Məhkəmə qərarları › İş №2(003)-3757/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3757/2023

12.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3757/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğlunun, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil1 Ağaməmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğluna, Cavabdeh2 və qeyrilərinə qarşı “qanunsuz zəbt edilmiş torpağın boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğluna, Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 635 və 636 nömrəli sərəncamlarla verilmiş 1200 m² və 2400 m² torpaq sahələrinin zəbt edilərək orada qanunsuz tikinti işləri aparan Cavabdeh1, X11, Cavabdeh2, Həbibulin Hüsyanoviç, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, X5, Cavabdeh6, X1, X4, X10 şəxslərindən torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək həmin torpağın üzərində fərdi yaşayış evləri tikilmişdir. Belə ki, 2005-ci ilə qohumu X2 adına Əzizbəyov rayon Qala bələdiyyəsindən xx.xx.2005-ci il tarixli 63 nömrəli və xx.xx.2005-ci il tarixli 636 nömrəli sərəncamlarla müvafiq alqı-satqı müqaviləsi üzrə həmin ərazidən 1200m² və 2400m² ölçüdə yanaşı torpaq sahələri almışdır. Torpaq sahələrini aldıqdan sonra həmin əraziyə 7 (yeddi) yük maşını mişar daşı alıb yığmışdır. Maddi imkanı olmadığına görə orada tikinti işləri apara bilməmişdir. 2008-ci ildən Rusiya Federasiyasına işləmək üçün getmişdir. xx.xx.2023-cü ildə yenidən qayıtdıqdan sonra əraziyə baxış keçirərkən torpaq sahələrinin qanunsuz zəbt edildiyini görmüşdür. Həmin ərazilərdə 3 ev tikilmiş, bir neçə hissədə hasara alınmış, 3 yarım tikili inşa edilmişdir. Bununla əlaqədar olaraq Xəzər rayon polis idarəsinə müraciət etmişdir. Torpaq sahələri Cavabdeh1, X11, Cavabdeh2, Həbibulin Hüsyanoviç, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, X6, Cavabdeh6, X1, X4, X10 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bu şəxslərlə dəfələrlə əlaqə saxlayaraq qanunsuz zəbt edilmiş torpaqların boşaldılması, tikililərin sökülməsini tələb etsə də, onlar buna əməl etməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək Cavabdeh3 cavabdehlər sırasından çxarılması və Cavabdeh4 ata adının iddia ərizəsində yanlışlıqla “Royal” kimi qeyd edildiyini nəzərə alıb həmin şəxsin ata adının “Telman” kimi qəbul edilməsini xahiş etdi. Bun unla yanaşı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğlu və Cavabdeh2 ayrı-ayrılıqda iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 Ağaməmməd oğlu məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında isə bildirdi ki, iddiaçının qeyd etdiyi torpq sahələri İlham Abdullayevin adına müvafiq sərəncamlar əsasında ayrılmışdır. Həmin sərəncamlardan da göründüyü kimi torpaq sahələri Qala qəsəbəsi ərazisində yerləşir. Cavabdehlərə məxsus torpaq sahələri isə Hövsan qəsəbəsi, Südçülük Sovxozun ərazisidir. Belə olan halda iddiaçının qeyd olunan cavabdehlərə məxsus torpaq sahələrinə münasibətdə iddia qaldırmağa sübyektiv hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında Əzizbəyov rayonu Qala bələdiyyəsinin 635 nömrəli, 11 oktyabr 2005-ci il tarixli sərəncamından görünür ki, X3 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin tarixli “bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”nə əsasən müəyyən edilir ki, Qala bələdiyyəsinin 635 saylı sərəncamı əsasında Qala qəsəbəsində yerləşən 1200 kv. m torpaq sahəsi ərdi ev tikmək məqsədi ilə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında Əzizbəyov rayonu Qala bələdiyyəsinin 636 nömrəli, 12 oktyabr 2005-ci il tarixli sərəncamından görünür ki, X3 Qala qəsəbəsində ev tikmək üçün 2400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin tarixli “bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”nə əsasən müəyyən edilir ki, Qala bələdiyyəsinin 636 saylı sərəncamı əsasında Qala qəsəbəsində yerləşən 2400 kv. m torpaq sahəsi ərdi ev tikmək məqsədi ilə X2 mülkiyyətinə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, X7 26 aprel 2023-cü il tarixli etibarnamə ilə, harada yerləşməsindən və nədən ibarət asılı olmayaraq ona məxsus bütün əmlakını idarə etməyi və sərəncam verməyi və sair həkətləri etməyi etibar etmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdehlər ona məxsus olan 635 və 636 nömrəli sərəncamlarla verilmiş 1200 m² vэ 2400 m² torpaq sahələrinin zəbt edərək orada qanunsuz tikinti işləri apardıqlarından torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki işin müəyyən edilmiş hallarıdan görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları olmamışdır və bu səbəbdən, bu mübahisə üzrə cavabdehlərə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia irəli sürmək hüququ yoxdur. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri müvafiq müqavilə və sərəncamlarla X3 ayrılmışdır. İ.Abdullayev isə iddiaçının adına etibarnamə vermişdir ki, həmin etibarnamə ilə iddiaçı mübahisələndirdiyi torpaq sahələrinə mülkiyyət hüququ əldə etmiş sayılmır. Çünki Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya əsl iddiaçı - X7 ilə əvəz edilməsi təklif edilsə də, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 iddiaçı kimi iştirakına etiraz etmiş və işə onun iştirakı ilə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı isə qeyd edildiyi kimi iddia predmeti ilə bağlı mülki hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Bununla yanaşı iddiaçının mübahisələndirdiyi torpaq sahələrinə faktiki sahiblik etməsi də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilib ki, «Sahiblik hüququ– əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyən hüquqi cəhətdən təmin edilmiş imkandır». Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi torpaq sahələri üzərində mülkiyyət hüququ yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Məhkəmə həmçinin iddiaçının nümayəndəsi-vəkili iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçının suyektiv hüququ olmadığı üçün iddianın əsaslı olub-olmamasını bu iddia tələbi üzrə əlavə araşdırılmasına zərurət olmadığı üçün vəsatət əsassızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğluna, Cavabdeh2 və qeyrilərinə qarşı “qanunsuz zəbt edilmiş torpağın boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4 Telman oğluna, Cavabdeh2 və qeyrilərinə qarşı “qanunsuz zəbt edilmiş torpağın boşaldılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar