Məhkəmə qərarları › İş №2(003)-3369/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3369/2020

10.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3369/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X11 və onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi X5 və X4 iştirakı ilə, İddiaçı X7 Cavabdehn qarşı işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2011-ci ildə Cavabdehndə 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısınaviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, xx.xx.2006-cı il tarixdə onunla cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC arasında 139 ş-1 bağlanmış 104-19 saylı əmək müqaviləsinə əsasən o, həmin Aviaşirkətə “Uçuş dəstəsinə İL-76 tipli HG-in naviqatoru” vəsifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. xx.xx.2011-ci ildə “xxxxxxxxxxxxxxxxxxx” MMC-də 331ş nömrəli əmrlə “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçı-naviqatoru” vəsifəsinə keçirilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X12 tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli 72-A saylı əmrə əsasən heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan guya o əmək müqaviləsinin öhdəliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkilkdə pozduğundan xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən “əmək vəzifələrimi kobud şəkildə pozduğuma görə” işdən azad edilmişdir. Onun bu şirkətdə 14 il qüsursuz işləməyi bütün kollektivə bəllidir. Bir dəfə olsun belə əmək fəaliyyəti dövründə əmək şərtlərini pozmamış və verilən tapşırıqları etmiş. Buna baxmayaraq rəhbərliyə haqqında yanlış məlumatın çatdırılması nəticəsində Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə əmr verilmişdir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyanı 5000 ( beş min) manatdır. Öhdəliyində 4 azyaşlı uşağın olması və ailəyə yeganə qazanc gətirənin özü olması bu iztirabı daha da artırmışdır. Belə ki, işsiz qalmağı maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuş, azyaşlı övladlarının sağlam qidalanmamağına gətirib çıxarmışdır. Əmrdə onun hansı əmək vəzifəsini, hansı şəraitdə və necə kobud formada pozmağı, pozmuşsa nə səbəbə həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət olunmayıb, konkret olaraq hansı qeyri-qanuni əməl törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun xx xxxxxx 2008-ci il qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X15 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı İnsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmamasıdır. Məhkəmə iclasında iddiaçı X11 iddia ərizəsinə uyğun izhat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X11 və onun nümayəndəsi və vəkili X9 izahat verərək bildirdi ki, müdafiəçisi olduğu şəxs xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı, ali təhsilli, Milli Aviasiya Akademiyasının “ Mühəndis-şturman” ixtisasını tam bitirmiş, beş ( 5 ) övladı olan İddiaçıdir. Hər zaman cəmiyyətdə nizamintizamı ilə seçilən, yüksək əxlaqi keyfiyyətlərə malik olan İddiaçı Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasında gənc nəsilin aviasiyanın sirlərinə yiyələnməsi, gələcəyin peşəkar aviasiya işçilərinin formalaşmasında müstəsna rol oynayaraq müəllim kimi fəaliyyət göstərir. Bununla yanaşı xx.xx.2006-cı il tarixdə hazırki iş üzrə cavabdeh olan “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə 139 ş-1 nömrəli əmrlə bağlanmış 104-19 saylı əmək müqaviləsinə əsasən, həmin Aviaşirkətə “Uçuş dəstəsinə İL-76 tipli HG-in naviqatoru” vəsifəsinə işə qəbul edilmiş, nümunəvi işçi olduğundan və öz işini peşəkarcasına yerinə yetirdiyindən xx.xx.2011-ci ildə “xxxxxxxxxxxxxxxxxxx” MMC-də 331ş nömrəli əmrlə “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçı-naviqatoru” vəzifəsinə keçirilərək əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-də 14 il qüsursuz işləməyi bütün kollektivə bəllidir. Bir dəfə olsun belə əmək fəaliyyəti dövründə əmək şərtlərini pozmamış və verilən tapşırıqları tam və qüsursuz icra etmişdir. Buna baxmayaraq rəhbərliyə haqqında yanlış məlumatın çatdırılması nəticəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə əmr verilmişdir. Belə ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X12 tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli 72-A saylı əmrə əsasən İddiaçı əmək müqaviləsinin öhdəliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkilkdə pozduğundan xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” işdən azad edilmişdir. Əmrdə İddiaçı hansı əmək vəzifəsini, hansı şəraitdə və necə kobud formada pozmağını, pozmuşsa nə səbəbə həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət olunmamasını, konkret olaraq hansı qeyri-qanuni əməli törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bu Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 60-ci maddəsinin 1-ci bəndinə əsasən 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on (10) gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi İşəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə görə həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 izahat verərək iddia ilə razı olmadığını bildirdi və iddiaya etirazı məhkəməyə təqdim etdi. Etrazda qeyd edilmişdir ki, İ.Aliskerovun (iddiaçının) xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi əsasında SVVA aviaşirkətinin direktorunun uçuşların təhlükəsizliyi üzrə müşaviri tərəfindən aparılmış xidməti araşdırmanın nəticələrinə görə məlumat vərəqəsində qeyd edilmiş məlumatlar öz faktiki ləsdiqini tapmamışdır (SVVA şirkətinin UT üzrə müşaviri S. Yermakın raportuna baxın). Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 0859 nömrəli sənədi və BMAT-nin 19 və 13 nömrəli Əlavələri əsasında işlənib hazırlanmış və risklərin azaldılması və aradan qaldırılması üçün əsas amil qismində istənilən aviaşirkətin uçuşların təhlükəsizliyi sahəsində əsas sənədi olan X1 edilməsi üzrə Təlimatın (1.3/OSD/ SM nömrəli Sənəd) bir sıra tələblərini pozmuşdur, yəni: iddiaçı 4-cü bölmənin h) bəndini (“Bütün aviasiya heyəti”), 7-ci bölmənin 3-cü bəndini İUTİS-in məqsəd və vəzifələri": (UT üzrə sənədlərin aparılmasına, informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın təhlilinin nəticələri üzrə tədbirlərin görülməsinə görə birbaşa məsuliyyət daşıyan UTİ-nin rəhbərinə "mütləq məlumat blankının" vaxtında təqdim edilməməsi), habelə Təlimatın 16-cı Bölməsinin 2-ci bəndinin (UT-yə faktiki və ya potensial təhlükə mövcud olduqda, UT ilə əlaqəli faktlar UT üzrə Şöbəyə dərhal bildirilməlidir) pozmuşdur, iddiaçı informasiyanın toplanması, qeydiyyatı və yayılmasının xüsusi prosedurlarını, qaydalarını, metodikasını nəzərdə tutan 14-cü Bölmənin c) və d) bəndlərini ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci Bölməni ("Məlumatların məxfilik prosedurları") pozmuşdur və bununla da məlumatların məxfilik prosedurları və məxfi məlumatlar sistemi İddiaçı tərəfindən pozulmuşdur. İddiaçının hərəkətlərinin aviaşirkətin fəaliyyətinin əsas funksiyalarından biri qismində aviaşirkətin uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində siyasətini kobud şəkildə pozduğunu nəzərə alaraq, SVVA şirkəti ilə İ. Aliskerov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 104- 19 nömrəli Əmək Müqaviləsinin 10.5 e) bəndinin 10-cu paraqrafını rəhbər tutaraq, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilmə qaydasına əməl etməklə, iddiaçı ilə bağlanmış həmin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixində 72-A nömrəli Əmr imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olmaqla, aşağıdakılara əsasən təmin olunmamalıdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə X11 arasında xx.xx.2019-cu il tarixdə müddətsiz müqavilə bağlanılmış və o, uçuş dəstəsinin təlimatçı noviqator vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 104-19 nömrəli əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki, tərəfləri arasında bağlanmış əmək müqaviləsinin 8.2-ci bəndinin tərkib hissəsi olmaqla işəgötürən Cavabdeh MMC-nin Direktoru Te mur Namik olu Məmmədov və “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin U u dəstəsinin Təlimatçısı naviqatoru İddiaçı arasında (bundan sonra birlikdə “Tərəflər” adlanaraq) (22 042072. -cu il tarixdə imzalanmış (6/-73.Noli əmək müqaviləsinin 8.2 bəndinə müvafiq olaraq aşağıdakılar barədə razılaşdılar: İşçi işəgötürənin kommersiya və istehsal sirrinin aşağıda göstərilən mövzularla qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır: direktorun əmr, göstəriş və sərəncamları, şirkət üzrə yerli xarakter daşıyan digər normativ-hüquqi sənədlər (əmək müqavilələrinin ləğv edilməsi barədə əmrlər istisna olmaqla), şirkətinin kommersiya fəaliyyəti ilə əlaqədar başqa müəssisələr ilə və digər təşkilatlarla apardığı yazışma sənədləri, istehsalın və əməyin təşkili barədə texnolofi sxemlər, daxili komissiyalar barədə əsasnamələr, şirkətdaxili yazışmalar (raportlar, məruzə və izahat məktubları, bölmələr arası sifarişlər, iş prosesi barədə rəhbərliyə verilən operativ məlumatlar): şirkətdaxili komissiyaların sənədləri, protokolları, şirkətin fəaliyyətini əks etdirən statistik məlumatlar, şirkətin qüvvədə olan ştat cədvəli, struturu, işçilərinin sayı (vergi orqanları istisna olmaqla), şirkətin işçilərinin əmək haqqı, şirkətin xidmət göstərdiyi səmişinlər, eyni zamanda bu və ya digər reyslərdə uçan sərnişinlər barədə məlumat, şirkətin digər kommersiya qurumları ilə bağladığı müqavilələr və onlarla aparılan qarşılıqlı hesabatlar barədə məlumatlar, şirkətin hazırladığı yeni layihələr barədə məlumatlar, şirkətin maliyyə hesabatları, mədaxil, məxaric və gəlirləri barədə məlumatlar (vergi orqanları istisna olmaqla), göstərilən xidmətlərin dəyərinin kalkulyasiyası, yük daşıma sənədləri, yükün emal texnologiyası barədə məlumatlar,uçuş məlumatları barədə məlumatlara, uçuş heyətinin tərkibi barədə məlumatlar (gömrük və sərhəd xidmətindən başqa), sənədlər, o cümlədən statisdiq məlumatlar, təyyarə alınması, icarəyə verilməsi, özgəninkiləşdirilməsi, texniki istismarı, texniki xüsusiyyətləri, avadanlıqla təchiz edilməsi,habelə istismsr və təmir zamanı tətbiq edilən avadanlıq, təmir fondu barədə məlumatlar, təyyarənin texniki vəziyyəti: mühərriklərin və digər hissələrin ehtiyatı, istismar müddətləri barədə məlumatlar (uçuş təhlükəsizliyi ilə məşqul orqanlar istisna olmaqla) yayılması üçün məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli 72-A nömrəli əmrdən görünür ki, Cavabdeh uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı X7 əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh həmkarlar ittifaqı təşkilatına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimatdan görünür ki, X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə sübut materialları ilə tanış olunması və həmkarlar ittifaqının üzvü olan X7 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsaslı qərar verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci il tarixli 01/HİK/ nömrəli məktubundan görünür ki, Cavabdeh Həmkarlar İttifaqının qərarında Hİ-nın üzvü olan X7 əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul edilməsini mümkün hesab edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli raportunda qeyd edilmişdir ki, xx xxxx 2020-ci il tarixində SVVH şirkətinin Prezidenti şirkətin təlimatçı-naviqatoru İddiaçı xx.xx.2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparmağı tapşırmışdır. Məlumat vərəqəsi üzrə tərəfimdən aparılan xidməti araşdırmada aşağıdakılar müəyyən edilmişdir: X1 edilməsi üzrə Təlimata əsasən "Mütləq məlumat blankı" UT üzrə sənədlərin aparılmasına, o cümlədən informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın auditinin nəticələri üzrə tədbirlərin görülməsinə görə məsuliyyət daşıyan UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci Bölməsinin 3-cü bəndi (UTİS-in məqsəd və vəzifələri") pozulmuşdur.UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir: təlimatçı-naviqator İddiaçı "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuşdur. Bununla da İddiaçı məlumatların məxfilik prosedurlarını və məlumatların məxfilik sistemini pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə X11 arasında xx.xx.2019-cu il tarixdə müddətsiz müqavilə bağlanılmış və o, uçuş dəstəsinin təlimatçı noviqator vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli 72-A nömrəli əmrdən görünür ki, Cavabdeh uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı X7 əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə sübut materialları ilə tanış olunması və həmkarlar ittifaqının üzvü olan X7 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsaslı qərar verilməsi xahiş olunmuşdur. Cavabdeh Həmkarlar İttifaqının qərarında Hİ-nın üzvü olan X7 əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul edilməsini mümkün hesab edilmişdir. Eyni zmanada məhkəmə müəyyən etdi ki, X8 əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb olaraq "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci Bölməsinin 3-cü bəndi (UTİS-in məqsəd və vəzifələri") pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, təlimatçı-naviqator İddiaçı "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 68-80-ci maddələrindəəmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki işin materiallarından göründüyü kimi iddiaçı X8 (işçi) Cavabdeh (işəgötürən) arasında bağlanmış olan əmək müqaviləsi, əmək müqaviləsini əlavə (əlavə 2), eyni zamanda X1 edilməsi üzrə təlimat üzrə hazırkı mübahisə üzrə iddiaçı tərəfindən üzrəinə götürmüş olduğu öhdəliklər pozulmuşdur. Belə ki, iddiaçı X11 "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü bölməsinin ( h) bəndi ("Bütün aviasiya heyəti"), 7-ci bölməsinin 3-cü bəndi (UTİS-in məqsəd və vəzifələri") pozulması, UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-cı bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməməsi, "Silk Way" Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi"), 15-ci bölməsi ("Məlumatların məxfilik prosedurları") ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozulması (məxfilik prosedurlarını və məlumatların məxfilik sistemi) halları aşkar olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı X11 ilə Əmək Müqaviləsi pozularkən qanunun yuxarıda qeyd olunan normaları və tələbləri gözlənilmiş, X2suz və əsassız olaraq işdən azad edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, məcburi işburaxma müddəti ilə əlaqədar maddi ziyanın və işdən çıxarılması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbləri əsassızdır və rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Şərh olunan maddi hüquq normasına əsasən məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi və mənəvi zərərin işəgötürəndən tutulmasını qərara ala bilər. Hazırkı işdə isə qeyd edilən pozuntular müəyyən edilmədiyindən və iddiaçının tələbi rədd edildiyindən, vurulmuş maddi və mənəvi zərərlə bağlı tələblərin də təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X7 Cavabdehnə qarşı onun xx.xx.2011-ci ildə Cavabdehndə 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı X7 Cavabdehnə qarşı onun xx.xx.2011-ci ildə Cavabdehndə 331ş nömrəli keçirilmiş olduğu “Uçuş dəstəsinə İL-76 tipli HG-in təlimatçısı-naviqatoru” vəzifəsinə bərpa olunmağı, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar