Məhkəmə qərarları › İş №2(003)-3512/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3512/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3512/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istiafadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsi 21 saylı fərdi yaşış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Birgə nikahlarından 22 sentyabr 2005-ci il təvəllüdlü X9 və 24 oktyabr 2006-cı il təvəllüdlü X11 adlı iki övladları var, ailə münasibətləri pisləşdiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003 )-2082/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından olan 22 sentyabr 2005-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında, 24 oktyabr 2006-cı il təvəllüdlü X11 atası İddiaçı1 yanında qalması qət edilmişdir. Cavabdeh ilə 12 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olan zaman mərhum anası X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. Anaları 11 dekabr 2020-ci il tarixdə vəfat edib. Analarının mülkiyyətində olan mübahisəli yaşayış evi vərəsəlik qaydasında ½ hissədə payları müəyyən olunaraq mülkiyyət hüququları dövlət qeydiyyatından keçərək onlara 06 iyul 2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətlərində olan mübahisəli fərdi yaşayış evlərində də, qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq orada yaşamır və yaşayış sahəsindən istifadə etmir. Onun mülkiyyətlərində olan evdən istifadəyə ehtiyacı yoxdur. Cavabdehin evllərində qeydiyyatda olduğuna görə onun payına düşən mənzil və kommunal xidmət haqlarınıda onlar ödəməli olur. Həmçinin cavabdehin evlərində qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, onlar həmin evlə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onların mülkiyyət hüquqları pozulubdur. Yaranmış vəziyyətdə mübahisənin yeganə həll yolu cavabdehin məhkəmə qaydasında istifadə hüquqlarına xitam verib, qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə digər İddiaçı2 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə İddiaçı2 və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.07.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.06.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 ilə X10 12.10.2004-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 702 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Bədəlova soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli AZ–İ 369421 nömrəli nikahın pozulması barədə şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan X3, X14, X15, X6, X1, X12, X7 və X5 iştirakı ilə tərtib edilmiş aktda Cavabdeh 23.03.2020-ci il tarixdə ünvan 2 ünvanını tərk edərək getdiyini və bir daha ünvana qayıtmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçının tələbi Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki işin materiallarında göründüyü kimi ünvan 2 paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Hazırkı təlblə iddiaçı məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikasının Konsitusiyasının 13,29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 231.2 və 231.6-cı maddəsində təsbit edilmiş müddəalarına uyğun olaraq mülkiyyət hüquqlarından istifadə etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş, 08 iyul 1982-ci il redaksiyalı) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında, həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Lakin mülki işin materiallarında cavabdeh X4 ünvan 2 ünvanında yaşayış evinə istifadə hüququna mülkiyyətçinin razılığının mövcudluğu aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ünvan 2 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanına istifadə hüquqları itirlmiş hesab edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar