Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3660/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X11 iştirakı ilə Ərizəçi “qohumluq faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, X2 nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun nənəsidir və o, 1964-cü il 30 may tarixində 88 yaşında vəfat etmişdir. Nənəsinin yaşayış yeri Bakı şəhəri, Xəzər раyonu, Mərdəkan qəsəbəsi, 28 aprel (may) küçəsi, ev 28 olmuş və o, həmin evdə ölmüşdür. X4 1904-cü ildə doğulmuş, anası X7, atası Babayev Xudaverdi olmuşdur. X4 ilə anası X8 02 dekabr 1946-cı il tarixdə nikaha daxil olmuşlar. X4 30 dekabr 1968-ci ildə mədə girəcəyinin xərçəngi diaqnozu ilə vəfat etmiş, anası X8 09 avqust 1998-ci ildə vəfat etmişdir. Əzizbəyov rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 10 noyabr 150-ci il tarixli, 102 saylı protokola əsasən nənəsı X5 Əzizbəyov rayonu, Mərdəkan qəsbəsinə torpaq sahəsi ayrılmışdır. Mərhuma nənəsi X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 04 avqust 2021-ci il tarixli çıxarış, həmçinin 02 avqust 2021-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsünü vermişdir. Evi adına rəsmiləşdirmək üçün ilk öncə Azərbaycan Resspublikasının Dövlət Tarix Arxivinə müraciət etmiş, cavabında bildirmişlər ki, “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X9 doğum tarixinə dair heç bir məlumat tapılmamışdır. Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinə müraciətində onu vərəsə olaraq tanıdıqları məlum olsa da yuxarıdakı səbəbə görə X2 nənəsi olmasını müəyyən edə bilməmişdir. Nənəsinin yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 aprel (may) küçəsi, ev 28 olmuş, o da həmin evdə doğularaq böyümüş, hazırda da həmin evdə qeydiyyatda olmaqla yaşayır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X15 ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinə və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 04 avqust 2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,0750 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə mərhumə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, X12 ilə X3 nikahı 02 dekabr 1946-cı il tarixdə 282 saylı akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan doğum şəhadətnaməsinin surətindən görünür ki, 01 aprel 1955-ci il tarixdə doğulmuş Ərizəçi X4, anası X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 dekabr 1968-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 avqust 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında akt qeydinin surətindən görünür ki, X7 Bakı şəhəri, Xəzər раyonu, Mərdəkan qəsəbəsi, 28 aprel küçəsi, ev 28-də, 1964-cü il 30 aprel tarixində 88 yaşında ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi yaşayış yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan X17 24 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X9 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Dövlət Notariat ofisinin 09 mart 2021-ci il tarixli məktubundan görünür ki,X2 30 aprel 1964-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin 09 mart 2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin nəvəsi Ərizəçi olması barədə sizə məlumat verilir. İş materiallarında olan Əzizbəyov rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 10 noyabr 150-ci il tarixli, 102 saylı protoklonun surətindən görünür ki, X5 Əzizbəyov rayonu, Mərdəkan qəsbəsinə torpaq sahəsi ayrılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X19 göstərdi ki, o, 1953-cü ildən ərizəçi ilə qonşudur, mərhumə X7, X9 anası, Ərizəçi isə nənəsi olmuşdur. X9 Famil, Elxan, Rahib adlı üç oğlu olmuşdur. X9 Bababulla adlı qardaşı olmuşdur. X7 1964-cü ildə Elxanın hazırda yaşadığı Bakı şəhəri, Xəzər rаyonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 28-də ölmüş, Elxanın atası Nəsir damdan yıxılaraq zədə almış, 1968-c il tarixdə xərçəng xəstəliyinə tutularaq ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, X1 Nəsir Xudaverdi oğlunun anası, Ərizəçi isə nənəsi olmuşdur. X7 30 aprel 1964-cü il tarixdə, X12 30 dekabr 1968-ci il tarixdə ölmüşdür. X9 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. X7 ünvan 2 ünvanında ölmüş, Ərizəçi hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1559.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 xx xxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi nənəsi olması faktının müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx xxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi nənəsi olması hüquqi əhəmiyyətli faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3660/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3660/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver