Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3304/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu – Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək məhkəmə müəyyənetdi: İddiaçı Aqarkova X1 Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və qızına dair səlahiyyətli qurumlar tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrdə göstərilmiş məlumatlara uyğun tərtib edilməməsi faktının müəyyən edilməsi, qızına dair Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİİ 535479 saylı doğum haqqında şəhadətnamənin etibarsızlığı faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini və ona və qızına məxsus sənədlərində anket məlumatlarında müvafiq düzəlişlərin edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_20.htm Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İnzibati mübahisə isə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İddia tələbindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək inzibati orqanın üzərinə doğum haqqında şəhadətnamələrdə göstərilmiş məlumatlara uyğun tərtib edilməməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin etibarsızlığı faktının təsdiq edilməsi və ona və qızına məxsus sənədlərində anket məlumatlarında müvafiq düzəlişlərin edilməsi barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edirki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Aqarkova X1 Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov İş № 2(003)-2830/2024 QƏRARDAD Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 12 iyun 2024-cü il Bakı şəhəri Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X2, Ərizəçinun Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı – Şağan qəsəbəsi, Qazamatçılar küçəsi, döngə 1, ev 4 ünvanında qeydiyyatda və yaşadığı fərdi yaşayış evinin **63-**64-cü illərdə verilmiş ilkin texniki pasportun DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv şöbəsində araşdırılması” tələbinə dair iddiası üzrə mülki işə baxaraq müəyyənetdim: İddiaçı Ərizəçi cavabdeh “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı – Şağan qəsəbəsi, Qazamatçılar küçəsi, döngə 1, ev 4 ünvanında qeydiyyatda və yaşadığı fərdi yaşayış evinin **63-**64-cü illərdə verilmiş ilkin texniki pasportun DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv şöbəsində araşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdehlər hüquqi şəxs olmaqla Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 13 ünvanında yerləşir. Göründüyü kimi, cavabdeh hüquqi şəxsdir və hüquqi ünvanı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu ərazi yurisdiksiyasına aiddir və cavabdehin hüquqi ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Bu səbəbdən də, cavabdehlərin hüquqi ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, iddiaçı Ərizəçi tərəfindən 10.0.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Ərizəçi cavabdehlər “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı – Şağan qəsəbəsi, Qazamatçılar küçəsi, döngə 1, ev 4 ünvanında qeydiyyatda və yaşadığı fərdi yaşayış evinin **63-**64-cü illərdə verilmiş ilkin texniki pasportun DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv şöbəsində araşdırılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. 10.0.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3304/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3304/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver