Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3732/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd A katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X13 qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda inşa etdirdiyi tikililərin, qanunsuz arakəsmələrin, həmin ünvanda həyətyani sahədə inşa etdirdikləri yaşayış evinin, yarımtikili vəziyyətdə olan evin, həyətyanı sahəni bölən hasarın cavabdehlərin hesabına sökülməsinə və ona məxsus torpaq sahəsinin boşaldılamsına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 93,20 kv əmlak və 0,0878 kv.m sahəsi olan sahənin 3/4 hissədə onun mülkiyyətindədir. Evin 1/4 hissəsi Cavabdeh oglunun mülkiyyətindədir. Ev də daxil olmaqla onun həyətyani sahəsi 0,05272 ha ölçüdədir və onun həmin torpaq sahəsinin mükiyyətində olması hüququm dövlət reyestrində qeydiyyata alınıb. Cavabdeh həyətyani sahəsini hasarlayarkən onun mülkiyyətində olan sahənin bir hissəsini zəbt etmiş və ona aid olan sahədə əlavə tikililər, evlər, yarımçıq tikililər inşa etmişdir. Bütün bunlar özbaşna tikililərdir. Həmin tikililər onun hüquqlarını pozur. Belə ki, o, sözügedən Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 5 ev 1-lə bağlı adına texniki pasportun verilməsi xahişi ilə DƏDRX-nin Bakı ərazi idarəsinə müraciət etdi, idarə həmin tikililərin olmasını əsas gətirərək ona imtina verdi. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətindən Daşınmaz əmlakın dövlət reyestrindsən alınmış xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən onun mülkiyyətində 0,05272 ha sahə göstərilsədə cavabdeh 100 kvadrat sahədən artıq sahəmi zəbt etdiyi üçün faktiki olaraq 0,04 ha torpaq sahəsi qalmışdır. Odur ki, cavabdeh tərəfindən həyətdə aparılmış tikililər sökülməli və mənim sahəm bərpa olunmalıdır. Cavabdeh əlavə evlər tikmək məqsədilə qanunsuz tikinti işləri apararaq, həyətyanı sahəni hasarlayıb bölərək onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olara bildirdi ki, mübahisəli ev onun anası ilə cavabdehin paylı mülkiyyətindədir. Lakin qeyd olunan mənzilə dair naturada bölgü aparılmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hal-hazırda da mübahisəli ünvanda yaşayır. İddiaçın iddia ərizəsində tələb etdiyi otaq daim onların istifadəsində olmuşdur. Həmçinin bildirdi ki, qeyd olunan mənzilə dair naturada bölgü aparılmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 5, ev 1 fərdi evdən ¾ hissə və 0,05272 ha torpaq sahəsi İddiaçı, fərdi evdən ¼ hissə və 0.03504 ha torpaq sahəsi isə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan ərizələrin surətindən görünür ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4,5,8 saylı otaqlar və açıq eyvanın söküntüsü ilə bağlı hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə, yerdə qalan əmlaka və torpaq sahəsinə çıxarış və texniki pasport verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.14016 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsindən 0.0524 ha torpaq sahəsini X1. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0878 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsindən 0.021 ha torpaq sahəsini X2. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 əmlakının vərəsələri ½ hissədə X3 və X4r. İş materiallarında olan xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 5, 1 saylı evdən payının yarisinin B.A. Əliyevə satmışdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsinin sürətindən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 5, 1 saylı evdən payının yarisini yəni 1\4 hissəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan Texniki Pasportun sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 5, 1 saylı ev və 0.0878 ha torpaq sahəsi X8 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 5, 1 saylı ev İddiaçı paylı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh razılaşmaya əsasən özləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən hansı yaşayış otaqlarının onların istifadəsində olmasını müəyyən etsələr də, bu bölgü texniki pasportda öz əksini tapmamışdır. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı aid olan yaşayış sahəsinin texniki pasportda həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd olunmadığından və hansı yaşayış otağının kimə məxsus olması göstərilmədiyindən və paylı mülkiyyətçilər arasında yaşayış sahəsi naturada bölünmədiyindən texniki pasporta əsasən hansı yaşayış otağının kimə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını tələb ünvan 1 ünvanda inşa etdirdiyi tikililərin, qanunsuz arakəsmələrin, həmin ünvanda həyətyani sahədə inşa etdirdikləri yaşayış evinin, yarımtikili vəziyyətdə olan evin, həyətyanı sahəni bölən hasarın ona məxsus olan hissədə tikilməsi iş materialları və iddiaçının təqdim etdiyi sənədlərlə sübut olunmadı. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında razılaşmaya əsasən özləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R,Axundov küçəsində yerləşən hansı yaşayış otaqlarının onların istifadəsində olmasını müəyyən etsələr də, bu bölgü texniki pasportda öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 5 ünvanda inşa etdirdiyi tikililərin, qanunsuz arakəsmələrin, həmin ünvanda həyətyani sahədə inşa etdirdikləri yaşayış evinin, yarımtikili vəziyyətdə olan evin, həyətyanı sahəni bölən hasarın cavabdehin hesabına sökülməsinə və ona məxsus torpaq sahəsinin boşaldılmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3732/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3732/2024
17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver