Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-359/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı evə köçürülmə barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensassiya verməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 500 manat pul və 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anasına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatdadır və onun həmin əmlakdan istifadə hüququ vardır. İddiaçının sözügedən daşınmaz əmlakdan istifadə hüququ olsa da, o faktiki olaraq həmin hüququndan bəhrələnə bilmir. Belə ki, iddiaçı ailə həyatı qurduqdan sonra onun anası onu evdən qovmuş və evin açarını dəyişdirərək iddiaçının əmlakdan istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bundan sonra uzun müddət kirayə mənzillərdə yaşasa da hal-hazırda onun kirayə mənzildə yaşamaq imkanı yoxdur. Hazırda qeyd olunan yaşayış evindən həmin evdə qeydiyyatda olan bütün şəxslər istifadə edə bilsə də, iddiaçı öz himayəsində olan azyaşlı uşaqla birlikdə bunu həyata keçirə bilmir. Cavabdeh və digər şəxslər onun yaşayış sahəsinə daxil olmasına maneəçilik törədirlər və bununla da iddiaçının əmlakdan istifadə hüququnu məhdudlaşdırırlar. Mübahisə predmeti olan ev 20 sot torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 320 kv.m ibarət olan villadır. Yəni, iddiaçının öz övladı ilə həmin mənzildə yaşaması üçün hər bir şərait olsa da, mülkiyyətçi buna heç bir şərait yaratmır və bununla da istifadə hüquqları məhdudlaşdırılır. Daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbinin həcmini artıraraq, İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 500 manat pul və 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqların müdafiəsini təmin etmək məqsədi ilə müstəqil mütəxəsissə xərclənən 500 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi haqqında qətnamə qəbul edilməsi və tərəfindən xərclənmiş 500 manat pul və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 mülkiyyət sənədinə əsasən onun mülkiyyətində olsa belə həmin fərdi yaşayış evi ona məxsus deyil. Lakin buna baxmayaraq hazırda həmin evdə qeydiyyatda olan İddiaçı istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə hazırki qarşılıqlı iddia ərizəsilə müraciət edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 524277 nömrəli xx.xx.2020-ci il X3 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünavnaladığı xx.xx.2022ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, X4 vəfatından sonra 25 saylı DNK-nın 2V-44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayonu Albalılıq massivi ünvan 1 ünvanında yerləşən 0.2 ha torpaq sahəsi və üzərində yerləşən 320 m2 olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 daşınmaz əmlak və əmlkaın yerləşdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02-81/22 nömrəli mütəxəssis rəyində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanında yerləşən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 3000 (üç min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzildə yaşayanaların mənzildən istifadə hüquq qanunla qorunan hüquqdur və istifadəçinin mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb emək hüququ vardır. Hazırkı mülki iş üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin oğludur və ilk iddia üzrə İddiaçı mübahisəli fərdi yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsdir. Tərəflər arasında mübahisə olana qədər iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi ünvan 3 ünvan üzrə pasport qeydiyyatında olmuşdur. Həmin yaşayış evindən onun iradəsinə zidd olaraq istifadəsinə maneə yaradılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evindən istifadə hüququ mülkiyyətçi tərəfindən pozulmuşdur və onun hüquqları bərpa edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı 5000 manat kompensasiya verməklə ilk iddia üzrə İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanına istifadə hüququnun itirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, təklif olunan kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya, onun davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. Belə ki, mülki işin materiallarında olan mütəxəssis rəyindən də göründüyü kimi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanında yerləşən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 3000 (üç min) manat təşkil edir. Beləliklə məhkəmə təklif olunan kompensassiya məbləğini işin faktiki halları ilə müqayisə edərək, təklif olan məbləğ müqabilində qarşılıqlı iddia üzrə iddiaçının əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamasının mümkünsüz olacağını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə ilk iddia üzrə iddiaçı iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manatın ilk iddia üzrə cavabdehdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə ilk iddia üzrə iddiaçı tərəfindən 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı ilk iddia üzrə İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 500 manat pul ilk iddia üzrə Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. İlk iddia üzrə iddiaçının ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökümət ödəniş portalından ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 (yaz) manat dövlət rüsumu ödənmişdir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə İddiaçı iddia tələbi mütəxəssis xərci olaraq 500 (beş yüz) manat pulun Cavabdeh tutulması hissəsinə münsaibətdə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan 441428 nömrəli xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 02-81/22 nömrəli rəyin verilməsi ilə bağlı 500 (beş yüz) manat ödəniş edilmişdir. Hazırda mülki iş üzrə ilk iddia təmin edildiyindən məhkəmə hesab edir ki, mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına köçürülsün və İddiaçı həmin yaşayış evinə istifadə hüququ bərpa edilsin. İlk iddia üzrə İddiaçı pozulmuş hüquqların bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manat və 100 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İş üzrə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02-81/22 nömrəli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-359/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-359/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver