Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-37/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “Özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – ARDNŞ «Azneft» İB) “Özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı yolunun sağında 39T4*8546;447739* koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin Cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məbləğində cavabdehdən alınaraq İB- nin xüyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı yolunun sağında 39T4*8546;447739* koordinatlarda yerləşən bir hissəsində iş üzrə 3-cü şəxs Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılır. Nəticədə, İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaranmışdır. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baki Şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis şöbəsinə rəsmi qaydada müraciətlər edilmişdir. Məhkəmə iclasında iddiaçı ARDNŞ «Azneft» İB-nin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, həmin torpaq sahəsini pul müqabilində qonşu şəxslərdən almışdır. Mübahisəli torpaq sahəsinə hər-hansı sənədi yoxdur. o, *018-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və həmin vaxtdan da həmin evdə yaşayır.. Onun yaşamaq üçün başqa yeri yoxdur. Evi sölkülərsə ona kompensasiya verilməlidir. Torpaq sahəsi ona verilərkən və onun tərəfindən həmin torpaq sahəsində ev tikilərkən ona torpaq sahəsinin ARDNŞ «Azneft» İB-nin balansında olması və tikili aparılmasının qadağan edilməsi barədə xəbərdarlıq edilməmişdir. O, həmin vaxt torpaq sahəsinin ARDNŞ «Azneft» İB-nin balansında olmasını bilsəydi, orada məskunlaşaraq ev tikməzdi. Həmin ərazidə digər şəxslər tərəfindən evlər tikilsə də, iddiaçı tərəfindən yalnız ona qarşı iddia irəli sürülmüşdür. İddia tələbi əsassızdır. Ona görə də tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyərək və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Azneft” İB-nin «H.Z.Tağıyev» adına NQÇİ-nin (Qala yatağı) daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topaqrafik planından görünür ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinin hüdudları daxilindədir. İş materiallarına əlavə edilmiş *0.04.*0**-ci il tarixdə H.Z.Tağıyev adına NQÇİ-nin qanunsuz tikintilər üzrə komissiyanın sədri X5, baş markşeydir X6, H.Z.Tağıyev adına NQÇİ-nin növbə rəisi X11, "xxxx" MMC-nin 1* saylı komandanın növbə rəisi X15, mühafizəçi X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, *0.04.*0**-ci il tarixdə, saat 1*:05-də H.Z.Tağıyev adına NQÇİ-nin köhnə Qala neft yatağı sahəsində 1563 saylı neft quyusundan təxminən 1000 metr (3 zona) məsafədə yerləşən torpaq sahəsində vətəndaş X8 tərəfindən yaşayış evləri ilə əhatə olunmuş, daş hasara alınmış torpaq sahəsinin içərisində yaşadığı fərdi yaşayış evinin ön hissəsinə bitişik köhnədən mövcud olan, təxminən 4x3 metr ölçülərdə 0,60 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkarlanmışdır. Faktla bağlı əməkdaşlar tərəfindən DİN “10*” xidmətinə məlumat verilsə də, əraziyə heç bir polis əməkdaşı gəlməmişdir. NQÇİ əməkdaşları tərəfindən ev sahibi ilə izahedici söhbətlər aparılsa da, o, tikinti işlərini dayandırmayacağını bildirdi. Vətəndaşa qanunsuz tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq vərəqəsi təqdim olunsa da, o qəbul etməkdən imtina etmişdir. Elektron kabinet vasitəsi ilə *(003)-37/*0*4 saylı işdə tərəflər barədə məlumat pəncərəsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının *0 oktyabr *0*3-cü il tarixli 3- 16-16/*-10/7090 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:qərardadın 1-ci və *-ci sualı üzrə Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı yolunun sağında 39T 4*8546, 447739* kordinatları elektron kadastr məlumat bazasına əsasən ARDNŞ-nin kontrakt ərazisi olmaqla sənaye təyinatlı torpaq sahəsidir və H.Z.Tağıyev adına NQÇİ Qala bloku ərazisi hüdudları daxilində yerləşir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, neft-qaz əməliyyatlarının aparılması məqsədi ilə ARDNŞ «Azneft» İB-nin daimi istifadəsinə Bakı şəhəri, Xəzər rayonu ərazisində torpaq sahəsi ayrılmış və iddiaçı ARDNŞ «Azneft» İB həmin ərazidə neft-qaz hasilatını həyata keçirir. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala neft yatağı ərazisində 39T 4*8546, 447739* №-li kordinatda yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. *9-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15*.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.*-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. *40.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. *40.*-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.*-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.*-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; *17.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə hesab edir ki, qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında mübahisəli torpaq sahəsində evi *018-ci ildə tikib. Uzun müddətdir ailəsi ilə həmin evdə yaşayır, bununla bağlı icra hakimiyyətinin nümayəndələrinin xəbəri olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdehnun yaşadığı tikili dövlətin mülkiyyətində olan ARDNŞ “Azneft” İB-nin istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala neft yatağı ərazisində 39T 4*8546, 447739* №-li kordinatda qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özbaşına aparıldığından, tikili ARDNŞ “Azneft” İB-nin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Məhkəmə qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr *018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin ***-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaratdığından Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala neft yatağı ərazisində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməli, ərazi boşaldılmalı və zəbt edilmiş torpaq sahəsi ARDNŞ “Azneft” İB-nin istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş 16.05.*0**-ci il tarixli qəbzdən görünür ki, ARDNŞ “Azneft” İB tərəfindən 100 manat dövlət rüsumu və 0,40 xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə habelə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50,0 manat məbləğində pul Cavabdeh alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istifadəsində olan Cavabdeh tərəfindən ARDNŞ “Azneft” İB-nin istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala neft yatağı ərazisində 39T 4*8546, 447739* №-li kordinatda inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülsün və ərazi boşaldılsın. Zəbt edilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Cavabdeh 100 manat dövlət rüsumu və 0,40 xidmət haqqı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft Kəmərləri” İdarəsindən tutularaq X*, Kod *10005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ** VÖEN 17003*66*1, AZ34CTRE**********000*088501 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-37/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-37/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver