Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-33/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X9 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən Cavabdeh və digər üçüncü şəxslərin çıxarılması, onun torpaq sahəsində cavabdeh və digər şəxslər tərəfindən qanunsuz olaraq aparılmış tikililərin (ev, hasar və s tikililər) cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.04.2007-ci il tarixdə Bakı şəhəri 27 saylı notariusda bağlanmış AN-İ ******* saylı alqı satqı müqaviləsinə əsasən ünvan 1ni satıcılar X10, X5, X12 və X6 5206 manata almışdır. Həmin torpaq sahəsini alqı-satqı etdikdən sonra 07.04.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Seriya RX N 10897324 nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Bundan sonra torpağa dair kadastr planının alınması ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə müraciət etmiş və ona kadastr planının verilməsindən imtina edildi. Həmin imtinadan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinə əsasən məhkəmənin 2-1(82)-1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarına əsasən, iddianın təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 07.04.2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan qarşı tərəfin verdiyi apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2067/2019 saylı, 03.10.2019-cu il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan qarşı tərəfin verdiyi kassasiya şikayətinə baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-312/2020 saylı, 04.02.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmədi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ona AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən AA N 532714 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan həmin torpaq sahəsinə gedərək baş çəkmək və bəzi tikinti işləri görməyə başlamaq istəmişdir. Lakin əvvəldən hasar çəkdiyi və darvaza yeri qoyduğu torpaq sahəsinin artıq başqasının istifadəsində olduğunu bildi. Həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda əvvəlcə ona həmin şəxsi bildirmədilər. Bundan sonra o, Xəzər rayon Polis İdarəsinə muraciət etdikdə onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmiş şəxsin Cavabdeh olduğunu öyrəndi. O, həmin şəxsdən torpaq sahəsini boşaltmağı tələb etdikdə ona bildirdi ki, hansısa əsası olmayan sənədlərlə güya həmin torpağı cavabdehə satmışdırlar. O, həmin torpaq sahəsinə dair mülkiyyət sənədini Anara göstərdi və qarşılığında Anar ona heç bir hüquqmuəyyənedici sənəd göstərə bilmədi. Bundan sonra məsələni aralarında sülhlə həll etməyə qərar verdilər. Bir neçə müddət keçdikdən sonra təsadüfən həmin torpaq sahəsinin yanından keçərkən ona məlum oldu ki, Cavabdeh artıq həmin torpaq sahəsində tikinti təmir işləri ilə məşğul olur, o, Cavabdeh etirazını bildirdikdə cavabdeh ona hara istəsə şikayət edə biləcəyini bildirdi. İddiaçının ərizəsinə əsasən Cavabdeh əsl cavabdeh Nəsirov Kamal Ağababa oğlu ilə əvəz edilmişdir. Daha sonra iddia ərizəsinə əlavə verərək, onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən cavabdeh X8 və digər üçüncü şəxslərin çıxarılması, onun torpaq sahəsində cavabdeh və digər şəxslər tərəfindən qanunsuz olaraq aparılmış tikililərin (ev, hasar və s tikililər) cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehh X8 nümayəndəsi Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X8 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini uzun müddətdir ki, almışdır. Mübahisəli torpaq sahəsinə dair onlarda yalnız 0,12 ha torpaq sahəsinin cavabdehə ayrılmasına dair order vardır. Hazırda cavabdehin adına hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Göstərilənərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.04.2007-ci il tarixdə Bakı şəhəri 27 saylı notariusda bağlanmış AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcılar X10, X5, X12 və X14 ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 07.04.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinə əsasən məhkəmənin 2-1(82)-1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 07.04.2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2067/2019 saylı, 03.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-312/2020 saylı, 04.02.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı, 30.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş AA 532714 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin İŞ-nin 25.10.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrufatının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 47 nömrəli orderin sürətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 1990-cı il tarixli 15/558 nömrəli qərarına əsasən X9 Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində 0,12 ha sahəsində olan 770a nömrəli bağ ayrılıb. İş materiallarında olan “X11” MMC-nin 31.05.2021-ci il tarixli 225 saylı ekspert rəyindən görünür ki, ******* nömrəli RX seriyalı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi 71 saylı bağ torpaq sahəsinin AA seriyalı 532714 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları ilə cavabdeh X8 faktiki istifadəsində olan torpaq sahəsinin keçrdinatları tam həcm üst-üstə düşür. İddia predmeti olan 71 saylı bağ sahəsini İddiaçı tərəfindən 06.04.2007ci il tarixdə Bakı şəhəri 27 saylı Notariusda bağlanmış AN-İ 01116522 saylı alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinə çıxarış alınması üçün ilkin sənəd olan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən işlənilən JN-17714 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ( NEW-JN-17714, 01/01-1268 nömrəli məktub) sənədindən istifadə olunmuşdur. Mübahisəli torpaq sahəsinin coğrafi yerləşməsi xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6821 saylı, 14.03.2022-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, ******* nömrəli RX seriyalı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsi ilə cavabdeh X8 istifadəsində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşdüyü müəyyən edilir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt edərək, torpaq sahəsində tikililər inşa etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, qeyd edilən tikililər cavabdeh tərəfindən onun üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində və buna lazımi icazələr alınmadan tikilmişdir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, qeyd edilən tikilləri aparmaqla, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini, cavabdehin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli bağ sahəsindən cavabdeh çıxarılmalı və bağ sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən cavabdeh X13 İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı, bağ sahəsindən çıxarılmalı, mübahisəli bağ sahəsində yerləşən tikililər (ev, hasar və s tikililər) X8 hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılmalıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “mübahisəli bağ sahəsindən digər üçüncü şəxslərin çıxarılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində konkret olaraq qeyd olunan bağ sahəsindən üçüncü şəxslərin çıxarılması qeyd edilməklə cavabdehlərin dairəsi müəyyən edilməmiş, qeyri-müəyyən şəxslərin bağ sahəsindən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul cavabdeh X7 alınaraq X2 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 300,0 (yüz) manat mühasibatlıq ekspertizasının xərci X7 tutularaq “X11” MMC-yə (VÖEN **********, Kapital Bank ASC Sahil filialı KOD 201218 VÖEN ********** Müxbir hesab AZ 37 NABZ******************** SWİFT: AİİBAZ2X) hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X13 İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən çıxarılsın. İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsində yerləşən torpaq sahəsində olan tikililər (ev, hasar və s tikililər) X8 hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat X7 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 300,0 manat məbləğində pul cavabdeh X7 alınaraq “X11” MMC-yə (VÖEN **********, Kapital Bank ASC Sahil filialı KOD 201218 VÖEN ********** Müxbir hesab AZ 37 NABZ******************** SWİFT: AİİBAZ2X) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-33/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-33/2022
15.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver