Məhkəmə qərarları › İş №2(003)-377/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-377/2025

12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-377/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Tarix Arxivi və Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru) qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Tarix Arxivi və Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru) X33(Hacı) qızının mənim nənəm olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X34 (Hacı) qızı onun nənəsidir və o, 1969-cu il 31 may tarixində vəfat etmişdir. Nənəsinin yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, ev 47 olmuş və o, həmin evdə ölmüşdür. X2 1908-ci ildə doğulmuş, anası X34 (Hacı) qızı, atası Əzizov Muradali olmuşdur. X3 ilə anası X20 nikaha daxil olmuşlar. X4 27 iyul 1986-ci ildə xroniki asma diaqnozu ilə vəfat etmiş, anası X20 isə 06 noyabr 1984-cü ildə vəfat etmişdir. Azərbaycan SSR komunal təsərüfat nazirliyi tərəfindən 1963-cü ildə tərtib olunmuş texniki pasporta əsasən X4na və nənəsi X34 (Hacı) qızına Xəzər (Əzizbəyov) rayonu, Şüvəlan qəsbəsi,Sabir küçəsi,47 saylı ev və həyətyanı torpaq sahəsi ayrılmışdır. Atasına aid hissədə qanun üzrə vərəsəlik hüququnu əldə etmişdir və buna dair forma 37 almışdır, lakin nənəsi X39(Hacı) qızına aid olan hissəyə X4na aid doğum haqqında şəhadətnaməni əldə etmək üçün Azərbaycan Resspublikasının X26 müraciət etdi, cavabında bildirmişlər ki, “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X5 doğum tarixinə dair heç bir məlumat tapılmamışdır. Bakı şəhəri 25 saylı Xüsusi Notariat ofisinə müraciətində onu atasının hissəsində vərəsə olaraq tanıdıqları məlum olsa da yuxarıdakı səbəbə görə X39 (hacı) qızının nənəsi olmasını müəyyən edə bilməmişdir. Ərizəyə əlavə etdiyi ölüm haqqında akt qeydindinin surətindən görünür ki, nənəsinin yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, ev 47 olmuş, o da həmin evdə doğularaq böyümüş, hazırda da həmin evdə qeydiyyatda olmaqla yaşayır. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR komunal tasərüfat nazirliyi tərəfindən 1963-cü ildə tərtib olunmuş texniki pasportda qeyd edilən X34 (Hacı) qızının onun nənəsi olması faktının müəyyən edilməsi barəda qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Əli onun qaynıdır. Bibi xanım isə onun yoldaşının nənəsi idi. Onlar Əli ilə bir həyətdə yaşayırlar. Bibi xanımı görməyib, o gəlin gələndə artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Əli onun qaynıdır. Bibi xanım isə onun yoldaşının nənəsi idi. Bibi xanımı görüb, o gəlin gələndən 6 ay sonra vəfat etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4, anası X20 olan Ərizəçi xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1984-cu il tarixə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1986-cı il tarixə vəfat etmişdir. “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışdan görünür ki, X21 xx.xx.1969-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında hazırda X22, X16, X9, X17, X** qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin məktubunun sürətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində Qala və Mərdəkan kənd məscidlərinin 1900-1910-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X5 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Şüvəlan kəndi üzrə X7nın dövlət qeydiyyatına dair sənədlər (doğum, ölüm, nikah, boşanma) X26 təhvil verilməyib. Ərizəçi AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X14 və X19r. Evlər idarəsi üzrə texnki inventarizasiyanın ev sahibliyinin kartockasından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X14 və X19r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışındnan görünür ki, ünvan 1 X6 və X15 ümümibirgə paylı mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2**.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X34 (Hacı) qızı ərizəçinin nənəsidir və o, xx.xx.1969-cu il tarixində vəfat etmişdir. Nənəsinin və atasının adına ünvan 2 ünvanı üzrə texniki passport tərtib olunmuşdur. X12 xx.xx.1986-cı il tarixə vəfat etmişdir. Ərizəçi mərhum atasının doğum haqqında şəhadətnaməsinin alınması üçün müvafiq orqanlara müraciət etsə də bu sənədlər olunmadığına görə imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan SSR komunal tasərüfat nazirliyi tərəfindən 1963-cü ildə tərtib olunmuş texniki pasportda qeyd edilən X34 (Hacı) qızının Ərizəçi nənəsi olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR komunal tasərüfat nazirliyi tərəfindən 1963-cü ildə tərtib olunmuş texniki pasportda qeyd edilən X34 (Hacı) qızının Ərizəçi nənəsi olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar