Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-373/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı kompensasiya və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xİdməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (kağız-karton fabriki) şirkətinə işə bərpa etməklə, xx.xx.2020-ci il tarixli 070 saylı işdən azad olunmağı barədə olan əmrin ləğv edilməsi və 2215 manat pul, 960 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkaran şəhəri Vaqif küçəsi ev 23-də daimi qeydiyyatda olmağına baxmayaraq iş tapa bilmədiyi üçün ailə vəziyyətilə əlaqədar olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə köçməklə kirayədə yaşayır. Ali təhsillidir, xx.xx.2019-cu il tarixdə Binə qəsəbəsində yerləşən Cavabdeh MMC-ə operator işinə qəbul olunmaqla aylıq əmək haqqı 480 manat təşkil edir. Rəhbərliklə aralarında yaranan narazılıqla əlaqədar heç bir səbəb göstərmədən xx.xx.2020-ci il tarixdə onu fəhlə vəzifəsinə keçirmişlər. O, öz narazılığını bildirsə də heç bir əhəmiyyəti olmayıb. Ailəsi ac qalmasın deyə məcbur olaraq işləməyinə davam etmişdir. xx.xx.2020-ci il tarixdə işlədiyi MMCnin kadrlar üzrə meneceri ona bildiriş verməklə bildirib ki, əmək müqaviləsinə x xxxxxx 2020-ci il tarixdə xitam veriləcək. O izah etmişdir ki, məlum Pandemiya xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezdentinin sərəncam və tələbləri vardır ki, İdarə və təşkilatlar əməkdaşlarını işdən çıxartmasınlar. Ona bildiriblər ki, Prezdentin sərəncamı onlar üçün qanun deyil. Onda o bildirib ki, əmək qanunvericiliyin tələblərinə görə o həftədə 40 saat işləmək əvəzinə 60 saat işləmiş, bundan əlavə 5 iş günü əvəzinə 6 iş günü işləmişdir .1 ayda 80 saat artıq işləməyinə baxmayaraq 184 manat 60 qəpik ödəniş etməməklə ümumilikdə 1 il ərzində ona 2215 manat pul ödəməlidirlər. Bununla yanaşı, bir halda ki, onu işdən çıxarırlar, əmək qanunvericiliyin tələblərinə görə 2 ay əmək müqabilində pul ödəməlidirlər. Qeyd olunan tələblərinə baxmayaraq, ona nə kompensasiya, nə də ki, artıq işlətdikləri saata görə pul ödəməməklə xx.xx.2020-ci il tarixdə onu işdən çıxartmışlar. Bu haqsızlığı görüb əmək kitabçasını xx.xx.2020-ci il tarixdə şirkətdən götürdükdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh MMC-nin rəhbərliyi Azərbaycan Respublikasının Prezdentinin sərəncamına məhəl qoymamaqla himayəsində 2 azyaşlı uşağının olmasını, ali təhsilli və peşəkar əməkdaş olmağını nəzərə almadan onu işdən çıxartmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh (kağız-karton fabriki) şirkətinə işə bərpa etməklə, xx.xx.2020-ci il tarixli 070 saylı işdən azad olunmağı barədə olan əmrin ləğv edilməsi və 2215 manat pul, 960 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi ilə işə qəbul olunub. Müqavilənin müddəti bitdikdən sonra 7 gün ərzində müddət uzadılmadıqda, müqavilə uzadılır. İddiaçının müqaviləsinin müddəti bitdikdə uzatmayaraq işdən azad etmişlər. İddiaçı işlədiyi müddət ərzində əmək haqqını tam almışdır. İddiaçı işdən azad olunarkən heç bir norma pozulmamışdır. İddiaçının əmək müqaviləsinə qanunamüvafiq şəkildə xitam verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xİdmətinin nümayəndəsi X7 məhkəməyə bildirmişdir ki, 2019 və 2020-ci ildə iddiaçı işinə xitam verilməsi və vaxtından artıq işləməsi ilə əlaqədar onlara müraciət etmişdir. Onlar cavabdeh MMC-yə bununla bağlı müraciət etdikdə, onlara İddiaçı iş saatından artıq işləmədiyi bildirilmişdir. Onların gedib yerində yoxlamağa səlahiyyətləri olmadığı üçün yalnız məktub göndərmişlər. Qeyd olunanlara əsasən, iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçını 3-4 ildir tanıyır. O, əvvəllər Cavabdeh MMC-də işləmiş, ərizə yazıb çıxmışdır. Azad işə saat 8-də gəlirdi. O özü işdən saat 19:00-da çıxırdı, Azad isə ondan əvvəl, saat 18:00-da çıxardı. Hazırda o, başqa yerdə işləyir. Digər şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə Cavabdeh MMC-də birlikdə işləmişlər. Onlar saat 8-dən 6-a qədər işləyiblər. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2018-xx.xx.2019-cu illər və xx.xx.2019-xx.xx.2020-ci illər arasında operator vəzifəsində işləmiş, xx.xx.2020-ci ildə inşaat fəhləsi vəzifəsinə keçirilmiş, xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 68-ci maddəsinin 6 bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən fəhlə vəzifəsində işləmiş, əmək müqaviləsinə xx.xx.2020-ci ildə xitam verilmişdir. Eyni zamanda, həmin müqavilə üzrə xx.xx.2019-xx.xx.2019-cu illər arasında operator vəzisəfində işləmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqavilələrindən görünür ki, əmək müqaviləsi müddətli bağlanmışdır. İşçi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilə qədər 450 manat əmək haqqı ilə operator vəzifəsinə işə qəbul edilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqavilələrindən görünür ki, işçi operator vəzifəsindən fəhlə vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsi müddətli bağlanmışdır. İşçi xx.xx.2020-ci il tarixdən 375 manat əmək haqqı ilə gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Qeyd olunan əmək müqavilələri İddiaçı tərəfindən imzalanmışdır. Müqavilələrdən və işin hallarından görünür ki, işçi müddətli əmək müqaviləsi ilə işə götürülmüş, müqavilənin müddəti bitdikdən sonra işəgötürən tərəfindən uzadılmamışdır. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, tədqiq edilən sənədləri, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər halları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək qanunvericiliyinin tələblərinə zidd olaraq, həftədə 60 saat işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında əmək müqaviləsi müddətli bağlanmış, müqavilədə əmək münasibətlərinə xitam verilməsinin dəqiq vaxtı göstərilməklə, əvvəlcədən xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan şahid ifadəsinin iş üzrə halların sübuta yetirilməsi üçün kifayət etmədiyini hesab etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələbləri pozulmamış, ona kompensasiya önənilməsi və işə bərpa olunması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdehnə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xİdməti) qarşı kompensasiya və işə bərpa barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xİdməti) qarşı kompensasiya və işə bərpa barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-373/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-373/2021
16.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver