Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-35/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının nümayəndəsi X4, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X2, Cavabdeh Əli oğlunun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının, İddiaçı2-nin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Cavabdeh Əli oğluna qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətinə gətirilməsi, ərazinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, İddiaçı2, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh Əli oğluna qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının daimi və qanuni istifadəsində olan Cavabdeh Əli oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin, hasarın onun hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, İddiaçı2, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qətnamə çıxarılana qədər Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsində nəzərdə tutulan qaydada iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının daimi və qanuni istifadəsində olan Cavabdeh Əli oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın onun hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması və məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, İddiaçı2 və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı1 Mədə-Bağırsaq sanatoriyası 1965-ci ildən fəaliyyət göstərir. İddiaçı2lar Şurasının müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1959-cu il tarixli 05/820 saylı sərəncamı ilə İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının tikintisi üçün 26 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır. xx xxxx 2004-cü il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına X7 hüququna dair Dövlət Aktı verilmişdir. Sanatoriyada müalicə olunanların rahatlığını və təhlükəsizliyini təmin etmək, sanatoriyanın ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq məqsədilə sanatoriyanın ərazisinin daş hasara alınması nəzərdə tutulmuşdur. Həmin məqsədlə də sanatoriyanın məsul şəxsləri tərəfindən əraziyə baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış keçirilərkən müəyyən olunmuşdur ki, ayrı-ayrı şəxslər tərəfindən sanatoriyanın ərazisi zəbt edilmiş, ərazi hasara alınmış və zəbt olunmuş ərazilərdə qeyri-qanuni tikililər inşa edilmişdir. Həmçinin iş üzrə Cavabdeh Əli oğlu tərəfindən də ərazi zəbt edilərək hasara alınmış və zəbt olunmuş ərazidə tikililər inşa edilmişdir. Bu barədə Cavabdeh Əli oğluna məlumat verilmiş və könüllü olaraq məhkəmədən kənar qaydada qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması təklif edilmişdir. Lakin təklifləri nəticəsiz qaldığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının nümayəndəsi X8 və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizələrinin məzmununa uyğun izahat verdilər və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əli oğlunun nümayəndəsi və vəkili X3 iddianı etiraf etməyərək göstərdi ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, cavabdehin istifadəsindədir. Torpağın hasara alınması, torpaqdan istifadə edilməsi gizli formada oluna bilməzdi. Özləri qeyd etdiyi kimi, həmin ərazidə elektrik şəbəkəsinin podstansiyası var. Hətta orada mühafizə zolağı da vardır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən məhkəmə işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1959-cu il tarixli 05/820 saylı sərəncamının surətindən görünür ki, mədə-bağırsaq sanatoriyasının tikintisi üçün Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində 26 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan, JN-1054 (kod 00300016) nömrəli xx xxxx 2004-cü il tarixli X7 hüququna dair Dövlət Aktının sərəncamının surətindən görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1959-cu il tarixli 05/820 saylı sərəncamı ilə Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində 16,09 hektar torpaq sahəsi mədə-bağırsaq xəstəlikləri sanatoriyasının tikintisi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verilmişdir. İş materiallarında olan, İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının xx xxx 2018-ci il tarixli 45 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh sanatoriyanın ərazisini zəbt etməsi, hasara alıb orada tikililər inşa etməsi barədə məlumat verilərək, 1 ay müddətində qanunsuz inşa edilmiş hasarı və tikililəri sökərək zəbt olunmuş sahənin boşaldılması təklif edilmiş, əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan, Nizamnamənin surətindən görünür ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xx xxx 1993-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, İddiaçı1” İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının Nizamnaməsinin surətindən görünür ki, sanatoriya İddiaçı2 Səhmdar Cəmiyyətinin tərkib hissəsidir, əsas fəaliyyəti müalicə-profilaktika, mədəni-kütləvi xidməti və qidalanmanı, ixtisaslaşmaya və profilə uyğun olaraq müalicə diaqnostik prosesini təşkil etmə və sairdən ibarətdir. İş materiallarında olan, Nizamnamənin surətindən görünür ki,İddiaçı2 hüquqi şəxs kimi xx xxxx 2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş, xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən:
1. Mübahisəli 522,7 kv.metr torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod00300016) nömrəli X7 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşir. 2. xx xxxxxx 1960-cı il tarixli torpaq sahəsinin naturada ayrılması haqqında akta əlavə edilmiş cizgi nişanlarının, xx xxxx 2004-cü il tarixdə torpağın X9 dair Dövlət Aktında qeyd göstərilmiş cizginin koordinatları ilə üst-üstə düşür. İş üzrə təyin olunmuş məhkəmə-torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli 10/1776 №-li ekspert rəyində mütəxəssis rəyinə istinad olunaraq, mübahisəli 522,7 kv.metr torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod 00300016) nömrəli X7 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşdiyi, həmçinin, xx xxxxxx 1960-cı il tarixli torpaq sahəsinin naturada ayrılması haqqında akta əlavə edilmiş cizgi nişanlarının, xx xxxx 2004cü il tarixdə torpağın X9 dair Dövlət Aktında qeyd göstərilmiş cizginin koordinatları ilə üstüstə düşdüyü göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1959-cu il tarixli 05/820 saylı sərəncamına əsasən, mədə-bağırsaq sanatoriyasının tikintisi üçün Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində 26 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sahə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına qeydə alınaraq, X7 hüququna dair JN-1054 (kod 00300016) saylı xx xxxx 2004-cü il tarixli Dövlət Aktı verilmişdir. İddiaçı tərəf daimi və qanuni istifadələrində olan cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması və məhkəmə xərclərinin cavabdehə aid edilməsini tələb etmişdir. Yanaşı yoxlanılmış xx xxxx 2020-ci il tarixli mütəxəssis və xx xxxxxx 2020-ci il tarixli 10/1776 №-li ekspert rəyləri ilə cavabdehin tikinti apardığı, mübahisəli 522,7 kv.metr torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod00300016) nömrəli X7 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, rəylərlə razılaşır və cavabdehin sahibliyində olan mübahisəli 522,7 kv.metr torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına qeydə alınmış 16,09 hektar (İddiaçı1 İxtisaslaşdırılmış Mədə- Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinə aid olduğu nəticəsinə gəlir. Cavabdeh torpaq sahəsinin qanuni istifadəsində olduğuna dair sübutu təqdim etməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən JN-1054 (kod00300016) nömrəli X7 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektar torpaq sahəsinin 522,7 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt edildiyinə dair iddiaçıların dəlilini işin hallarına uyğun sayır. Məhkəmə, eyni zamanda zəbt olunmuş torpaqsahəsində aparılmasını nəzərə alaraq, tikintinin özbaşınaolduğu nəticəsinə gəlir. Beləliklə, iş üzrə olan sübutlarla müəyyən edilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod00300016) nömrəli X7 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektar (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin 522,7 kv.metr hissəsi cavabdeh tərəfindən zəbt edilərək özbaşınatikinti aparılmışdır. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası TorpaqMəcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cümaddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdəödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-cimaddəsinəəsasən məhkəmə xərcləri dövlət rüsumundan vəişə baxılmasıiləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan,cavabdeh tərəfindən aparılmış özbaşına tikinti iddiaçıların maraqlarına toxunduğundan, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmişşəxslər tərəfindən və ya onların hesabına həyata keçirildiyindən, iddiaçıların özlərinə məxsus torpaq sahəsinicavabdehlərin qanunsuz sahibliyindəngeri tələb etməkhüquqlarıolduğundan, zəbt edilmiş torpaq sahəsindəki özbaşına tikinti cavabdehin hesabına sökülməli, sahə əvvəlki vəziyyətə gətirilməli, ərazi boşaldılmalı və dövlət rüsumu üzrə 30 manat cavabdehə aid edilməli, iddiatələbitəminedilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən, ekspertə verilməli olan məbləğlər dəcavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının daimi və qanuni istifadəsində olan Cavabdeh Əli oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasar onun hesabına sökülsün, sahə əvvəlki vəziyyətə gətirilsin, ərazi boşaldılsın. Cavabdeh Əli oğlundan ödənilmiş dövlət rüsumu üzrə 30 manattutularaq İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasına verilsin. Cavabdeh Əli oğlundan ekspertxərci üzrə 50,00 (əlli) manat alınıb Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tərlan Əkbərov