Məhkəmə qərarları › İş №2(003)-3798/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3798/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3798/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, 28.*2.*990-cı il tarixdə vəfat etmiş X6 26.**.*937-ci il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X* anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəm 2*.03.*906-cı il təvəllüdlü X** 28.*2.*990cı il tarixdə vəfat edib. Nənəm rəhmətə gedəndən sonra atam ölüm şəhadətnaməsi almış, lakin naməlum şəraitdə sənəd tapılmamışdır. Mən qeydiyyat şöbəsinə müraciət etdiyimdə mənə nənəmin ölüm şəhadətnaməsinin olduğunu bildirmişlər, lakin atamın doğum haqqında akt qeydində anasının soyadı yazılmadığından, nənəmin ölüm şəhadətnaməsində isə soyadının “Ağayeva” yazıldığı göstərildiyi bildirilmişdir. Bu səbəbdən sənədlərdə boşluq olduğundan mənim nənəm olmasını sübut edən hər hansı sənədlə təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən qohumluq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməli olduğumu bildirdilər. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., Sabir küç., dalan * ev 6 ünvanında yaşayıram. Həmin ev mənə atamdan miras qalıb. Lakin evin sənədləri nənəm X6 adına olduğundan sənədlərin ilkin rəsmiləşdirilməsi nənəmin adına olmalıdır. Lakin mənim subyektiv hüququmun olmadığını bildirərək, nənəmə aid ölüm şəhadətnaməsinin mənə verilməsinin qeyri-mümkün olmasından sənədlərin rəsmiləşdirilməsi çətinlik yaradır. Nənəmin varisi atamdır. Atam X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda mirasan pay almaq üçün mənimlə X2* arasında qohumluq münasibəti faktının, yəni 28.*2.*990-cı il tarixdə vəfat etmiş X6 26.**.*937-ci il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X* anası olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 26.**.*937-ci il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X* anası X8r, lakin doğum haqqında şəhadətnamədə soyadı qeyd edilməyib və bu hal da hazırda problem yaradır. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. X28 isə nənəsi olub. O, *990-cı il tarixdə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin əmisi qızıdır. X22 ana *990-cı ildə, əmisi Salam isə 4 ildir rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun dayısı oğludur. X28 isə nənəsi olub. Qurbanov Salam isə dayısı idi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.**.*937-ci ildə doğulmuşdur. X9, anası X23r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 09 mart *934-cü ildə doğulmuşdur. X9, anası X23r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05.03.202*-ci il tarixdə ölmüşdür. Bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 09.04.202*-ci il tarixdə 34* sayla qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 05/68-90 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-cı il (37* 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeyd edirlər ki, atasının doğum haqqında akt qeydində anasının soyadı yazılmamış, nənəsinin ölüm haqqında akt qeydində isə soyadı “Ağayeva” yazılmış, ata adı yazılmamışdır. Yuxarıda qeyd olunan aktlar arasında ziddiyyət olduğundan müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Akt qeydində düzəliş edilməsi üçün məhkəməyə tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *2.08.2020-ci il tarixdə 790 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun sürətindən görünür ki, Artyom rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan *, 6 nömrəli evin mülkiyyətçisi X8r. İş materiallarına əlavə edilmiş evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasının sürətindən görünür ki, Artyom rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan *, 6 nömrəli evin mülkiyyətçisi X8r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın sürətindən görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan *, ev 6 xüsusi mülkiyyət hüququ ilə X28ya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun sürətindən görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan *, ev 6 xüsusi mülkiyyət hüququ ilə X28ya məxsusdur. İş materiallarına məhkəmə sorğusu ilə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 03 saylı 03.0*.*99*-ci il tarixli ölüm haqqında akt qeydinin sürətindən görünür ki, X** 28.*2.*990-cı il tarixdə ölmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası X4 26.**.*937ci ildə doğulmuşdur və anası X23r. X* doğum haqqında şəhadətnaməsində anasının soyadı qeyd edilməmişdir, anasına məxsus digər sənədlərdə isə anasının ata adı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Qanunvericilik uşağın mənşəyinin müəyyən edilməsi kimi, uşağa görə atalığının (analığın) müəyyən edilməsini və atalığın (analığın) tanınması faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. Qanunun məzmunundan görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi şəxsin sağlığında uşağı qəbul etməməsi hallarında müəyyən edilir. Analığın tanınması isə özünü uşağın anası hesab edən şəxs öldüyü hallarda müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin X6 X2 anası olması barədə təqdim etdiyi sübutları, Qurbanov Salamın doğum tarixini, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, X6 26.**.*937-ci il təvəllüdlü X2 anası kimi tanınması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6 26.**.*937-ci il təvəllüdlü X2 anası kimi tanınması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar