Məhkəmə qərarları › İş №2(003)-3292/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3292/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3292/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödənilmiş 55 manat manat məbləğində dövlət rüsumunun, cəmi 3555 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ildən etibarən tanıyır. Onunla aralarında dostluq münasibəti olduğundan ondan 2022-ci il ərzində qısa müddətə qaytarmaq şəıti ilə hissə-hissə olmaqla cəmi 3500 manat məbləğində borc almışdır. Lakin sonradan maddi imkanının yaxşı olmaması səbəbi ilə borcu qaytara bilməmişdir. 1 il əvvəl cavabdehlə danışdıqda sonuncu ona bildirmişdir ki, o, borcunu hissə-hissə olmaqla ödəyəcəkdir. Lakin indiyədək borcundan bir manat belə ödəməmişdir. Bundan əlavə olaraq cavabdehin atasına borcunun olması və ödəməsi barədə bildirəndən sonra onun barəsində Xəzər rayonu 1 saylı polis şöbəsinə ondan şikayət etmiş və orada verdiyi izahatlarında ona olan borcunu etiraf etmişdir. Onun şifahi və yazılı müraciətinə baxmayaraq araşdırma aparan polis əməkdaşları cavabdehin izahatının surətini ona təqdim etməmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc olaraq aldığı 3500 manat məbləğində pulu bugünədək ona qaytarmamışdır. Bu günədək ödənilməmiş borcun əvəzi 3500 (üç min beş yüz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində pul olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh ilə dostluq münasibətləri olmuş, sonuncu ondan 3500 manat borc almış, lakin bu günki tarixə kimi geri qaytarmamışdır. Cavabdehə 720 manat dəyərində “Samsung” markalı telefonda vermişdir. Tələb etdiyi pulun içərisində telefonunda pulu vardır. Telefonu cavabdehə öz istəyi ilə vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında dostluq münasibətləri olmuş, sonuncudan hissə-hissə 1880 manat borc almış, lakin həmin borcu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçıya 1880 manat borcu qalmasını etiraf edir. İddiaçı həmin puldan əlavə ona Samsung markalı telefonda hədiyyə etmişdir. Hazırda iddiaçıya 1880 manat borcu var, telefonu isə ona hədiyyə kimi vermişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında Binəqədi RPİ-nin 1-ci PB-dən alınmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Cavabdeh izahatının surətindən görünür ki, İftixar adlı şəxslər 2 ilə yaxındır ki, tanışlıq münasibləri vardır. Onunla dostluqları son vaxtlara qədər normal olmuşdur. İftixar həmişə özü ona maddi dəstək göstərmişdir. Ona bir ədəd Samsung markalı mobil telefon hədiyyə etmişdir. Bundan əlavə o, əməliyyat olanda 1200 manat köməklik etmişdir. Sonra hissə-hissə 680 manat pul vermişdir. Halhazırda İftixara olan borcunu qaytara bilmədiyi üçün İftixar valideynlərinin ünvanına gedərək narahat etmişdir. Onun ümumilikdə İftixar adlı şəxsə 1860 manat borcu var. Halhazırda maddi imkanı zəif olduğu üçün və himayəsində 2 azyaşlı uşağa baxdığına görə ödəyə bilmir. Gələcəkdə maddi imkanı normal olduqda ödəyəcəkdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında şifahi borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda hissə-hissə borc pul istəmiş, soncu cavabdehə borc vermişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıya 1880 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, ididaçı cavabdejhə 3500,0 manat borc verdiyini iddia etsədə bu halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Lakin Cavbdeh iddiaçıdan ayrı-yrı vaxtlarda ümumilikdə 1880,0 manat borc aldığın etiraf etmişdir.Göründüyü kimi cavabdehin iddiaçıdan 1880,0 manat borc pul laması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin iddiaçıdan 1880,0 manat borc pul aldığını etiraf etdiyindən bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən qismən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona 3500 manat borcunu qeyd etsə də, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla iddiaçının tələbi 1880 manat hissəsində iddiaçı tərəfindən sübuta yetirilmiş, lakin iddiaçı iddia tələbini 1620 manat hissəsində təsdiq edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 1880,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 55 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 38.8 cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın təmin olunmayan hissəsinə münasibətdə dövlət rüsumunun digər hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1880 manat pul və 38,8 manat dövlət rüsumunun əvəzi, cəmi 1918,8 manat məbləğində pul tutularaq İddiaçı Ərizaman oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1880 manat pul və 38,8 manat dövlət rüsumu olmaqla, cəmi 1918,8 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar