Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3403/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun, İddiaçı3 Hacıbala qızının nümayəndəsi və vəkili X5, İlk iddia üzrə Cavabdeh1 iştirakları ilə, İlkin iddiaçılar İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun, İddiaçı3 Hacıbala qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 38 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış AN-İ ******* saylı 10.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd edilən ünvana dair Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış onlara atalarından qalmışdır. İddiaçı2 ilə X2 nikahı uzun illər bundan öndə pozulmuşdur. Cavabdeh onlara məxsus olan ünvanda yerləşmiş və oradan istifadə edir. Bu kimi hallar da onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnirdi. X1 ödənilərək mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(003)-213/2021 saylı qətnaməsi ilə iddia ərizələri təmin edilmişdir. Dadaşova Xatirə fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmışdır. X8 21000 manat kompensasiyanı ödəmək üçün alqı-satqı işləri ilə məşğul olan hazırki iş üzrə Cavabdeh2 etibarnamə verərək, fərdi evin satılması və ondan gələcək pul məbləğindən Dadaşova Xatirəyə 21000 manat və qalan 44000 manat pul vəsaitini onlara verməsini bildirdilər. Ümumi olaraq evin qiymətini 65000 manata razılaşmışlar. Sonradan onların etibarnaməsi əsasında Cavabdeh2 mübahisəli fərdi yaşayış evini 10.12.2020-ci il tarixində iş üzrə digər Cavabdeh1 satmış və bu əməliyyat Bakı şəhəri 50 saylı Notariat ofisində aparılmışdır. Bütün bu olanlardan onların heç bir məlumatı olmamışdır. Alqı-satqıdan sonra iş üzrə Cavabdeh1 reyestdən çıxarış almışdır. Notariat Ofisinin sənədləri ilə tanış olduqda isə onlara məlum olmuşdur ki, fərdi yaşayış evi 50000 manata satılmış və bu barədə cavabdehlər arasında müqavilə bağlanmışdır. Bütün bu məsələlərdən sonra 2021-ci ilin 5 və 6-cı aylarında iş üzrə cavabdehin atası olan Cəfərli(ov) Allahverdi onlarla əlaqə yaradaraq oğlunun bu kimi əməllərində peşmançılıq keçirməsini bildirmiş və onlara evin alqı-satqısı zamanı ödəniləcək pulun onun (Allahverdinin) tərəfindən ödənilməsinə zəmanət vermişdir. Buna baxmayaraq bu günə qədər onlara heç bir ödəniş edilməmişdir. Bütün əməliyyatlar iş üzrə Maraqlı şəxs3 ASC-nin 50 saylı Notariat ofisində fəaliyyət göstərən şöbəsində aparılmışdır. Hazırda onlar aldadılmışlar və hüquqlarının bərpa olunmasını istəyirlər. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunaraq, ilkin iddia üzrə iddiaçıların xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onların həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğində hesablanmaqla qarşılıqlı iddia üzrə cavabdehlərdən həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun, İddiaçı3 Hacıbala qızının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 ilk iddianın rədd edilməsii qarşılqlı iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki,o evi 2020-ci ildə almışdır. Mübahisəli əmlakın alqı-satqısı zamanı İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun, İddiaçı3 Hacıbala qızının iştirak etmişlər. Aqı-satqıdan sonra onlar evdən 15 gün müddətində çıxacaqlarını bildirsələrdə, həmin evdə çıxamamışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin, Maraqlı şəxs3 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin, Maraqlı şəxs3 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.06.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə İddiaçı1 Hacıbala oğlunun 1/3 hissədə paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.06.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə İddiaçı1 Hacıbala oğlunun 1/3 hissədə paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.06.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə İddiaçı3 Hacıbala qızının 1/3 hissədə paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan satıcılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 10.12.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil sonuncuya 50000 manata satılmışdır. Satıcıları Cavabdeh2 təmsil etmişdir. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat ofisinin Maraqlı şəxs3 ASC-yə ünvanladığı 10.12.2020-ci il tarixli 2074 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Seyidəzim Şirvani küçəsi, ev 5, mənzil 100-də qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 50000 (əlli min) manat məbləğində pulun 21000 (iyirmi bir min) manatının Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgan küçəsi, ev 38-də qeydiyyatda olan X3, 29000 (iyrmi doqquz min) manatı İddiaçı2, İddiaçı1 və İddiaçı3 etibarnamələr əsasında çıxış edən Cavabdeh2 verilməsi üçün bankınızda olan AZ94AİİB******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş edir. İş materiallarında olan 10.12.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri 50 saylı Notariat ofisinin 2074 nömrəli məktubu əsasında Maraqlı şəxs3 ASC-nin depozit hesabına 50000 manat pul keçirilmişdir. İş materiallarında olan 25 saylı notariat ofisi tərəfindən verilmiş AR-İİ 171079 nömrəli, 071004 nömrəli, 071003 nömrəli 09.12.2020-ci il tarixli etibarnamələrin surətindən görünür ki, “etibar edən (lər) İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı etibar edilən Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.06.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli **********04-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 75,2 m2 olan fərdi yaşayış evinin (hər birinə məxsus hissədə) üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq haqqında əqdləri bağlamağı, haqq-hesab aparmağı, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, mənə çatası pulu, əmanəti qiymətli kağızları, Foma 1 arayışını, eləcə də sənədləri almağı, adımdan ərizə verməyi, imza etməyi, məni bütün dövlət və qeyrl dövlət qurumlarında təmsil etməyi, sənədləşmə işlərini aparmağı, o cümlədən digər payları almaqda üstünlük hüququmdan imtina ətməyi, buna dair ərizə verməyı, bütun notariat ofislərində məni təmsil etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər”. İş materiallarında olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair 10.12.2020-ci il tarilxi sazişdən görünür ki, İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı adından Cavabdeh2 tərəfindən ünvan 4 ünvanında istifadə hüququna xitam verilməsi ilə bağlı X3 21000 manat kompensassiya verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(003)-213/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21000 manat pul vəsaitinin X3 ödənildiyini nəzərə alaraq onun ünvan 7 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə iddiaları təmin edilərək, X2 ünvan 7 ünvandan istifadə hüququna xitam verilməsi, X2 ünvan 7 ünvandan əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. İlk iddia münasibətdə məhkəmə iclasında müəyyən edildi ki, ünvan 7 saylı fərdi yaşayış evi İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızının hər birinin payı 1/3 hissədə payları müəyyən edilməklə həmin əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, satıcılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı ilə alıcı Cavabdeh1 arasında bağlanmış olan alqısatqı müqaviləsinə əsasən ünvan 7 saylı fərdi yaşayış evi 50000 manata Cavabdeh1 satılmış və alıcı tərəfindən satılmış əmlakın dəyəri olan 50000 manatın 21000 (iyirmi bir min) manatının Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgan küçəsi, ev 38-də qeydiyyatda olan X3, 29000 (iyrmi doqquz min) manatı İddiaçı2, İddiaçı1 və İddiaçı3 etibarnamələr əsasında çıxış edən Cavabdeh2 verilməsi üçün Maraqlı şəxs3 ASC bankında olan AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı tərəfindən verilmiş etibarnamələr məhz ünvan 7 saylı fərdi yaşayış evi ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsindən başqa, məhz satılması üçün də Cavabdeh2 etibar edilmişdir. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(003)-213/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21000 manat pul vəsaitinin X3 ödənildiyini nəzərə alaraq onun ünvan 7 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə iddiaları təmin edilərək, X2 ünvan 7 ünvandan istifadə hüququna xitam verilməsi, X2 ünvan 7 ünvandan əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Hazırda ilk iddia üzrə iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 38 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış AN-İ ******* saylı 10.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd edilən ünvana dair Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi ibarətdir. Məhkəmə qeyd edir ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlaklarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də ilk iddia üzrə iddiaçıların iddiası əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilələrin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəfləri təmsil edən şəxs səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçıların tələbi üzrə əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hər hansı bir hal mövcud olmamışdır. İddiaçılar hazırki iddianı yalnız ona əqd üzrə ödənilməli olan pulun verilməməsi əsası ilə əqdin etibarsız hesab edilməsini tələb edir. Bu hal isə tərəfin müqavilə üzrə öhdələyinin icra edilməməsini özündə ehtiva edir. Lakin işin faktiki hallarından göründüyü kimi hazırkı mübahisə üzrə alıcı tərəfindən üzərinə düşən öhdəlik tam olaraq icra edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və iş üzrə təqdim edilmiş digər sübutlarla tərəflər arasında bağlanmış müqavilənin (aldatma yolu ilə bağlanması) etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda ilk iddia üzrə iddiaçıların “çıxarışın etibarsız hesab edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Göstərilənlərə məhkəmə hesab edir ki, ilk iddia qeyd edilən hissədə də rədd edilməlidir. Qarşılqlı iddiaya münasibətdə məhkəmə heab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının tələbi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onların həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğində hesablanmaqla qarşılıqlı iddia üzrə cavabdehlərdən həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun Cavabdeh1 ödənilməsi barədə olmuşdur. Məhkəmə qarşılıqlı iddianın İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh1 tərəfindən mübahisəli fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənjam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X4 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Qarşılıqlı iddia üzrə iddiaçının iddiasının qarşılqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğində hesablanmaqla qarşılıqlı iddia üzrə cavabdehlərdən həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun Cavabdeh1 ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, qarşılqıl iddia üzrə iddiaçı kirayə haqqı olaraq 250 manat kirayə haqqının ödənilməli olduğunu idda edir, lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə tərəflər arasında kirayə müqaviləsinin bağlanması və kirayə haqqının müəyyən edilməsi ilə bağlı hər hanı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğində hesablanmaqla qarşılıqlı iddia üzrə cavabdehlərdən həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun Cavabdeh1 ödənilməsi hissəsində rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 38 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış AN-İ ******* saylı 10.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd edilən ünvana dair Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3403/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3403/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver