Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-341/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X1 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqla bağlı pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı X1 cavabdeh X2 qarşı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan, Mərdəkan qəsəbəsində yerləşən 1.200 kv torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək ərizənin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. İddiaçı X1 cavabdeh X2 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə, ona əlavə edilmiş sənədlər və mülki iş üzrə dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X4 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı X1 cavabdeh X2 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı X4 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz) X3 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-341/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-341/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver