üçün vərəsəlik işindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyn edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 811 B saylı bağ evinə dair mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 811 B saylı bağ evinə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3289/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3289/2021
27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver