Məhkəmə qərarları › İş №2(003)-3749/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3749/2021

03.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3749/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1943-cü il təvəllüdlü Bakı şəhərində doğulması, adının Ərizəçi, ata adının X3 və ana adının X13 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulub. O, 11.10.1968-ci il tarixdə 748 nömrəli nikah qeydi ilə nikaha daxil olmuş və həmin nikah haqqında şəhadətnaməsində də onun xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmağı öz əksini tapmışdır. Bundan başqa ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ərizəçiyə ünvanladığı 04.05.2021-ci il tarixli və 02.06.2021-ci il tarixli məktublarından aydın olur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərin 1942-1944-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat tapılmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, 1943-cü ilə dair Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı 02.09.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, Ərizəçi barəsində xx.xx.1943-cü il tarixdə Bakı şəhər Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Əzizbəyov (Xəzər) rayon RPİ tərəfindən 12.09.2005-ci il tarixdə ona verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsində doğum haqqında məlumat xx.xx.1943-cü il kimi öz əksini tapmışdır. X1 07.10.1982-ci ildə, anası X13 21.12.2007-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından qeydiyyat şöbəsində müraciətin təmin edilməsi mümkün deyildir. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1943-cü il təvəllüdlü Bakı şəhərində doğulması, adının Ərizəçi, ata adının X3 və ana adının X9 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, ərizəçi onun əmisidir. Babası 1980-ci illərdə ölüb, nənəsini isə xatırlamır. Doğulandan Buzovnada yaşayır. Məhkəmədə şahid qismində dindirilən X19 ifadəsində bildirdi ki, ərizəçi onun dayısıdır. Babası Əliabası görüb, lakin nənəsi Həcər 1962-ci il tarixdə rəhmətə gedib, həmin vaxt onun 5 yaşı olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan 02.09.2021-ci il tarixli 05/69-1114 saylı arayışın surətindən görünür ki, Ərizəçi barəsində xx.xx.1943-cü ilə dair Bakı şəhər Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaşov X7 Sara Payızəli qızı ilə 10.11.1968-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikah 748 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07.10.1982-ci il tarixdə Bakı şəhərində ölüb. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27.12.2011-ci il tarixdə Bakı şəhərində ölüb. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən 13.10.2021-ci il tarixdə verilmiş Ərizəçi fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə Bkı şəhərində doğulmuşdur.Onun atası X2, anası X6r. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X5 məxsus olması bildirilən 26.01.1944-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X2 “anası qrafasında” anası kimi X4 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ərizəçiyə ünvanladığı 04.05.2021-ci il tarixli və 02.06.2021-ci il tarixli məktublarından aydın olur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərin 1942-1944-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat tapılmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, 1943-cü ilə dair Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı 16.10.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğumu ilə əlaqədar 1943-cü ilin aktları həmin şöbədə saxlanılmır və onun adına Maraqlı şəxsndə bərpa akt qeydi açılmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış 02.12.2021-ci il tarixli, 05/13-2981 saylı məktubundan görünür ki, Sabunçu rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan və Maştağa qəsəbəsinin bərpa doğum akt qeydləri yoxlanılmış və xx.xx.1943-cü il tarixdə doğulmuş Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Şöbə tərəfindən bu doğum haqqında akt qeydinin yoxlanılması ilə əlaqədar Milli Arxiv İdarəsi ilə əlaqə saxlanılaraq həmin akt qeydinin təkrarən yoxlanılması xahiş edilmişdir. Həm Sabunçu, həm Maştağa və Xəzər rayonu üzrə müvafiq yoxlama aparılaraq, həmin akt qeydinin tapılmaması barədə məlumatı bildirmişlər. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1943-cü il tarixində Bakı şəhərində anadan olması, atasının X3, anasının X9 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1943-cü il tarixində Bakı şəhərində doğulması, soyadının “Dadaşov”, adının “Davud”, ata adının “Əliabas”, atasının X3, anasının X9 olması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulması, soyadının “Dadaşov”, adının “Davud”, ata adının “Əliabas”, atasının X3, anasının X9 olması faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar