Məhkəmə qərarları › İş №2(003)-370/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-370/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-370/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Gülzar Hüseynovanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.500 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Zirə qəsəbəsində yaşayan sakin kimi tanımışdır. Söhbət əsnasında ona bildirmişdir ki, ona məxsus Zirə qəsəbəsində 24 sot torpaq sahəsi vardır, maddi ehtiyacı üzündən satmaq fikrindədir. Ona bildirmişdir ki, kömək edə bilər. Bundan sonra 2019-cu ildə Samil bildirmişdir ki, torpağa müştəri tapmış, özü həmin torpağı satıb pulunu yəni 19.000 manat pulu bir neçə aydan sonra verəcəkdir. Bir neçə ay keçdikdən sonra həmin məbləği ona verməkdən müxtəlif bəhanələrlə boyun qaçırtmağa başlamışdır. O, Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və təhqiqat aparılan zaman cavabdeh ona müxtəlif vaxtlarda yəni xx.xx.2021 -ci ildə 300 manat, 06.02.201-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci də 300 manat, xx.xx.2021-ci ildə 200 manat, cəmi 2500 manat verərək, yaxın vaxtlarda qalan 16.500 manat məbləği ödəməsinə söz vermişdir. Onu aldatmış və bu günə kimi puldan heç bir manat da ödəməmişdir. Məcbur olub polisə müraciət etmiş, xx.xx.2021-ci ildə qərarla (təhqiqatçı A.İsayev) ərizəni araşdıraraq cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, o, da həmin qərardan xx.xx.2021-ci il tarixli qərarı ilə onun şikayətini təmin edilmiş, lakin təhqiqatçı ərizəni araşdıraraq xx.xx.2021 -ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Gülzar Hüseynova iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Reapublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd edilən pul tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyil. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası edilməməlidir. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar