Məhkəmə qərarları › İş №2(003)-3538/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3538/2023

15.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3538/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə qarşı çıxarışın ləğvi, vərəsəlik hüququ tanınaraq vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə qarşı çıxarışın ləğvi, vərəsəlik hüququ tanınaraq vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına xx.xx.2016-cı il tarixində Dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə, X1 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1693cü il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 4699.3 kv.m torpaq sahəsinə vərəsəlik hüququ tanınaraq torpağa dair vərəsəlik payının müəyyən edilməsinə, vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbindən görünür ki, iddiaçı, cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə qarşı Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə yanaşı həmin tələblə bağlı olmayan vərəsəlik hüququ tanınaraq torpağa dair vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbləri irəli sürmüşdür ki, bu hal yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə uyğun deyil. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı, cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia irəli sürməklə iddia ərizəsində həmin tələblə bağlı cavabdeh notariat ofisi tərəfindən hansı hərəkətlərin yerinə yetirilməsini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə müraciət olunması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi ********** nömrəli qəbz iddia ərizəsinə əlavə edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən isə görünür ki, həmin qəbz 2(003)-2884/2023 saylı iş üzrə istifadə olunmuşdur. Bununla da müəyyən edilir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi yuxarıda göstərilən əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə qarşı çıxarışın ləğvi, vərəsəlik hüququ tanınaraq vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar