Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3430/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin satınalınması faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan ünvanında yerləşən torpaq sahəsinin tərəfindən satınalınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağşılıq təsərrüfatının xx.xx.1999-cü il tarixli 8 saylı protokolundan edilmiş 7 saylı çıxarışa əsasən İ/69 saylı bağ sahəsi 3 saylı NQÇİ-nin operatoru X4 adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması həmin təsərrüfat tərəfindən qərara alınmışdır. İstinad olunan qərar üzrə X4 adına İ/70 saylı üzvlük kitabçası açılmışdır. ünvan ünvanında yerləşən torpaq sahəsi 1995-ci ildən 2000-ci il tarixinədək X1 və istifadəsində olmuşdur. 2000-ci il tarixində həmin torpaq sahəsi özü tərəfindən X3 400$-a satın alınmışdır, lakin sənədləşdirmənin aparılması onlardan aslı olmayan səbəblərdən mümkün olmamışdır və rəsmi alqı-satqı müqaviləsi mövcud deyildir. X6 xx.xx.2013-cü ildə vəfat etmiş və AR Ədliyyə Nazirliyinin Bakı şəhər 25 saylı notariat ofisində vərəsəlik işi açılaraq mərhumun qanun üzrə vərəsəsi kimi onun arvadı Cavabdeh tanınmışdır. Sənədləşmənin aparılması üçün Məmmədov Əhməd tərəfindən iddiaçının qardaşı X7 etibarnamə verilmişdir.Həmin torpaq sahəsində 1 otaqlı 1 mərtəbəli tikili olub. Bu torpaq sahəsi 2000-ci ildən İddiaçı və ailəsinin istifadəsindədir. Alqı-satqıda mərhumun arvadı Cavabdeh da iştirak etdiyinə görə iddia ona qarşı irəli sürülmüşdür. İddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə və teleqram təqdim etmişdir. Teleqramdan görünür ki, Cavabdeh məhkəmə iclasına səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, torpaq sahəsi ilə bağlı iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, 1/69 saylı bağ sahəsi X5 adına sənədləşdirilməsi və adına üzvlük kitabçası açılması əmr edilmişdir. Üzvlük bileti iş materiallarında öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki, X6 tərəfindən X7 H.Z.Tağıyev adına NQÇİ-nin Bağçılıq birliyinin xx.xx.1994-cü il tarixli 199 No-li Üzvlük Biletinə əsasən 1/70 saylı sahədə yerləşən torpaq sahəsini özəlləşdirməyi, sənədləri təhvil verib qəbul etməyi, forma No2 arayışı almağı və s. işlər görməyi e tibar edilmişdir. Etibarnamə 80 il müddətinə verilib və xx.xx.2092-ci ilədək qüvvədədir. Ali Məhkəmənin Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-ci bəndinə görə, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 1.4-ci bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Məhkəmədə müəyyən olundu ki, İddiaçı 2000-ci ildə ünvan ünvanında yerləşən torpaq sahəsini X2 almış, lakin alqı-satqı müqaviləsi bağlanmamışdır. Sözügedən alqı-satqı faktı notarial qaydada aparılmalı və təsdiqlənməlidir, lakin tərəflər notariusa müraciət etməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün olmasına baxmayaraq tərəflər birbaşa məhkəməyə müraciət etmiş və bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin satınalınması faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3430/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3430/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver