Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3377/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi döngə 2, 9 ünvanında yerləşən torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən sahəsi 0.1247 ha olan torpaq sahəsi babası Ərizəçi Hüseyn oğlunun adınadır. 09.11.1974-cü il tarixində onun babası Ərizəçi Hüseyn oğlu vəfat etmişdir. Ondan, ünvan 2 ünvanda yerləşən əmlak miras qalmışdır. Onun babasının bir oğlu (atası) X6 olmuşdur. Əliyev Qadir 2013-cü il tarixində vəfat etmişdir. O, babasından qalan miras əmlakı dövlət qeydiyyatına alınması üçün müraciət etdikdə DƏDRX -nin 1 saylı Bakı Ərazi İdarəsi ona imtina etmişdir ki, ad və ata adında yanlışlıq vardır. Bundan sonra o, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Xəzər rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli 2(003)-1382/2020 saylı Qətnaməsi ilə ərizəm təmin edilmişdir. Ərizəçi Hüseyn oğlu onun babasıdır. Onun bir övladı X6 olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2-də yerləşən 9 saylı evə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ərizəsinin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X7, anası X4r. İş materiallarında olan doğum haqqında şəhaddətnamənin surətindən görünür ki, X7 02.10.1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X5, anası X8r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22.01.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09.11.1974-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25.09.1980-ci il tarixdə ölmüşdür. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2-də yerləşən 9 saylı ev 08.06.2021-ci il tarixdə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyat keçmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin 23.07.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddəti buraxdığından notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Ərizəçi Hüseyn oğlunun ailə vəziyyəti barədə arayışdan görünür ki, şəxsin ailə üzvləri 2 nəfərdən ibarət olmaqla X2 arvadı X10 25.09.1980-ci ildə ölüb, oğlu X3r 22.01.2013-cü ildə ölmüşdür. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin hallarından görünür ki, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Ərizəçi bacı və qardaşları mövcud deyildir. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2-də yerləşən 9 saylı evə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3377/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3377/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver