Məhkəmə qərarları › İş №2(003)-3798/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3798/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3798/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu – İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbi barədə iddiasına dair mülki iş materiallarını nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 36600 manat icarə haqqının ödənilməsi və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən iddia ərizəsi əsasında mülki iş Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası ilə MPM-nin 35.2 və 44.2.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xəzər Rayon məhkəməsində baxılmalıdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Samux Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2n Məhkəməsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul etdiyi işi, sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi hüquqi şəxsə qarşı olan iddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla həmin hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə (Samux Rayon Məhkəməsinə) verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasındakı olan hazırki mübahisənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbi barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar