Məhkəmə qərarları › İş №2(003)-367/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-367/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-367/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaka dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaka dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırki iddiasının təmin edilməsini, X5 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsini, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsinə vərəsəlik hüququnun tanınaraq torpağa dair vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası 7 saylı notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı mərhum X2 doğma oğludur. Hazırki iş üzrə vərəsəlik işi açılan tərəf X8r. O, 11 fevral 1978ci ildə Bakı şəhərinin Xəzər rayonunda vəfat etmişdir. Mərhum X16 10 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda o, məxsus ünvan 1 ünvanındakı evi və torpaq sahəsini atasının vəfatından sonra o, idarə edir. Həmin mülk və torpaq sahəsi onun nənəsinə məxsus olmuşdur. O, müvafiq olaraq notariat ofisinə müraciət etsə də, notariusun cavab məktubunda torpaq sahəsinə dair sənəd təqdim edilmədiyinə görə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən hazırki torpaq sahəsi 4699,3 kv. m. təşkil edir. 1900,0 kv. m. torpaq sahəsi X6 istifadəsindədir. Lakin qalan hissə üzrə vərəsəlik işi açılmamışdır. O, hesab edir ki, torpaq sahəsinin 2799 kv. m. hissəsinə dair vərəsəlik işi açılmalı olduğu halda notarius bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinin hasarlanmaqla onun atası və əmiləri arasında 4 hissəyə bölündüyünü bildirmiş, onun istifadəsində olan torpaq sahəsinin 11,5 ar təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Doğum haqqında şəhadətnaməsnin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X1, anası X3r. AZ-İİ seriyalı, 221488 nömrəli ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə ölmüşdür. AZ seriyalı, 095874 nömrəli ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X9 30 iyun 2001-ci ildə, 74 yaşında ölmüşdür. AZ-İ seriyalı, 270688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 noyabr 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və oun yerləşdiyi 0,19 ha torpaq sahəsi Aərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta, Bakı şəhəri 7 saylı notariat kontorunun 479 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna və mərhuma aid Bakı şəhəri 10 saylı notariat kontorunun 3914 saylı, 1978-ci il tarixli ölüm haqqında şəhadətnaməyə, habelə Bakı şəhəri 9 saylı notariat kontorunun 7E-27431 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli mərhumun vərəsəsi X12 tərəfindən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsindən faktiki istifadəsində olan 1900,0 kv. m. torpaq sahəsinin özəlləşməsinə və dövlət reyestrindən çıxarışın alınmasına etiraz etməməsi ilə bağlı ərizəsinə əsasən X5 adına xx.xx.2016-cı il tarixdə dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Sonradan barəsində soruşulan fərdi yaşayış evi və onun yerləşdiyi 0,19 ha torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır və hazırda adındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin arxivində saxlanılan 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportuna, həmçinin X6 həmin ünvanda yerləşən 4699,3 kv. m. torpaq sahəsindən faktiki istifadədə olan 1900 kv. m. torpaq sahəsinin özəlləşməsinə etiraz etməməsi barədə ərizəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 54 saylı ev və həmin evin yerləşdiyi 0,19 ha torpaq sahəsi X5 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 7 saylı DNK-nin 2v-265 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi 0,19 ha torpaq sahəsi X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 7 saylı notariat ofisinin 2V-265 nömrəli vərəsəlik işindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 54 nömrəli ev və həmin evin yerləşdiyi 0,19 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mərhum X10 məxsus olmuşdur. X5 vəfatından sonra X12 həmin şəxsin qanun üzrə vərəsəsi hesab edilmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,9 kv/m olan fərdi yaşayış evinə və mülkiyyətdə olan 0,19 ha torpaq sahəsinə dair verilmiş 02 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 həmin əmlakdan 1/1 hissədə pay hüququ müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 54 nömrəli ev və həmin evin yerləşdiyi 0,19 ha torpaq sahəsi mərhum X5 mülkiyyətində olmuşdur. Həmin əmlak qanun üzrə vərəsəlik hüququ əsasında X6 mülkiyyətinə keçmişdir. İddiaçı hazırda həmin əmlaka dair X5 adına verilmiş çıxarışın ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mərhum X5 adına çıxarış qanunvericiliklə müəyyən edilmiş qaydada verildiyi üçün iddiaçının həmin çıxarışın ləğv edilməsi barədə tələbi əsassızdır. İddiaçının ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinə vərəsəlik hüququnun tanınaraq həmin torpaq sahəsinə pay hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin mərhum X10 məxsus olması iş materialları ilə təsdiq edilmədiyi və torpaq sahəsinin həmin şəxsə məxsus olması barədə sənəd olmadığı üçün həmin tələb təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaka dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar