Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-356/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxxx 1976-cı il, doğulduğu yerin Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndi, anasının azərbaycanlı X5 və atasının azərbaycanlı X4 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1976-cı ildə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olmuşdur. Şuşa rayonundan məcburi köçkündür. X3 və anası X5 Ermənistanın Əzizbəyov rayonu Köçbək kəndində doğulmuş, milliyyəti azərbaycanlıdır. Doğum haqqında şəhadətnaməsi Şuşanın işğalı zamanı orada qaldığından, hüququnu həyata keçirə bilmir. Bu barədə Maraqlı şəxsnə müraciət edib doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxxx 1976-cı il, doğulduğu yerin Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndi, anasının azərbaycanlı X5 və atasının azərbaycanlı X4 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynının qızıdır. Familə Ermənistanda anadan olub, anası Tahirə, atası Knyaz olmuşdur. Ərizəçi 3 qardaş 2 bacı olmuşlar – Könül, Familə, Faiq, Mübariz və Afiq. Familənin 2 övladı var. Ərizəçinin doğum haqqında şəhadətnaməsi Şuşada qalıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının qızıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısının qızıdır. Bacısı 15 ildir, bacısının yoldaşı isə 1 ildən çoxdur rəhmətə gedib. Onlar qaçqın düşmüşlər. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Şuşa RPŞ tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, X14 xx.xx.1976-cı ildə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olmuş, X3, anası Albəyova (Balakişiyeva) Tahirə Sevindik qızıdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 arasında nikah ləğv olunmuş, arvada Balakişiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu üzrə Sektoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Şüvəlan qəsəbəsi “Mayak” düşərgəsində məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Şuşa rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx xxxx 2005-ci il tarixli 53 saylı qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixli 883 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının;“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsindən imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Ərizəçi xx xxxx 1976-cı il tarixdə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olmuş, X3, anası X2r. Lakin doğum haqqında akt qeydi itirildiyindən, başqa qaydada əldə etmək mümkün olmamış və ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi X10 və X1 birgə nikahından xx xxxx 1976-cı il tarixdə Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndində anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi ərizəsi təmin edilməli, doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxxx 1976-cı il, doğulduğu yer Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndi, soyadı Balakişiyeva, adı Familə, anası azərbaycanlı, xx xxxxxx 1957-ci il təvəllüdlü X5 və atası azərbaycanlı, xx xxxx 1952-ci il təvəllüdlü X4 qeyd olunmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxxx 1976-cı il, doğulduğu yer Ermənistan, Əzizbəyov rayonu, Köçbək kəndi, soyadı Balakişiyeva, adı Familə, anası azərbaycanlı, xx xxxxxx 1957-ci il təvəllüdlü X5 və atası azərbaycanlı, xx xxxx 1952-ci il təvəllüdlü X4 qeyd edilsin. Qətnamə, qeydiyyat şöbəsində müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-356/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-356/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver