Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-331/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X27 ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 xx.xx.2019 cu il tarixdən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə X3 azyaşlı övladları 05 iyul 2013-cü il təvəllüdlü X14 və 08 dekabr 2015-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Daha sonra o iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Bakı şəhəri, Xəzər ruyonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin icra sənədinə əsasən cavabdeh X9 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməli olduğu halda tamam fərqli ünvan olan ona məxsus ünvan 2çürülmüşdür. Hazırda dəfələrlə həmin şəxsə və icra şöbəsinə müraciət edərək evindən çıxmağı tələb etsə də həmin şəxsi heç cürə evindən çıxara bilmir. Məhkəmə iclasında iddaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, onun anası Ramidə 2017-ci ildə torpaq sahəsini ona bağışlamışdır və həmin torpaq sahəsi onun üzərində olan əmlak onun mülkiyyətindədir. Gülgün onun qardaşının həyat yoldaşı olub. Onlar 2012-ci ildə ailə qurmuşlar 2014-cü ildə nikahları pozulmuşdur. Gülgünün mənzilə köçürülməsi ilə bağlı qətnamə yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə mülki işə baxılmış və hüquqi qiymət verilmişdir. Məhkəmə qətnaməsi ilə hüquqlarını təmsil etdiyi şəxs mənzilə köçürülmüşdür. Hazırkı işə baxılıb hüquqi qiymət verildiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11267/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş ünvan 3 ünvanında yerləşən 8 saylı evdən cavabdehin azyaşlı ailə üzvləri və özünə məxsus əşyaları ilə birlikdə çıxarımaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1366/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11267/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1366/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11267/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(103)-11267/2019 nömrəli sorğusuna Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının Binə qəsəbəsindəki Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli 597 nömrəli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan Binə qəsəbəsi Donuzkökəltmə sovxozu, ev 244 ünvanı ilə Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 8 ünvanları ayrı-ayrı ünvanlardır. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 244 (əvvəllər Bünyatzadə küçəsi, döngə 1, ev 8 "A”-da qeydiyyatda olan) Nağıyeva (indiki Kara) Nazı Xanlar qızının mülkiyyətindədir və vətəndaş İddiaçı hal-hazırda Donuzkökəltmə sovxozu, ev 244-də pasport qeydiyyatındadırlar. Binə qəsəbəsi Bünyatzadə küçəsi, döngə 1, ev 8 “A” ünvanında isə mərhum X7 övladları X15, X1 Xanlar Xanoğlan oğlu (Ramidənin həyat yoldaşı), X16 və X12 pasport qeydiyyatındadırlar. Onlardan hal-hazırda X10, X8 və X12 H.Haşımov küçəsi, ev 13, mənzil 43-də X6 (mərhum X7 həyat yoldaşı) aid mənzildə qeydiyyatsız yaşayırlar. Sorğuda qeyd olunan Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 8 ünvanında isə X17 va X18 öz ailə üzvləri ilə birlikdə yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-126/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X9 azyaşlı övladları - 05 iyul 2013-cü il təvəllüdlü X14 və 08 dekabr 2015-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 dair verilmiş texniki pasportdan görünür ki, hüququn subyekti İddiaçıdır. Sənəd üzrə və faktiki torpaq sahəsi 0,08 ha, tikinti altında olan torpaq sahəsi isə 0,00957 ha-dır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, **********93-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ilkin qeydiyyatı zamanı torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozu direktorunun xx.xx.1991-ci il tarixli əmrinin Arxiv arayışında göstərildiyi kimi şərti ünvan rekviziti olaraq ünvan 5 qeyd olunmuşdur. Hazırda fərdi yaşayış evinin ünvanı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 82-ci Binə küçəsi 5-ci döngə ev 13 müəyyən edilmişdir. Bundan əlavə olaraq qeyd edirik ki, arxiv əsaslarında digər ünvan rekviziti barədə qeyd olmadığı üçün əlavə məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X9 azyaşlı övladları - 05 iyul 2013-cü il təvəllüdlü X14 və 08 dekabr 2015-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanı ilə Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 8 ünvanları ayrı-ayrı ünvanlardır. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 244 əvvəllər Bünyatzadə küçəsi, döngə 1, ev 8 "A” olmuşdur. Hazırda iddiaçı, Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanından çıxarılmasını xahiş edir. İşin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 ilə məhkəmə qətnaməsi əsasında cavabdehin köçürülmüş olduğu (Bakı şəhəri, ünvan 7 ünvanlar fərqlidir. Cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaları iddiaçının dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X27 ilə birlikdə ünvan 1 ünvanından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X27 ilə birlikdə ünvan 1 ünvanından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-331/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-331/2022
15.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver