Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3337/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 100 kv.m torpaq sahəsi və onun üzərindəki tikilidən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdeh onun atasıdır və o, 2019-cu ildə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X2 məxsus Abşeron rayon İcra hakimiyyəti başçısının sərəncamına əsasən Abşeron rayon X4 ərazisində 0,7 ha torpaq sahəsindən 100 kv.m torpaq sahəsini icarə hüququ əsasında almışdır və həmin torpaqda 2 yataq otağı,1 zal və sanitar qovşağından ibarət ev tikdirmişdir. Lakin cavabdeh təxminən 4 ildir ki, heç bir əsas olmadan onun evini zəbt edərək onun razılığı olmadan evi başqalarına kirayə verərək gəlir əldə etməkdədir. Qeyd etdi ki, o öz evindən istifadə edə bilmir və cavabdeh onu və anasını təhqir edərək evə yaxın buraxmır, bununla bağlı dəfələrlə daxili işlər orqanlarına müraciət edilsə də nəticə əldə edilməmişdir. Sözügedən torpaq Hüseynova Anara 2008-ci ildə, Anar isə ona 2019-cu ildə etibarnamə əsasında vermişdir. Torpaq sahəsindəki 1 mərtəbəli ev 2019-cu ildə tikilməyə başlanıb və 2022-ci ildə başa çatıb. İdiaçı bildirir ki, bu evdə heç vaxt yaşamayıb, Rusiyada qalır və 2024-cü ildə gəlib. Növbəti məhkəmə iclasında iddiaçı bildirdi ki, 2017-ci ildən atası ilə yaşamırlar. Anası Ceyhunə torpağı onun adına alıb və alınan zaman orada tikili yox idi və evi anası tikib. Həmin vaxt atası və anası birgə yaşamırdılar. Anası Rusiyadan qayıdıb evi tikdi və yenidən Rusiyaya getdi. Hal-hazırda ata-anası boşanma mərhələsindədir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir, Sədanın anası Ceyhunə 2019-cü ildə həmin torpağı öz puluna alıb və o zaman o torpaqda tikili yox idi. Ceyhunə ilə birlikdə öz hesablarına ev tikiblər. Hal-hazırda Ceyhunə ilə boşanma ərəfəsindədirlər və bununla bağlı iş Cəlilabad rayon məhkəməsindədir. Sözügedən evdə 2 ildir təmənnasız şəkildə iş yoldaşı qalmaqdadır, özü isə Füzulidə işləyir və yaşayır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, Səda onun qızı, cavabdeh isə əridir. O, həmin torpağı Sədanın ad gününə alıb və evi də özü tikib. İddiaçının nümayəndəsinin şahidi X1 məhkəmə iclıasında bildirdi ki, Ceyhunə iş yoldaşı olub. O, Ceyhunənin sifarişi Binədəki evin suvax işlərini görüb və buna görə Ceyhunə ona pul verib. İddiaçının nümayəndəsinin şahidi X5 məhkəmə iclasında bildirdi ki, İddiaçı ilə yaxın münasibəti olub və tikinti işləri aparmaq üçün Ceyhunə ona pul göndərib. O isə bu pula material alıb, lakin evi kim tikib bilmir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon İcra hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayonunun X4 ərazisində yerləşən kənd təsərrüfatı məqsədli ümumi sahəsi 7.0 ha 99 il müddətinə X2 torpaq sahəsi ayrılması haqqında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, X3 tərəfindən İddiaçı X4 ərazisində yerləşən ümumi sahəsi 7.0 ha torpaq sahəsindən 100 kv.m torpaq sahəsinin icarə hüquqlarına dair müvafiq orqanlarında nümayəndə olmaq, sərəncan vermək,satmaq, bağışlamaq, dəyişmək,ipoteka qoymaq, pulunu almaq, buna dair müqavilə bağlamaq, idarə və imza etməyi tikinti işləri aparmaq və digər hərəkətlər etmək səlahiyyətləri etibar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 100 kv.m torpaq sahəsini Nümayəndə və Cavabdeh birgə nikah dövründə almış, bu torpaq sahəsində tikinti işləri də birgə nikah dövründə aparılmışdır. Bu halda sözügedən torpaq sahəsi və tikili ilə bağlı mübahisədə İddiaçı 3-cü şəxs qismində çıxış etməlidir, yəni onun həmin torpaq və tikili ilə bağlı subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğuna görə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3337/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3337/2024
01.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver