Məhkəmə qərarları › İş №2(003)-3613/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3613/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3613/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulmağının, milliyətinin azərbaycanlı, adının X** olması, ata adının X5, ana adının X3 olmasına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. *992-ci il Xocalı şəhər məcburi köçkündür. Qeyd etmək istəyir ki, Xocalı şəhəri Əsgəran rayonu AXAO Azərbaycan SSR *6 mart *987-ci il tarixli XİƏKT Ne 48834* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulmuşdur. Ata qrafasında X*2, ana qrafasında X6 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə *6 mart *987-ci il tarixdə № *9 ilə qeyd edilmişdir. Belə ki, naməlum şəraitdə doğum haqqında şəhadətnaməni itirmişdir. Bu il Bakı Dövlət universitetinin Kitabxanaçılıq və informasiya fakultəsinə daxil olduğu üçün doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi zərurəti olduğundan doğum akt qeydi bərpa edilməlidir. Hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Yalnız surəti qalmışdır. O, məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyası, korpus

5. ev 2* ünvanında yaşayır və müvəqqəti qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itdiyi üçün doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi zərurəti vardır. Qeyd edir ki, Xocalı şəhər * saylı orta məktəbi 2005-ci il tarixdə bitirmişdir. Bununla bağlı attestatı ərizəsinə əlavə etmişdir. 5 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı olaraq müraciətə baxaraq bildirilmişdir ki, Dağlıq-Qarabağ *992-2020-ci illər ərzində ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan və həmin ərazidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanıldığından hazırda müraciətin təmin edilməsi mümkün olmamışdır. Doğum haqqında akt qeydinin müvafiq qeydiyyat şöbələrinin arxivində mövcud olmadığından, bununla bağlı akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*3 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Xocalıda doğulub, *992-ci il tarixdə Bakıya gəliblər. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onun xalası qızıdır. Şəhadətnaməsi var idi, lakin hal-hazırda itib. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Bacısı Əli ilə ailə qurdu, Xocalıda yaşayırdılar və Bahar da Xocalıda doğuldu. Bahar doğum haqqında şəhadətnaməsini itirib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 20.*0.2023-cü il tarixli 28 saylı arayışın surətindən görünür ki, Ərizəçi müvəqqəti olaraq Bakı şəhəri Xəzər rayonu Mərdəkan rayonu “Günəşli” sanatoriyasında qeydiyyatdadır. İş materallarına əlavə olunan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.*987-ci il tarixdə doğulmuşdur. İş materallarına əlavə olunan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X*2 *6.*2.*992-ci il tarixdə ölmüşdür. İş materallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*987-ci il təvəllüdlü X9 atası X*2, anası isə X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Müşfiq Fazil oğlu ilə Şuşa rayonu VVADQ şöbəsində *0.**.2007-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikah *53 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan attestatın surətindən görünür ki, xx.xx.*987-ci il təvəllüdlü X2 şəhər * saylı orta məktəbin məzunu olmuşdur . İş materiallarına əlavə edilən AA №*44368 saylı məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, X2 şəhərindən məcburi köçkün düşmüşdür. İş materiallarında olan 5 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı olaraq müraciətə baxaraq bildirilmişdir ki, Dağlıq- Qarabağ *992-2020-ci illər ərzində ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan və həmin ərazidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanıldığından hazırda müraciətin təmin edilməsi mümkün olmamışdır. Doğum haqqında akt qeydinin müvafiq qeydiyyat şöbələrinin arxivində mövcud olmadığından, bununla bağlı akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulmağı, milliyətinin azərbaycanlı, adının X** olması, ata adının X5, ana adının X3 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Əliyeva (Həsənova) Bahar Əli qızının xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulması, soyadının “Həsənova”, adının “Bahar”, ata adının “Əli”, milliyətinin azərbaycanlı, atasının X*2, anasının X6 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizə təmin edilsin. Əliyeva (Həsənova) Bahar Əli qızının xx.xx.*987-ci il tarixdə Xocalı şəhərində doğulması, soyadının “Həsənova”, adının “Bahar”, ata adının “Əli”, milliyətinin azərbaycanlı, atasının X*2, anasının X6 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar